Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatımın mənası
Həyatımın mənası
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3143
Səs ver:

Həyatımın mənası

İnsanın içinə işləyən bir ayaza ev sahibliyi edən qış səhərində, səni düşündüyümdə içimə yayılan istiliyin, çöldəki iki metr qarı belə əridə biləcəyini düşünürəmsə...
Yuxudan üzümdə xoşbəxt bir gülümsəmə ilə oyanıb mənimlə birlikdə oyanan günə sənin adını verirəmsə...
Evimin bütün divarlarında sənin üzünü görüb, mənə baxdığını hiss edirəmsə...
Və bu məni hər gün eyni şəkildə həyəcanlandırırsa...
İçdiyim çayın şəkəri, siqaretimin tüstüsü, naharımın hər loxması sən olursansa...
Küçədə mənə baxan hər insan, üzümdəki tərifsiz sevinci görüb heyrətə düşürsə...
Sevdiyin mahnını dəfələrlə başa alıb bezmədən dəfələrlə dinləyə bilirəmsə...
O mahnının hər sözünə səninlə əlaqədar ayrı bir məna yükləyirəmsə...
Yüzlərlə adamın arasında belə qədəhimi yalnız sənin şərəfinə qaldırıramsa...
Başımı döndürən şeyin əslində içki deyil, sənə olan eşqim olduğunu bilirəmsə...
Yorucu bir günün sonunda kiçicik bir sözünlə, bir gülüşünlə uzun bir tətildən dönmüş kimi enerji doluramsa...
Və o enerjiylə heç yatmadan günlərlə çalışa biləcəyimi duyuramsa...
Gün boyu saatları, dəqiqələri sayıb 'Niyə keçmir bunlar' deyə heyfslənirəmsə..
Və həmişə səninlə görüşəcəyimiz anı gözləyirəmsə...
Kitab oxuyarkən səni düşünməkdən özümü ala bilməyib eyni sətiri dəfələrlə təkrar edirəmsə...
Sonra sənə bunu izah etdiyimdə birlikdə nə qədər güləcəyimizi düşünüb sevinirəmsə...
Səninlə əlaqədar planlar edirəmsə...
Yalnız fərziyyələrə söykənsə belə o planları mükəmməlləşdirmək üçün hər detalın üzərində dəqiqələrlə düşünürəmsə...
İzlədiyim filmdəki baş rol oyunçularının yerinə özümüzü qoyub 'Biz olsaydıq belə edərdik' deyirəmsə...
Əsrlərdir sevgililərin istifadə etdikləri klassik sözlərin mənim duyğularımı izah etməyə çatmadığını fərq edirəmsə...
Yenə də bunları söyləməkdən heç amma heç bezmirəmsə...
Eşqimin coşğusunu sənə əks etdirdiyimdə sənin də mənə eyni coşğuyla cavab verəcəyini bilirəmsə...
Qəhqəhənin ən gözəlini səninlə atacağımı, yeməyin ən gözəlini səninlə yeməyimi, içkinin ən dadlısını səninlə içəcəyimi düşünürəmsə...
"Həyatının ən mənalı şeyi nədir" deyə soruşduqlarında tərəddüd belə etmədən sənin adını verə bilirəmsə...
Sən mənim üçün əvəzedilməz olmusan deməkdir...

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 3143
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz