Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Sevgi Və Haqsızlıq"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2975
Səs ver:
Real baş vermiş hadisədir.Bu hadisəni yalnız 3 nəfər bilir.Yaşayan 2 tərəf və onların ən yaxını mən.İndi siz də tanış olacaqsınız.Əvvəlcədən onu deyim ki,adları yalnış yazacam.qalan hər şey həqiqətdi.
Qızın adı (..)Günay,19 yaşı var idi. Evlərində internet qoşulu idi.Qızın xalası, qızı onlara gəlmişdi və dedi ki,gəl səni bir oğlanla tanış edim hələ özüm də görməmişəm o oğlanı, ancaq şəkili agentdə var.Qız da bir az uşaq xarakterli tez həyəcanlanır və deyir hə tanış et. Buna agenti başa salır,oğlana dostluq göndərib tanış edir bunları. Oğlanın adı(...)Elmin 21 yaşı var idi.İdi deye yazıram çünki,3 il bundan qabağı yazıram.Deməli belə,bunlar bir nə qədər  yazışırlar,sonra oğlan görüşək ,görüşək deyə əl çəkmir.Qız da gedir görüşə. Bir iki dəfə belə görüşürlər,sonra oğlan o birsi görüşlərə məsuliyyətsiz yanaşır və gəlmir.Her dəfə də deyir ki,yatıb qalmışam ay nə bilim nə.Qızın oğlandan çox xoşu gəlir. Amma istək ilə olmur çünki,təzə tanış olmuşdular və oğlanın yalançı olub sözünün üstündə durmadığını görüb daha onla danışmırdı.Oğlandan da heç səs çıxmırdı.1 il keçir. Yay fəsili olur.Günay istirahətdən gəlir avqust ayı idi.İnternet açıq olur Günay öz poçtasına baxanda görür ki, Elmin ona yazıb,deyir salam necesen tanıdın? Qız əlbətdə tanıdım - söz verib sözünün üstündə durmayan oğlan.Bunlar bir neçə gün belə yazışır,oğlan deyir ki,əsgərlikdəydim ona görə səni axtarmırdım.Ne isə uzun sözün qısası oğlan bunu görüşə çağırır görüşürlər.Neçə ay beləcə keçir.Bir gün Günaya elçi çıxır bu da tez gedib bunu Elminə deyir o isə pis olur amma demir ki,getme o oğlana mən səni alacam.Bu da o oğlana hə deyir çünki,baxır ki,oğlanın ona qarşı fikri ciddi deyil.Amma yenə də əl çəkmir Günaydan,deyir sən nişanlansan da evlənsən də sənnən əl çəkməyəcəm.Qız da ki,onu sevdiyi üçün dildə mən sənə üz vermiyəcəm əl çək məndən desə də ürəyində onu sevdiyi üçün bu elçi gələn oğlana qarşı mehriban ola bilmir.Oğlan da başa düşür ki,burda nəsə var.Bir gün Günayın mobil telefonu qalır  sözlüsünün maşınında.Oğlan da açıb mesajları oxuyur ancaq köhnə mesajlar idi çünki,Günayın sözləndikdən sonra Elminlə mesajlaşmırdı.Oğlanın adı (..)Rasim olur.Rasim mədəni şəkildə heç üzə də vurmadan aradan çəkilir.Belə şeylərdən sonra Günayın daha da Elmindən acığı gedir çünki,nə ona sahiblənir ne de geri çekilir.Üç dörd ay keçir yayda oğlan gəlir qız yaşadığı binanın qarşısına.Qızı görəndə onun yolunu kəsir başlayır yalvarmağa,deyir səni sevirəm.Əslində qız da onu sevir amma ona inamı yox idi.Sonra avqust ayı idi,qız oğlana şans verir,yene barışır.Oğlan qıza telefonda danışanda deyir ki,mənlə danış mən səni alacam,deyir yayda mənə elə əzab verdin ki,uzaq durmaqla elə bil yaşayan ölü idim.Bir gün Elmin ınternetdə Günaya yazır ki,bilirsən işdə bir qızla yaxınlıq etmişdim sənlə danışmadığımız ərəfələrdə.İndi qız məndən əl çəkmir ki,meni almalısan yoxsa dayıvın yoldaşına deyəcəm.Nəisə ki,bu qızın nömrəsin Elmindən götürür Günay,qıza deyir ki,əl çək oğlannan onun sevdiyi qız var o da mənəm.Qız nə desə yaxşıdı deyir ay qız oğlan özü mənə sms yazır ki,mənim sevdiyim qız var. Amma işdə gəlib mənə yalvarır ki,bağışla zarafat etmişdim.Amma əslində msji Elmin yox Günay Elminin telefonundan ona yazırdı.Heç demə Elmin bunun yanında deyir day sen ele yazdın şükür qız məndən əl çəkdi,gedib işdə də qorxusundan yalvarır ki,sevdiyim yoxdu gedib dayım arvadına hec nə demə..Axır bu qız da belə getdi.Bunlar bir neçə ay danışırlar Günay nəhayət işə düzəlir,hər dəfə işdən çıxanda Elmin onunla bir qayıdır.Onu da deyim ki,bütün bunlara baxmayaraq Günay Elmini çox sevir.Lakin bir gün Günaya bir oğlan yaxınlaşır və deyir ki,səninlə münasibət qurmaq istəyirəm amma ciddi.Oğlanın adı (..)Bəhram olur.Günayın qohumu və Bəhramın qohumu tanış edir bunları.Günay yox deyir amma oğlan əl çəkmir deyir yox fikrim ciddidir.Günay da gedir Elminə deyir,Elmin də deyir nə deyim ay Günay mənim hələ evlənmək fikrim yoxdu amma evlənsəm,evləndiyim qız  sən olacaqsan.Qızı da evden bezdirirlər ki,ona yox buna yox qoy gəlsinlər bəlkə yaxşı olacaq.Günay ona razılıq verir və Bəhramla danışırlar.Amma Elmin yenə də Günaydan əl çəkmir deyir,evlensən də əl çəkməyəcəm.Bu Bəhramın da xasiyyəti xasiyyət deyil yəni çox ciddi xarakterli oğlandır.Günay Elminə deyir ki,bəsdi məndən uzaq dur bu vaxta kimi qarşıma kim çıxıb sənə görə yox demişəm sən mənə görə nə etmisən?Özü də məni bu qədər vaxtdır tanıyırsan.Günay də Elminə qarşı həmişə səmimi və yalansız olub.Bunu Elmin də bilir.Bəhramı seçdi və danışırlar 1 ilə yaxındır.Bəhram üzük gətirmək istəyir Günay istəmir deyir hələ tezdi qoy bir birimizi tanıyaq.Günayın da yox demə səbəbi odurki, hiss edir ki,Elmin ondan daha çox sevir Günayı.Bəhram ancaq çox bəyənib və evinin xanımı etmək istəyir.Lakin nesə mübahisə zamanı Günay onun istəyinin elə də güclü olmadığı hiss edir.Çünki,Elmin  hemişə Günayın nazı ilə çox oyanayardı.Axı bütün qızların da xoşu gəlir oğlan onun nazı ilə oynayanda.Hələ də Elmin Günaydan əl çəkmir və Günay qərar verdi ki,Bəhrama yox desin və Elminə qayitsın. O nə qədər lazımdısa Elmini gözləməyə razıdır təki,Elminlə öz sevdiyi ilə evlənsin.Amma Elmin boş durmur gedir çoxlu qızlarla görüşür və sonra Günaya deyir ki,bağışla, bağışla yenə də bağışla.Qız da hər dəfəsın də bağışlayır.Dəfələrlə onun yalanını tutur, amma yenə bağışlayır.İndi Günayla Bəhram uçurumun kənarındadılar ayrılmaq üzrədirlər.Səbəbdə odu ki,Günay Elmini unuda bilmir və Bəhrama qarşı sevgi görsədə bilmir..Amma Elmin yenə öz bildiyini etdi qızı yerə vurdu getdi başqa qızla görüşdü.Sonra yenə gəldi ki,məni bağışla onlar 1 günlükdü mən səni sevirəm.Bu dəfə qız söz verdi ki,daha onu bağışlamayacaq və həqiqətən bitdi.Bəhramla da ayrılacaq çünki,düşünür ki,ona haqsızlıq edir.
Belə sitatin sonu budur ki,gərək adam əvvəl gündən ürəyi yox ağlı ilə hərəkət etsin və düzgün seçim etsin.  O qız mənim ən yaxınımdı və bütün günü fikrləşməkdən 60 kqdan 50 kq düşüb və çox stress keçirir hər gecə ağlayır.Hamıya məsləhətim çalışın valideyinlərinizin sözünə baxın bu sosial şəbəkə tanışlıqlarının sonu budur.Çox nadir hallarda yaxşı nəticə verir.


Şərhlər:
Baxılıb: 2975
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz