Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O həqiqətən səni sevir? Test
O həqiqətən səni sevir? Test
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16528
Səs ver:
O həqiqətən səni sevir?Test


O, həqiqətən səni sevir?
Nəticəni sayca çox olan bəndə görə müəyyən et


1. Çox gərgin iş günü yaşamısan. Yorulduğunu sevgilinə etiraf edirsən. Onun reaksiyası:
A. O, məni öpüb, qucaqlayıb, sakitləşənə kimi saçlarımı sığallayır.
B. Sakit bir kafedə mənə qulluq edib, problemimi həvəslə dinləyir.
2. Onunla tanış olduğun günü yadına sal. Həmin gün o…
A. … Məni başdan ayağadək süzüb, nə qədər gözəl olduğumu dəfələrlə təkrar edirdi.
B. Gözlərimin içinə baxıb, harada çalışdığımı, nə işlə məşğul olduğumu soruşurdu.
3. Onunla ilk öpüşün yadındadır?
A. O, məni ilk görüşdə öpmüşdü.
B. Uzun zaman görüşdükdən sonra nəhayət o, məni öpməyə cəhd etdi.
4. Sənin yanında o, özünü necə aparır?
A. Məni əzizləyib, öpür.
B. Qucaqlayıb, uşaq kimi əlimdən tutur. Elə bil qorxur ki, kimsə məni onun əlindən alacaq.
5. Görüş təyin etmək üçün o, sənə…
A. Elə həmin gün zəng edib «bu gün görüşək?» deyir.
B. O, görüşəcəyimizi bir neçə gün əvvəlcədən müəyyənləşdirir.
6. O, səni sadə köynək və cins şalvarda da cazibəli hesab edir?
A. əlbəttə, yox. Mən onun gözündə güpür topikdə və klassik geyimdə daha gözəl görünürəm.
B. O, «sənə al da yaraşır, şal da» deyir.
7. Onun dostları və qohumları ilə tez-tez görüşürsən?
A. Adətən, gəzməyə tək çıxırıq. Amma bir dəfə təsadüfən onun valideynləri ilə rastlaşmışam.
B. Hər dəfə gəzməyə çıxanda, onun valideynlərini də dəvət edirik.
8. Sevgilin bir neçə günlük iş dalınca gedəndə, sənə zəng edir:
A. Uzun- uzadı söhbət edirik. Sonda o: «sənin üçün darıxmışam» deyib, dəstəyi asır.
B. O, heç yerə getməmiş kimi bir-iki kəlmə danışır. Mənsə gündəlik məşğuliyyətimdən ona hesabat verirəm.
9. Aranızda söz-söhbət olanda, o, barışmaq üçün hansı yola əl atır?
A. Sakitləşənə kimi məni öpüb, qucaqlayır.
B. Narazılığının səbəbini bildirib, ortaq məxrəcə gələnə qədər mübahisə edir.
10. səni evə yola salanda öpmürsə…
A. Mənin üçün faciə olar.
B. O qədər əhəmiyyətli deyil.
11. Sevgilinlə maraqlı gün keçirməyin üçün o…
A. Mənimlə sakit və kimsəsiz bir parkda, insanların gözündən uzaq bir yerdə romantizmə üstünlük verir.
B. Şən gün keçirməkdən ötrü əyləncə mərkəzinə gedirik.

Nəticə

A bəndi

Sənə o qədər maraq göstərir ki, şəklini kompüterinin iş stoluna belə yerləşdirməyə hazırdır. Onun üçün maraqlı və dəyərli insansan. Amma aranızda olan münasibət bağlılıqdan başqa bir şey deyil. O, səndən ötrü dəli ola bilər. Amma bu o demək deyil ki, o, səninlə evlənməyə hazırlaşır. Uzun münasibət sürüb, ömrünü bir insana bağlamaq sevgilin üçün yad anlayışdır. O, tək qalıb, darıxanda sənə zəng edir. Sevgilin üçün sənin nə istədiyin yox, onun maraqları əsasdır. O, gəzmək istəyəndə, yanında heç kim olmayanda, son ərəfədə səni düşünür və gəzməyə dəvət edir. Onunla yüngül flirt yaşamaq istəyirsənsə, zirək ol. Yox, əgər onun valideynləri ilə görüş gözləyirsənsə, vaxtını itirmə.

B bəndi

Sevgilini nəinki sənin zahiri görünüşün, həm də düşüncələrin, maraqların və işin maraqlandırır. O, sənin kimlərlə dostluq etdiyini öyrənib, vaxtını necə keçirdiyindən xəbərdar olmalıdır. O, bununla kifayətlənməyib, səni valideynləri və dostları ilə də tanış etmək arzusundadır. Psixoloqların fikrincə, bu cür oğlanlar qadınına sevgidən əlavə, böyük ehtiras bəsləyirlər. O, daim səni öyrənməyə və xasiyyətinə bələd olmağa çalışır. O, özündən çox səni düşünür, sənin arzu və istəklərini həyata keçirməyə can atır. Səni xoşbəxt etmək üçün əlindən gələni əsirgəmir. Bu cür oğlan hər qıza qismət olmur. Sevgilinin qədrini bil

Siz yoxladınızmı hansi variant çıxdı?


Şərhlər:
Baxılıb: 16528
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz