Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qayınanayla dil tapmaq üçün nə etmək lazımdır?
Qayınanayla dil tapmaq üçün nə etmək lazımdır?
Göndərən: Pure Love
Şərhlər: 3
Baxılıb: 194
Səs ver:
Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, qayınana və gəlinin daim mübahisə etməsi gündəmdən düşməyən bir mövzudur. Onların mübahisələrinin əsas səbəbi də qısqanclıqdır. Belə ki, qayınana oğlunu gəlinə qısqandığı üçün nadir hallarda onu ürəkdən sevə bilir. Bununla yanaşı, qayınana ilə münasibətlərdə yaşanan problemlərdə bioloji faktorlar da müəyyən rol oynayır: "Nəzərə alın ki, uşaqlar böyüyüb, ailə qurduqda çox vaxt ananın klimaks dövrünə təsadüf edir. Bu xəstəlik olmasa da, insana mənfi təsir göstərir. Qadında bu dövrdə əsəbilik, qısqanclıq, həddindən artıq emosionallıq müşahidə olunur. Ona görə də, klimaks dövrünü qadınlar kifayət qədər ağır keçirirlər. Bəziləri bu dövrü qocalığa bir addım kimi hesab edirlər. Axı indi onlara yalnız ana və qayınana yox, həm də nənə deyirlər. Bu fikir kimisə sevindirir, kimisə kədərləndirir və xoşagəlməz hadisələrin, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır".

Qayınana oğlunun daha yaxşı gəlinə layiq olduğunu düşündüyü üçün də çox vaxt gəlinlə mübahisə edir və oğlunun seçimi ilə heç cür barışa bilmir. Bu cür düşünən qayınanalar fürsət düşən kimi oğlunu həyat yoldaşına qarşı edir. Gəlinin xasiyyətinin və davranışının mənfi tərəflərini qabardaraq tənqid edir, oğluna onun haqqında mənfi fikirlər söyləyir. Oğlunun ailə həyatına və nəvələrin tərbiyəsinə müdaxilə edir, mübahisə zamanı, hətta gəlin haqlı olduqda belə oğlunun tərəfini tutur.

Çox vaxt deyirlər ki, qayınana və gəlin ayrı yaşadıqda hörməti və mehriban münasibəti qismən qoruyub saxlamaq olur. Amma psixoloq bu fikirlə tam razı deyil. Ona görə ki, gəlin və qayınana ayrı yaşasalar belə, daim mübahisə edən, uzun illər, bəzən isə ömür boyu küsülü qalan ailələr var. İstər ayrı, istərsə də birgə yaşayanda arada olan hörməti qoruyub saxlamaq lazımdır.

Əslində qayınananı günahlandırmaq və dalınca danışmaq əvəzinə gəlinlər onları başa düşməyə, tanımağa çalışsalar, həyatları daha rahat olardı. Psixoloqun dediyinə görə, qayınanaların 8 tipi var və gəlinlərin bu haqda bilməsi münasibətlərdə harmoniyanın yaranmasına müsbət təsir edəcək.

Şikayətçi qayınana. Gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.

İdarə edən qayınana. O, ailəsində bütün problemləri özü həll etməyə adət edib. Belə qadın gəlin gəlməmişdən əvvəl evini hər zaman ideal təmiz saxlayıb, ailəsinin peşəkar aşbazı olub, ailənin bütün qayğılarını çəkib. Belə qayınana ilə bir evdə yola getmək üçün yalnız onun dedikləri ilə hesablaşmaq lazımdır. Gəlin onunla yaşayaraq müstəqil qərar verə bilməyəcək. Əgər gəlin sərbəstliyi sevən, üsyankar xasiyyətlidirsə, belə qayınana ilə yola gedə bilməyəcək.

Günahlandıran qayınana. Belə qayınanalar, hər zaman öz oğluna xatırladır ki, onu öz sağlamlığı bahasına dünyaya gətirib və böyüdüb. O, hər zaman gileylənir. Özünə daha çox diqqət və qayğı istəyir. Əksər hallarda onlar özləri gəlinlə münaqişə yaradır.

Eqoist qayınanalar. Onların həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon - o, özüdür. Bu tip qayınana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında sizi pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atar.

Özünü qurban verən qayınana. Elə tip qayınanalar var ki, özlərini oğluna görə qurban verirlər. Belələri yaxşı qayınana və uşaqcanlı nənələr olur. Gəlinini qızı kimi qəbul edir. Lakin o, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol verməyəcək. Hər zaman məsləhətlər verməyə çalışacaq.

Nazlı qayınana. Bəzi qayınanalar isə özlərini ərköyün balaca uşaq kimi aparırlar. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənirlər. Belə tip qayınanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı var.

İdeal qayınana. Bu ana, əgər onun övladı xoşbəxtdirsə, o, da xoşbəxtdir. Gəlin onun sözünə, köməyinə güvənə bilər. Bu tip qayınanalar, oğlu həyat yoldaşı ilə mübahisə edibsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı isə oğlunda və öz tərbiyəsində görəcək. Bu cür ideal qayınanalar özünə qarşı olan cüzi diqqətə görə də ürəkdən sevinir.

Xeyirxah qayınanalar. Adətən belə qayınanalar özləri vaxtı ilə qayınanalarından pis münasibət görüblər. Bu səbəbdən də gəlinin də o əziyyəti çəkməsini istəmirlər. Onlar hər bir vəziyyətdə gəlinə kömək etməyə hazırdılar.

Qayınana və gəlin problemi hər bir dövrdə olsa da, müasir zamanda gənclərin böyüklərə olan hörmətinin azalması bu problemi daha da qabardır. Psixoloq A.Ağabalayeva hesab edir ki, qayınana gəlininə qızı gözü ilə, gəlin isə qayınanasına sevdiyi və hörmət etdiyi həyat yoldaşının anası kimi baxsa, münasibətlərdəki gərginliyi azaltmaq olar: "Gəlinlər qayınana ilə dil tapmaq üçün onun dediklərini pis qəbul etməməyə çalışmalıdırlar. Yaxşı olar ki, qayınananın dediklərindən bir nəticə çıxarıb onun rəğbətini qazanmağa çalışsınlar. Lakin müasir gəlinlər nadir halda bunu edir və ya bunu etməyə cəhd göstərirlər. Qayınanalar isə çox vaxt oğlunu gəlinə qısqandığı və gəlinin oğlunu əlindən alacağından qorxduğu üçün konfliktə girirlər. Yaxşı olar ki, qayınanalar da bu cür neqativ fikirlərdən uzaqlaşıb ailənin xoşbəxtliyini düşünsünlər".

Fikir vermisinizsə, əksər hallarda qızları öz anaları danlayanda və ya bir məsləhət verəndə, yol göstərəndə bunu pis qəbul etmirlər. Amma qayınana nəsə deyəndə hər zaman onun sözlərinin mənfi tərəflərini düşünürlər. Bu da gəlinlərdə qayınanaya qarşı nifrət hissini formalaşdırır ki, bu hiss də onlara mehriban yaşamağa imkan vermir. Əslində isə gəlin ən azı həyat yoldaşını sevirsə, ona hörmət edirsə, onun valideynlərinə də hörmətlə yanaşmalıdır. Çünki qayınana da bir anadır. Qayınana yoldaşınızın anasıdır və o, öz anasını heç vaxt sizin gözünüzlə görə bilməz. O, anasında hansısa nöqsanları görsə belə, bunu sizə etiraf etməyəcək.

Gəlinlərin qayınana ilə münasibətdə buraxdığı səhvlərdən biri də, qayınananı öz anası ilə müqayisə etməsidir. Bununla yanaşı, həyat yoldaşının uğursuzluqlarında qayınananı günahlandırmaq da ona qarşı aqressiyanı çoxaldır. Nəticədə yola getmək çətinləşir. Qayınana ilə ünsiyyətdə olmaq, onunla məsləhətləşmək, ona hörmət etmək, güzəştə getməyi bacarmaq, təcrübə və məsləhətlərindən faydalanmağa çalışmaq isə ailədəki mübahisələri minimuma endirir. Bunu etmək çətin olsa da, xoşbəxtliyinizi qorumaq üçün dəyər.

Aynurə Məmmədova


Şərhlər: 3
Baxılıb: 194
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Qaynanamla dil tapmagi bacariram,problemim yoxdur yeni.
Evimizde anamizla hec problemimiz olmuyubmu?onlar bize,biz onlara hec eseblesmemisikmi? ve esebimizi boyukdur,olmaz anamizdir deyib udmamisiqmi. Qaynanada anadirda.

Sekildeki qaynana gelini hec kime arzulamiram)))
26 oktyabr 2016 23:23
# 3
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
hecne gerek gozdeyesenki qaynana seninle dil tapsun
26 oktyabr 2016 19:59
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
Bezi qaynanalar varki olarin dilini tapmag qeyrimumkundu. Wukurki qaynana cehetden problemim yoxdu
26 oktyabr 2016 18:49
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz