Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bulud İlə Ulduz
Bulud İlə Ulduz
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2153
Səs ver:

Bulud İlə Ulduz

 

Bir zamanlar səmada bir-birlərini həqiqətən çox sevən bir buludla ulduz vardı. ..Bulut səmanın ən şəkər, ən çəhrayı buludu ulduzsa; ən parlaq, ümidi ən çox əks etdirən ulduzu idi...

Səmadakı hər varlıq onların sevgisini qısqanardı... Şirin bir qısqanclıq idi onlarınkisi... Amma biri vardı ki; bulud və ulduzun ayrılmalarını ürəkdən istəyirdi... Həm də ulduzun ən yaxın yoldaşı olmasına baxmayaraq...

Bulud bir az saf idi, kimsəni qıra bilməzdi... Ulduzsa buludu üçün əlindən gələn hər şeyi edə bilər, hər kəsə meydan oxuya bilərdi... Onsuz da onun üçün bir buludu bir də çox sevdiyi dostu pəri vardı. ..Bir dərdi olduğunda gedər pəriyə izah edərdi... Haradan belə bilərdi ki, pərinin bir gün bunların hamısını ulduzla buludun ayrılmaları üçün istifadə edəcəyini?

Bir gün nəzər dəydi buludla ulduza... Heç yoxdan bir səbəbdən mübahisə etdilər. Bulud, çəkdi getdi, səhvli olmasına baxmayaraq. Ulduzsa "Necəsə buludum məni sevir, dönəcək." deyə düşündü... Lakin heç bir şey gözlənildiyi kimi getmədi... Bulud dönmədi. Kim bilər, bəlkə də cəsarət edə bilmədi dönməyə. Tək bir gerçək vardı ki; O da; ikisinin də çox kədərli olduqları idi...

Səmadakı yaxşılıq mələkləri belə ağladılar onların vəziyyətlərinə amma nə fayda...

Sabahısı gün ulduz olanları ən yaxın dostu pəriyə izah etdi... Pəridirsə saxta bir hüznə büründü... Əlinə böyük bir fürsət keçmiş idi. Artıq həyatı boyunca qısqandığı adama qarşı qozırları vardı əlində. O adam, ən yaxın dostu ulduz olmasına baxmayaraq istifadə edəcəkdi qozırlarını... Həm də böyük bir zövqlə... Buludun yanına getdi və ulduzun artıq onu sevmədiyini söylədi. Buludsa kədərləndi, boyunu bükdü amma əlindən heç bir şey gəlməyəcəyini düşündü... Çünki ulduz inadçı idi. Bir dəfə olmaz dedisə, bir daha olar deməzdi. Pəri də buludun bu kədərli vəziyyətindən faydalanıb ona olan sevgisini etiraf etdi... Bulud da kimsəni qıra bilmədiyi üçün pərinin, ulduzunun yerinə keçməsinə icazə verdi...

Ulduz, günlərlə buludunun dönməsini, ondan üzr istəməsini gözlədi... Amma bulud gəlmədi. Bir gün ulduz, buludun yanına gedib, danışmağa qərar verdi. Gecə yola çıxdı.

Bulud, dostu sandığı pəriylə birlikdə ayda elələydi... Mələklər dözə bilməyib, bütün olan bitəni izah etdilər ulduza... Çox kədərləndi və çarəsiz, döndü arxasını getdi... Yavaş yavaş sönməyə başladı...

O gündən sonra ulduz söndü, işıq verə bilməz oldu. Buludsa artıq nə o qədər çəhrayı, nə də o qədər məxmər idi.

Ulduz, ilk zamanlar hər şeydən imtina etdi, həyata küsdü... Amma asan məğlub olmazdi. Qısa bir müddət sonra həyatıyla əlaqədar o əhəmiyyətli qərarı verdi.

O günə qədər heç görmədiyi günəşin yanına gedəcəkdi və bir az daha işıq istəyəcəkdi ondan. Çox keçmədən daha əvvəl heç görmədiyi günəşin yanına getdi... Ondan əks etdirməsi üçün bir az daha işıq istədi... Günəş işıq yerinə sevgisini verdi ulduza...

O gün bu gündür ulduz, dünyaya günəşin sevgisini əks etdirər... Buludsa; həmişə gözyaşlarını axıdar dünyaya... Bir də ürəyində qopan fırtınaları...

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 2153
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz