Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gerçək bir hekayəni sizinlə paylaşıram
Gerçək bir hekayəni sizinlə paylaşıram
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 1840
Səs ver:
 Sizin üçün nə dərəcə əhəmiyyəti var bunun bilmirəm amma mən bu sətirləri yazarkən gözümdən damlalar axır sətirlər üzərinə. Kişilər ağlamaz sözü mənə görə deyil. Ağlamaqdan heç utanmadım, duyğularım, ağrılarım məni boğduğu zaman həmişə ağladım. Yenə ağlayıram... Sizləri tanımıram amma sizlərlə paylaşmaq istəyirəm. xaiş edirəm; bu sətirlərə bir sevən olaraq sahib çıxın və xaiş edirəm sadəcə yazılı sətirlər olaraq keçməyin. Oxuduqca yer üzündə insanlar nələri yaşayarmış deyəcəksiniz buna əminəm. Bir məmur ailənin ən kiçik uşağı olaraq atamın təyininin çıxdığı bir kəndə köçdük. Narahatıydım, məktəbimi bir kənd məktəbində oxumaqdansa ,şəhərdə mədənicə oxumaq istəyirdim. qeydimi etdirdi atam məktəbə. İbtidai məktəb 4. sinifdən başladım kənd məktəbinə. Məni bir sinifə yazdırdılar. Müəllim kənddə xarici olduğumu bilirdi və hansı sıraya oturmaq istəyirsənsə otur dedi mənə. Bir qızın yanı boş idi yalnız oraya oturdum. Həyatımı həsr etdiyim, gedişiylə məni bitirən insanla ilk o zaman tanış oldum. 
Uşaq yaşımda belə onun gözəlliyi məni çox təsir etmişdi. Gömgöy
gözləri, qəmzə yanaqları ilə arada bir mənə dönüb gülüşü, səhv yazdığım
qeydlərimdə öz silgisiylə dəftərimdəki səhvi silməsi məni o kiçik yaşımda
ona bağladı. O dövrlərdə uşaq tərəfindən bir yoldaşlıq idi. Zaman irəlilədikcə onsuz tək saniyə keçirə bilmirdim. ya mən onlara gedib dərsə hazırlaşır, ya da o bizəgəlirdi. Mükəmməl bir paylaşımçıydı.ürəyini,sevgisini,dostluğunu daha o
yaşda vermişdi mənə. İbtidai məktəbi birlikdə oxuduq və eyni vaxtda bitirdik. həmişə onunla həmişə ona bir az daha alışaraq. Orta məktəbə keçdiyimizdə ailələrimizə xahiş etdik və bizi eyni məktəbə yazdırdılar, hətta eyni sinifə, hətta eyni sıraya oturmamız üçün atalarımız müəllimlərə sanki yalvardılar. Bacarmışdıq.
Yenə eyni sıradaydıq. Geridə qalan ibtidai məktəb dövründəki iki ildə anladım ki onsuz həyat mənə dinclik vermirdi. Yaşımız yetişkinləşdikcə o məni, mən onu daha çox sevirdim. Uşaq tərəfindən başlayan yoldaşlığımız sevgiyə eşqə çevrilmişdi .orta məktəb illərimiz bitmək üzrəykən Şəhər mərkəzində Ailələrimiz litseyə keçdiyimiz sırada ortaq bir qərar aldılar. Buna görə tək ev kirayəyə götürəcək ikimiz eyni evdə qalacaqdıq. Anam da bizimlə qalacaqtı.Allah'ım o qərar bizə atdırıldığında dəqiqələrlə qucaqlaşaraq qeyd etmişdik bunu. Ona aşiq olmuşdum. Eyni duyğuları o da paylaşırdı və bunu fərq edən ailələrimiz məktəb bitdiyində evləndirək deyə qərar aldılar. . İlk əlini tutduğumda əsla bir daha buraxma demişdim. Yanaqları qızarmışdı, utanmış və başını önünə əymiş, gülümsəmiş və əlimi möhkəm-möhkəm sıxmışdı. Artıq hər gün əl ələ tutuşub məktəbə gedir məktəbdən çıxarkən əl ələ gəzir elə gedirdik evimizə. Arada bir
əlləri tərlər və hər tərləyişdə əlini qurulamaq üçün əlimdən çəkərdi. Bunu hər
etdiyində hirslənər əlimi buraxma deyə danlayardım,və o da həmişə yaxşı yaxşı deyərək gülümsəyər və sürətlə əlini ovucuma salardı. Hər şey möcüzə idi, dünya
cənnət kimi idi gözümüzdə. İllər axıb gedirdi xoşbəxtlik içində. Nəhayət litseyi də bitirmək üzrəydik. . Allaha şükür qiymətlərimiz yüksək idi. Sevinclə sarıldıq bir-birimizə əlimi tutdu. bunu qeyd etmək üçün bir cafeyə gedib cola içərək qeyd edəcəkdik. Məktəbin az irəlisindən keçən bir
daşlı və çox tozlu yol vardı. Hər zaman toz tüstü içində olardı. xırda böyuk daşlarla dolu idi. O yolun mənim və ölərcəsinə sevdiyim insanın ayrılmasında bu qədər rol oynayacağını bilsəm heç girərmiydik o yola. Nələr verməzdim o yolu yeriməmək üçün. Əli yenə əlimdə idi, qəflətən əlini çəkdi, tərləmişdi yenə əli. Saniram dörd addım atmışdım. Dönüb yenə danlayacaqdım. Çünki həm əlimi buraxmışdı, həm də geridə qalmışdı. Dönüb baxdığımda Dünya başıma yıxıldı. Sanki göy qübbənin altında qaldım. yerdə idi və üzündən qan fışqırırdı. nə edəcəyəimi bilmədim üzərinə qaçdım.üzünə yapışmış saçlarını qaldırdığımda həyatımı bitirən məim bu günə kimi gözlərimin nurunu aparan o görünüşlə qarşılaşdım. Başı kəsilmiş bir toyuq kimi
çırpınırdı. Sifətinə
bir daş parçası bıçaq kimi batmışdı və baxmağa doya bilmədiyim mavi
gözlərindən biri çıxmışdı. Sifətinin yarısı yox idi. Hıçqırırdı mənə bir
şeylər demək istəyir qanla bağlı digər gözünü təmizləyərək mənə bir şeylər
deməyə çalışırdı. Yoldan keçən bir yük maşınının təkərinin altından çıxan bir
daş sifətinə batmışdı. Ölərcəsinə bir eşqi, gələcəyimizi kibrit
böyüklüyündə bir daş parçasının bitirəcəyini bilə bilməzdim. Donuq donuq heç danışa bilmədən üzünə baxmaqdan başqa bir şey edə bilmirdim. Əllərini tutdum qaldırdım başını sinəmə söykədi və əlimi möhkəm-möhkəm tutdu. Axan qan əllərimizə damlıyırdı.Yoldan keçən bir avtomobil dayanmışdı bizi seyr edirdi, xəstəxanaya çatdıraq dediyimdə qanlı olduğu üçün götürmədi və qaçdı getdi. Kimsə avtomobilə
almırdı bizi. ətrafıma baxıb kömək edin deməkdən, ona dönüb səni
sevirəm, məni buraxma, söykən deməkdən başqa bir şey edə bilmirdim. İki dəqiqəlik bir çırpınışdan sonra qucağımda öldü. Cənnət olan Dünya 5 dəqiqədə cəhənnəmədöndü. Tam doqquz il oldu onu itirdiyim.Özümə olan etibarımı itirdim. Artıq kimsəni sevə bilmirəm, kimsədə məni sevə bilməz
qorxusundan qurtara bilmirəm özümü. tək əlimdə qalan bu yazdıqlarımdı. sizinlə paylaşmaq istədim.
Bu yazını oxuyarkən sizində əliniz tərlədisə o zaman bilin ki sizdə sevdiniz….
duyğulandınız hətta ağladınız amma bu bir həyatdı…




Şərhlər:
Baxılıb: 1840
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz