Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həqiqi sevgi
Həqiqi  sevgi
Göndərən: AYGUN18
Şərhlər:
Baxılıb: 2489
Səs ver:

 Bir zamanlar, bütün duyğuların üzərində yaşadığı bir ada varmış:

      Xoşbəxtlik, Kədər, Bilgi və bütün digərləri, Sevgi daxil ...
Bir gün, adanın batmaqda olduğu duyğulara xəbər verilmiş ... Bunun üzərinə hamısı adanı tərk etmək üçün qayıqlarını hazırlamışlar.
 Sevgi, adada ən son qalan duyğu olmuş, çünki mümkün olan ən son ana qədər gözləmək istəmiş.
      Ada az qala batdığı zaman; Sevgi kömək istəməyə qərar vermiş.
Zənginlik, çox böyük bir gəminin içində keçməkdəymiş.
 Sevgi, "Zənginlik, məni də yanına götürərsənmi?" deyə soruşmuş.
Zənginlik, "Xeyr, ala bilmərəm.
      Gəmimdə də çox çox qızıl və gümüş var, sənin üçün yer yoxdur. "Demiş.
      Sevgi, çox gözəl bir yelkənliyin içindəki Qürur 'dan kömək istəmiş.
- "Qürur, lütfən mənə kömək et!"
      - "Sənə kömək edə bilmərəm, Sevgi.
      - "İslaqsan və yelkənimi məhv edərsən." deyə cavab vermiş Qürur.
       Kədər yaxınlardaymış və Sevgi kömək istəmiş:
- "Kədər, səninlə gəlim."
      - "Of, Sevgi, o qədər təəssüf edirəm ki, tək qalmağa ehtiyacım var."
      Xoşbəxtlik də Sevginin yanından keçmiş;
      Amma o qədər xoşbəxtmiş ki Sevginin çağırışını eşitməmiş.
 Sevgi, birdən bir səs eşitmiş.
      - "Gəl Sevgi! Səni yanıma alacağam ..."
      Bu Sevgidən bir az daha böyük birisiymiş.
 Sevgi o qədər şanslı və xoşbəxt hiss etmiş ki, onu yanına alanın kim olduğunu öyrənməyi ağıla gətirə bilməmiş.
      Yeni bir quru parçasına çatdıqlarında, Sevgi 'yə kömək edən yoluna davam etmiş. Ona nə qədər borclu olduğunu fərq edən Sevgi,
 Bilgi"yə soruşmuş:" Mənə kömək edən kim idi? "
      - "O, Zaman idi" deyə cavab vermiş Bilgi.
      - "Zaman mı? Niyə mənə kömək etdi ki?" deyə soruşmuş Sevgi.
 Bilgi gülümsəmiş:
      - "Çünki yalnız Zaman Sevginin nə qədər böyük olduğunu anlaya bilər ..."





Şərhlər:
Baxılıb: 2489
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz