Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
SEN YOXSAN NAZLIM
SEN YOXSAN NAZLIM
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2494
Səs ver:
SEN YOXSAN NAZLIM

Sən yoxsan Günlər saralmış yarpaqlar kimi bir-bir ayaqlarımın dibinə tökülərkən, mən hər gecə gözlərimi qaranlığa dikib sənin aydınlığını gözlədim. Sən yox idin. Minlərcə addım atdım bu şəhərin hər guşəsində. Hər parkı, hər ağacı əzbərlədim. Sevdaya qovşanmış hər bir yerdə sənin adını axtardım. Evlərin divarları bir-bir üzərimə yıxıldı. Üzərimə yıxılmış sevgi acısını ürəyimin dərinliyində hiss edərkən məni bu acıdan dartıb çıxaracaq əllərini axtardım. Gözlənti şerləri yazdım. Kimisinə ucadan, kimisinə səssizcə söylədim. Qaranlıqlara qışqırdım həsrətimi. Səsimi duyarsan deyə gözlədim. Səndən gələcək bir tək xəbəri gözlədim. Saatlar əsrlər kimi gəldi. Çağıran hər telefon zəngini ürəyimin çağlayan atışları ilə götürdüm. Səndən başqa duyduğum hər səsdə eyni xəyal qırıqlarını yaşadım. Onlar məni, mən isə səni duymaq istəyirdim. Səni axtarmaqdan yorğun olmuş bədənimi qaranlığın qucağına uzatdım hər gecə. Bir göz qırpımında səhərin açılması üçün yuxuya getməyimi istədim. Bacarmadım. Səhəri gözlərimi bağlamadan açdım. Hər gecə sakitcə ayaq səsləri dinlədim, bəlkə gələn sən olarsan deyə. Hər yağışla birgə hüzn də yağdı ürəyimin üzərinə. Buludlar yalnızlıq rəmzi idi mənim üçün. Məni isladan yağış damlaları olmadı. Mən hər mövsümdə sənin yoxluğun ilə islandım. Həyat bahara çiçəklərini açaraq xoş gəldin deyirdi. Uzun qış aylarından sonra gəlməz sandığım köçəri quşların da döndüyünü gördüm. Sən yox idin. Hər avtobus, hər stansiya adresim oldu. Hər hansı bir avtobusdan düşərsən deyə sandım. Avtobuslardakı hər bir kəsə səni görərəm deyə baxdım. Adı bilinməyən qəsəbələrə getdim səndən bir iz tapmaq üçün. Dənizin sonsuz dalğalarına ümid bağladım. Limanlarda keçirirdim gözləntilərimi. Hər zamanda olduğu kimi limanlardan sən olmadığın gəmilər keçdi. Gözümdən bir tək damla yaş axmadı. Onlar sənə qalmalı idi. Heç kimsəyə söyləmədim həsrətini. Gözləntini kimsəyə anlatmadım. Fırtınalar qopdu ürəyimdə, dalğalar qovdu xəyallarımı. Sığınacaq bir liman, yaşlanacaq bir köşə axtardım. İçimi açıb tökəcək bir insan axtardım. Hər gecə ay param parça oldu. Hər gecə ulduzlar bir-bir düşdü soraqlara. Ulduzları saçına taxıb gəlişini gözlədim. Ayı ovcunda mənə gətirməni gözlədim və bir günəş kimi doğub bu qara dünyamı aydınlatmanı istədim. Amma sən yox idin...


Şərhlər:
Baxılıb: 2494
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz