Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məni qucaqla... Sənsiz qoyma
Məni qucaqla... Sənsiz qoyma
Göndərən: _BELOSNEJKA_
Şərhlər:
Baxılıb: 1984
Səs ver:

Məni qucaqla... Sənsiz qoyma

Məni qucaqla...Üşüyürəm düşüncələrima arasında...Qorxuram səhvlərimin əhatəsində. Qucaqla məni bərk-bərk öz daxilimdəki soyuqluğu hiss etməyim. Qucaqla məni bərk bərk öz səhvlərim məni incitməsin... Düşüncələrim qorxutmasın...Bir anlıq yuxuya gedim ... Məni qucaqla..Bilirsən,əslində hər birimiz bir mələyik...Lakin bir qanadımız var...Bir mələk tək uçmaq üçün mənə kömək et,məni qucaqla...Məni qucaqla...Bir mələk tək iki qanada sahib olaq... Nədənsə qorxuram, içimdə bir narahatlıq var. Nəyisə səhv etmişəm, ya edirəm bilmirəm...Sən sadəcə məni qucaqla Bəzən ehtiyacımız olar daxilimizdəki bir soyuqluğu isitmək istyərik...O zaman ən yaxınlarımıza ehtiyacımız olar.Heçnə demədən belə o dəstəyi,o eyni anda sənin hisslərini paylaşmağını duymaq bizə yetərlidir. Yaxınlarımızla paylaşacağımız o qədər hisslərimiz varki...Amma biz bəzən təkliyi seçərik. Təkliyin qaranlığında özümüzə bir işıq yaradarıq. Öz daxilindəki hissləri özünlə paylaşaraq təkliyin soyuq yatağında yuxuya getmək...Doğma qucaq olarkən nədən bəzən o soyuq yatağı seçərik? Amma istəmirəm daha təkliyi...özümə qapanaraq ətrafdakıları incitməyi. Uzaqlaşmaq istərkən ən yaxınlarımdan sakitliyi deyil,öz daxilimi oyatmış oldum.Anladimki, təklik məni insanlardan uzaqlaşdıraraq peşmanlığa yaxınlaşdırdı. Təkliyimlə birgə arzularıma sığınmışam.Xəyallarım qoynunda yatmışam...Bir zaman ən şirin arzularım indi məni qorxudur o təkliyin qaranlığında... Anladımki, hər nə qədər problemin olsa belə öz daxili aləmin qapanmamaq gərəkdir... Dünyada hər zaman yaxınlarımızı incitməməyə çalışmalıyıq. Çünki həyatda o qədər üzücü hadisələr baş verirki...Bizim köməyimiz olmadan belə.Odurki paylaşmaq gözəlkən nədən təklikdə gizlənək? Təklik düşüncələrini sənə unutdurmayacaq, yaralarını sağaltmayacaq...əksinə onları daha dərinləşdirəcək.Ağlamaq istərkən göz yaşını siləcək biri olmayacaq yanında...Məncə göz yaşlarının silinməyə haqqı vardır.Çünki heç kəs, heç nə gözlərdən yaş süzülməsinə layiq deyil. İndi məni qucaqla, çünki daha ağlamaq istəmirəm,daha təklik istəmirəm.Sənlə olmaq istəyirəm..

Redaktə etdi: PURE LOVE



Şərhlər:
Baxılıb: 1984
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz