Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
SENI COX COX SEVDIM NAZLIM
SENI COX COX SEVDIM NAZLIM
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3692
Səs ver:
SENI COX COX SEVDIM NAZLIM

Nə çox gözyaşı tökdüm sənin üçün. Gecələri sən yatağında mələklərin qanadlarıyla uçarkən mən pəncərəmin önündə sənin röyana girmək üçün dua edərdim. Bir baxışını, gülüşünü görmək üçün dünyanın bütün çiçəklərini önünə sərərdim. Şerlər, musiqilər, sevgilər içində qovuşan bir atəş yanğısında sənin üçün kül olaraq seçildim. Adına yalnızlıq dedim. Sən mənim necə biri olduğumu bilmədin. Məni tanımadın məni sevmədin. Bu bir ölümdü bu bir fərmandır. Yaşamaq mümkün deyil. Yalnızlıq öz qaranlıq qapıları ilə üstümə bağlandı.
Sevgimin yanğısı döndü dolaşdı sənin qapıların mənə hər an qapalı qaldı. Öz səsim mənim imdadıma yetdi. Anladım ki məni heç bir zaman duymayacaqsan. Səni məcbur edə bilmərəm. Sənə bunu qıymaram. Bir tək diləyim var səndən. Son bir tək istəyim oda sevincli olmandır. Sevincli ol sevdiyim, bircəciyim, eşqim. Haraya, kimə gedərsənsə get, yetər ki, sən xoşbəxt ol. Özünə yaxşı bax. Çünki bundan sonra mən yanında olmayacağam. Sevdim bir zamanlar səni, hələ də sevirəm və məndən sonra da sevincli olmağını istəyirəm. Əgər bir gün dönərəmsə səni xoşbəxt görmək istəyirəm.
Yaşanılan paylaşılan gözəl şeylər xətrinə sənə ürəkdən sevinclər diləyirəm və mən bir daha səni sevməmək üçün mənə səni sevmirəm deməyini gözləyirəm. Kaş ki, bu cür yaşanmasaydı hər şey. Kaş ki, döndürə bilsəydik zamanı geriyə. Getməsən olmazmı? Bitməsək olmazmı? Səndən qalan boşluğu kim ilə dolduraram bilmirəm. Sən həyatıma rəng qatan, sən həyatım olan yaşamaq səbəbimsən. Sənin istədiyin kimi olsun get. Get amma nə olursa olsun gözüyaşlı gözlərin ilə arxana baxma. O zaman dayana bilməyib səni buraxa bilmərəm.
Küçələr, parklar səni xatırlatmasın deyə gün olur səni unuda bilmək üçün bu şəhərdən çox uzaqlara getmək istəyirəm. Gündə olur anlayıram səndən və bu şəhərdən qaçmağın faydasızlığını. Çünki bilirəm haraya getsəm mənimlə gələcəksən, yada getdiyim hər yerdə səndən xatirələr olacaq. Sən unutdun fəqət unudulmadın. Mən isə unudulduğumu bilirəm. Unuda bilmirəm. İnan unuda bildiyim gün səni yenidən və daha çox sevməyə başlayacam.
Sən heç özünü mənim tək gərəksiz, bu cür dəyərsiz hiss etdinmi? Ayrılıq ölüm qədər acı və soyuq. Aynaya baxıram aynada gördüyüm mən deyiləm. Yoxluğunun əvəz olunmaz dərəcədə çox ağır sevgilim. Dünənə qədər ən yüksəyini yaşatdın mənə sevincin. Günəş qədər istidir sənə olan sevgim. Dünənə qədər eşqi içdiyim, dodaqlarında ürəyimi əritdiyim, uğrunda yaşamağı gözə aldığım sən haradasan? Sən seçdin bu yolu. Mənə isə sadəcə bu yolda ölmək qalır.
Yetər ki, sən üzülmə Sevgilim.


Şərhlər:
Baxılıb: 3692
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz