Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Seni Sevirem...
Seni Sevirem...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3976
Səs ver:
Seni Sevirem...

Düşünürəm, bəlkə də, doyunca sevməmişəm səni və heç vaxt da sevə bilməyəcəyəm. Nəbilim... Bəlkə də heç vaxt görməmişliklə görüşünə qaçıb, şəkillərinə saatlarca baxıb, barmaqlarımı saçında gəzdirib, mahnıların təsiri ilə sənli düşüncələrə dalarkən yaranan axmaq təbəssümü dodaqlarıma bəxş etməyəcəyəm. Qarışmayacaq siqaret qoxan nəfəsimə şanelinin ətri. Divarlara adımızın ilk həriflərini pilusla ayıraraq, sonundakı bərabərə ürək çəkməyəcəyəm. Telefonda adını yazacağam... Balamsız, canımsız, sadəcə adın. Mesajlarla səhərlər oyadıb, gecələr yatırtmayacağam. Gözlərində həsrət yaranacaq. Və damcı damcı səbrinə dolub, bir gün daşacaq. Heç nə deyə bilməyəcəksən. Bəhanə də olmayacaq yapışmağa. Ən pis söyüşləri söyəcək gözlərin... Ən dəli arzularla yanacaq bədənin. Amma axmaq bir susqunluq və göz yaşlarından başqa heç nə... Başqa heç nə bacarmayacaqsan. Ətəyini qısaldacaqsan, ətrini dəyişəcəksən... Saçlarını sevdiyim kimi buracaqsan, saraldacaqsan. Təki görüm səni... Bütün duruşun, baxışın "səninəm!" pıçıldayacaq... Çoxdan anladığım sevgini də etiraf edecəksən. Adi qarşılayacağam... Qürurundan əsər əlamət qalmayanda nifrətin yaranacaq. Hər gün bir sms azaldacaqsan. Hər gün ağlayacaqsan məni divarlara, mahnılara, filmlərə, yolda gördüyün hər cütlüyə... Əvvəl-əvvəl məni lənətləsəndə, sonradan özünə keçəcəksən. Qaynar duşda isti qanını da dadacaq ülgüc... Gözəl günlərin birində güzgüyə uzun uzadı baxıb da güləcəksən. Həmin gülüşlə doğulacaq mənsiz sən...
Dəyişməyini makiyajdan başlayıb, nömrədə bitirəcəksən. Və bu mənim acığıma olmayacaq. Nəhayət də özünü tapmış bir qızın həyata baxışı olacaq...
Eee... o qədər aşiqin çıxacaq ki... Sənə bunlar mənasız gələcək. Qəddarlaşan zərif hisslərinə kimisə buraxa bilməyəcəksən. Bütün kişiləri mən biləcəksən. Bütün kişiləri sadist biləcəksən. Sənin üçün həyat yoldaşı ər obrazı məşuq, uşağının atası olacaq. Heç vaxt sevgili olmayacaq. Yadında son gördüyün kimi qalmış olacağam onda. Boz frenç, qəhvəyi şarf və uzunboğaz çəkmədə...Şəhərin frenç, şarf dəbdə olmayan qışı bəlkə də unudacaqsan məni. Fahişə kimi sevmədiyin ilə sevişəndə qınadığın mən, anlamadığın mən, səbr etmədiyin mən səninlə yaşadığım hekayənin sonuna qürurla pıçıldayacağam... "Sevirəm səni!


Şərhlər:
Baxılıb: 3976
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz