Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
+++++++++++++++++++++Ayrılığın Elanı.
+++++++++++++++++++++Ayrılığın Elanı.
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 509
Səs ver:
Gedirsənmi deyə soruşma məndən.Göndərən sənsən. Nə tərk etməyi istədim səni,nə də daha yaşamadığımız bu eşqi torpağa basdırmağı. Sənin qədər hirsliyəm mən də.Sənin qədər narahat.Bir toxunuşunla min şəhəri yıxacaq güc verərdin mənə. Amma inandıra bilmədim səni. Sən, sorğularkən məni mən, gözlərinin içinə baxırdım şübhə ilə. Bir tək sözün bağlar idi məni sənə,halbuki sən həmişə susardın. Söz içinə bir dəfə girdimi şübhə,təslim götürər bədənləri də. Süddən çıxmış ağ qaşıq deyildim. Amma yalanı salmadım iki kiçik dünyamıza. O dünya ki bəzən kiçik bir otaqda ,bəzən isə şəhərin ortasında şəkilləndi. Necə də gözəl idi.
Onsuz da varsan deyə hər şey gözəl idi amma.Sən buna inanmadın. Ah bu suallar.Yaşamaq varkən sevdanı niyə boğarıq suallarla? Necə razı edə bilərdim səni? Mən, eşq dedikcə sən, dayan dedin. Mən, səninləyəm dedikcə sən, xeyr dedin. Onsuz da az danışan sən, lazımsız nə qədər söz varsa tapıb çıxardın ortaya. Mən isə heç bir şey deyə bilmədim. Nə qədər zərər vermişəm sənə məgər. Necə dəyişdirmişəm səni. Halbu ki, heç belə düşünməmişdim. Kimsəyə zərər vermək istəməmiçəm mən. Kimsəni olduğundan fərqli bir hala gətirmək istəmədim. Amma artıq hər çey dəyiçib. Demək ki, getmələrin zamanı indi. Uşaqlığına sığınar sovuşdurarsan bu ağrını. Nə sevişmələrimiz qalar ağılında, nə sevda sözlərimiz. Rahat deyiləm deyirdin mənə, rahat ol artıq. Gülüşlərini saxlamağın üçün bir səbəb qalmadı. Narahatlığının səbəbi də qalxdı ortadan. Bilirsənmi birdənəm! Gedişim ürəkdən deyil, zərurətdəndir. Sanma ki, bu yaşıl sevdanı başqa inasanlara verərəm. Sanma ki, məndən gizlədiyin gülüşləri yalançı üzlərdə axtararam. Səni də apararam ürəyimdə. Hər vaxt yoxluğunu daşıyaram. Tapıb, tapıb itirdim səni şirinim. Çox təəssüf ki, toz duman edə bilmədim şübhələrini. Çox təəssüf ki, qala bilmədin mənə. Öpüşümün qoxusu qalacaq qapının eşiyində. 
İylədikcə, bizi bir səhvə məhkum etdiyini anlayacaqsan.

Tərcümə etdi:ShoKKi_MoKKi


Şərhlər:
Baxılıb: 509
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz