Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Aglamadim
Aglamadim
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 1006
Səs ver:

Ağlamadım.
Hər dəfə doluxsundum ağlamaq istədim. Hər dəfə bağışladım sevilmək istədim. Ürəyimin döyüntüsünü dinlədim məni sevdiyini eşitmək üçün. Qoxunu iylədim güllərin ətrini almaq üçün. Telini oxşadım səni uyutmaq üçün. 
Hər dəfə də doluxsundum ağlamaq istədim. 
Ağlamadım. 
Bəlkə səni itirməkdən qorxdum. Səni itirməmək üçün ağlamadım. Axı göz yaşımın hər damlasında sən vardın. Gözlərim məndən xəbərsiz ağladı göz yaşlarım içimə axdı və alov kimi yandırıb-yaxdı. Ürəyim yandı qışqırmaq istədim. Susdum.Dodağım-dodağımdan qopmamaq ucun. 
Hər dəfədə doluxsundum ağlamaq istədim. 
Ağlamadım. 
Güldüm. Təbəssümümü sənə bağlamaq üçün. Röyalarımda səni görmək istədim. Hər gecə yuxuma gəlməyin üçün. Sevgi bağımızda çiçək olmaq istədim sənin əllərinlə dərilmək üçün. Ocaq olmaq istədim səni nəfəsimlə isitmək ucun. Ağzında dilin olmaq istədim sözünün şirinliyini dadmaq üçün. Dodağın olmaq istədim öpüşlərin olmaq üçün. Sənin olmaq istədim dəli kimi sevdiyim üçün.Xəyal olmağını istədim heç kəsin səni görməməyi üçün. Kar olmanı istədim fəryadımı eşitməmək ucun. Lal olmanı istədim başqasını sevdiyini deməməyin üçün.
Hər dəfə də doluxsundum ağlamaq istədim. 
Ağlamadım. 
Artıq heçnə istəmirəm olmayacağını bildiyim üçün. Hönkürüb ağlamaq istədim ürəyimi boşaltmaq üçün. 
Ağlamadım. 
Həmişəlik urəyimdə olduğunu bildiyim üçün !!!

Redakte etdi: PRETTY_GIRL



Şərhlər:
Baxılıb: 1006
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz