Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sən məni unutmayacaqsan
Sən məni unutmayacaqsan
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1436
Səs ver:

 

Çox uzun zaman aldı silib atmaq içimdəkiləri, bəlkə hələ bir yerlərdə şüşə qırıqları kimi kiçik parçalar halında dayanır köhnəlmiş sevdam. Süpürdüklərimdən qalanlar batar gün gəlir ayaqlarıma….

Çox uzun zaman aldı səndən qalan ağrıları silmək; asan deyildi o qədər ili bir qələmdə yox etmək. Xatirələrimi silmək istəmədim, hamısı mənim parçam idi. Mənim dərdim o xatirələri hər xatırladığımda ürəyimdə ibarət yaranan bıçaq yarasından xilas olmaq idi.
Zaman deyilir ya, həqiqətən zaman və əlbəttə unutmağa könüllü olmaq lazım olurmuş bunun üçün; indi anladım. 
Sevdamı unutmaq istədimmi desən, insan ürəyində ibarət olan o böyük coşğunu niyə unutmaq istər ki? Amma səndən qalan ağrıları unutmağı çox istədim. Məndə yaratdığın o ağır halları, psixoloji təsirləri, ruhumdakı yaralı, sancılı, ağrılı halları silib atmağı istədim.
Səni deyil də, səndən üstümə yapışanları unutmaq istədim. Necə bir daha güvənə biləcəkdim bir kişiyə? Necə bir daha sevəcək cəsarəti tapacaqdım? 
Necə olacaqdı da; səndən sonra gələnə ürəyimdəki bu qədər qanayan yaranı göstərmədən, içindəki ön mühakimələri, qorxuları, yorğunluqları silərək, sanki ilk dəfə onu görmüş gözlərəm kimi baxacaqdım?
Yenidən başlamağa cəsarəti haradan tapacaqdım? Haradan öyrənəcəkdim hər səfərində düşsəm belə kimsəyə deyil, özümə güvənməyi?
Səni unutmaq deyildi dərdim, heç bir zaman da olmadı; məndə buraxdığın izləri silmənin arxasındaydım, ona görə bu qədər çalışdım.
Sonra bir gün, çıxıb gəldi qarşıma biri, baxdı o dərin okean gözləriylə. Bir anda gecə bitdi, ulduzlar getdi, mövsüm bahara döndü, günəş doğuldu. Demək dedim yenidən sevə biləcəyəm, demək yenidən öpə biləcəyəm birini. Nə varsa içimdə, hamısını izah etdim tək-tək, səndən qalan bütün ağrıları ürəyimdən çıxarıb masaya qoydum.  
Baxdı belə bir, gülümsədi yüngülcə, əlinin tərsiylə itələdi hamısını; düşdülər! Yenidən yazılacaq tarix dedi. Tutdu əlimdən, getdik!
Mənimlə yaşadıqca həmişə daha çox parladı gözləri, xoşbəxt olduğunu söylədi, göstərdi, yaşatdı və dedi ki: "Bir adam səni bir dəfə sevmişsə, bir daha əsla unuda bilməyəcək!" Düşündüm də, haqlı idi!
Ona görə demək bezib usanmadan mənə dönmək isteyişin. Həmişə başı çıxarıb zaman aralıqlarında məni idarə edişin, tək bir boşluq, açıq qapı tapsansa girmək isteyişin….
Mənim səndən qalan izləri unutmam asan olmadı yalanım yox amma səni unutmanın dərdinə heç düşmədim. İndi anlayıram ki; mən necə bir gün sənin gözlərini xatırlamayacaqsam, sən də inadına məni unuda bilməyəcəksən!
 
Tərcümə və Rdaktə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 1436
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz