Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəhanələrəmi ? İnanmıram !
Bəhanələrəmi ? İnanmıram !
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 716
Səs ver:

 Bir siqaret içimlik vaxtlara sığdıra bilməzsən eşqi, uzun bir səfərə çıxmağı gözə alarsan. Hər gördüyün sarı tabeldə dayanmaq məcburiyyətində qalacağın, çatılacaq şəhər adı olmayan bir səyahətdir eşq!

Eşq dediyin nazlıdır, diqqətsizliyə gəlməz, basar gedər. Sözdən də anlamaz, halından da,həmişə mara istər. Hər kəsin və hər şeyin qarşısında dayanmaq, varlığını qiymətli etmək dərdindədir.
Əvvəl, aşan özünə aşiq olacaqsan. Həyatında biri olmadan, tək başına yaşayarkən belə, ona sadiq qalacaqsan. İnsanlara güvənməzsən, inana bilməzsən, o vəziyyət eşqi bağlamaz. Eşqə sonuna qədər inanıb müdafiə edəcəksən.
Hər şeydən kənar, vərdişin olacaq. Ürəyin kimsəni sevməmişsə,  özünü sevəcək. Yorulmağı, bezməyi, imtina etməyi ağılından keçirməyəcəksən.
Ürək dediyin mədəyə bənzər. İçinə nə qədər sevgi doldursan, o qədər gənişləyər, böyüyər. Boş buraxdıqca kiçilər, büzülər; sonra bir gün gəlir, böyük bir sevdaya çarparsan amma ürəyində yer yoxdur, sığdıra bilməzsən.
Nə vaxt biri eşqə inanmadığını söyləsə, mənim içim sızlayar. Ağılım almaz, bir könülün çöl kimi yaşamaq istəyişini. Elə susuz, elə quru, içində heç bir canlının var ola bilməyəcəyi bir qum yığını kimi davam etmək istəyişini həyata insanın, anlaya bilməm!
Niyə ən tez eşqdən imtina edərik? Niyəbu qədər tez yıxılar inanc divarlarımız? Nəyi fəda etmək bizə çətin gəlir, aşan varlığına inanmağa davam etmək üçün?
Hər səhər qalxıb işə gedirik, yaşamaq üçün pul qazanırıq. Aldığımız maaşı, kirayəyə, yeməyə və digər zövqlərimizə xərcləyirik. İş həyatında ayaqda dayana bilmək üçün xüsusiyyətli olmamız lazımdır. Kurslara gedirik, rəqiblərimizin arasından sıyrılmaq üçün daha çox şey öyrənməyə çalışırıq. Sevmədiyimiz bir müdirə  dözürük. Maaşımızı əskik alsaq, idarə edərik deyə düşünürük. Sevmədiyimiz işi edirik. Müqayisəsiyə sürən döyüşün ortasında, ayaqda dayanmaq üçün hər gün mübarizə edirik. Amma iş eşqə gəlincə, iki sevgilidən zərbə aldıq deyə pes edirik.
Bilirəm, könül ağrısına söykənmək çətindir amma böyük ekran televiziya sahibi olmaq üçün, hər ay maaşının bir qisimini verməyə razı olan, o pulun yoxluğunun əvəzini ödəməyə hazır olan bizlər, niyə mövzu sevgiyə gəlincə fədakar ola bilmirik? Bir neçə pistəcrübə yaşadıq deyə, inancımızı yerə buraxmağa nə qədər də hazırıq. Üstəlik özümüz tərəfindən haqlı səbəblərimiz var; tərk edildik, xəyanətə uğradıq,onsuzda heç xoşbəxt olmamışdıq….

Həyat heç birimiz üçün güllük gülistanlık deyil. Eniş və çıxışlarla dolu bir macəra yaşayırıq. Dünyaya bir uşaq gətirib, onu böyüdəcək qədər güclü olan; iş həyatında ayaqda qalmağı bacaran, sahib olduğu şeylər üçün pul, əmək və zaman xərcləyən bu qədər insan; o qədər çətinliyi gözə alır da, eşq yolunda ayağına ilişən iki daş üzündənmi inanmaqdan imtina edir? Yox canım!...
Tərcümə və Redaktə Etdi: N E L L I


Şərhlər:
Baxılıb: 716
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz