Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaynana yoxsa gəlin?
Qaynana yoxsa gəlin?
Göndərən: emis
Şərhlər: 11
Baxılıb: 714
Səs ver:
Qaynana yoxsa gəlin? Kim haqlıdır? Əslində hər iki tərəf. Hərənin öz həqiqəti var.

Düşünürsünüz qaynana-gəlin konflikti yalnız Azərbaycandadır? Əsla!

Bütün dünyada iki qadının müxtəlif cür sevdikləri eyni kişi üzərində olan münaqişəsi var. Hətta qohumluq əlaqələrinin və temperamentlərin soyuq olduğu Qərb mədəniyyətində "terrorist qaynana” və "dikbaş gəlin” anlayışları var.

Qaynanalara praktiki məsləhətlər: - Həyatınızı asanlaşdırın. Sizə aidiyyatı olmayan məsələ və problemlərlə özünüzü yükləməyin. Olmayan yerdən nə özünüzə nə də başqalarına stress şəraiti yaratmayın.

- Etibarlı olun. Gənclərin öz problemlərini özlərinə həvalə edin. Sizin müdaxiləniz olmadan istənilən halda istənilən problem həllini tapacaqdır. Yox əgər həll özü və həllin yolları sizi qane etmirsə birinci punktu oxuyun.

- Hərə öz rolunu oynasın. Siz nənə olun, gəlin də ana. Gəlinin analıq vəzifələrini və qayğılarını öz boynunuza götürməyə ehtiyac yoxdur. Gəlin də ana instinktinə malikdir və körpəsini nə acından, nə soyuqdan öldürmək, nə də uşağını təhsilsiz böyütmək niyyətindədir. Nənə olmaq həyatınızda növbəti mərhələdir və özlüyündə necə də gözəldir!

- Hörmətli olun. Hörmət görmək üçün hörmət yerinizi qoruyun. Sizə hörmətsizlik ediləcək şərait yaratmayın. Bu xüsusən manipulyant qadınlara aid etmək olar. "Əgər belə olmasa (etməsəniz), mən də … edəcəm (küsəcəm, …)” yanaşmasını kənara qoyub özünüzü ağbirçək qismində aparın. Bunun yalnız və yalnız sizə müsbət təsiri olacaqdır, inanın.

- Reallıqla barışın. Əlbəttə bütün analar öz oğullarını evləndiyi qadından daha üstün olan birinə rəva bilirlər. "Real” gəlin ilə razılaşmaq asan iş deyil, axı "arzuların” gəlini hələ də beyninizdə sizə rahatlıq vermir. Yeganə çıxış yolu real gəlini qəbul edib, "arzuların” gəlinini elə arzularınızda da basdırıb məzarına qoymaqdır. Əlbəttə zövq və priotitetlər fərqlidir reallıq sizin deyil oğlunuzun seçimidir.

- Alçaltmayın. Oğlunuzun həyat yoldaşını və nəvələrininiz anasını istənilən cüzi formada alçaltmayın. Öz komplekslərinizin və uğursuzluqlarınızın acısını gəlini alçaltmaqla kompensasiya etməyin. Ən azından onun sizin keçmiş və cari problemlərinizdə heç bir günahı yoxdur.

- Fiziki məsafə saxlayın. Ayrı yaşamaq mümkündürsə ayrı yaşamaq üçün şərait yaradın. Yox əgər maddiyyat buna imkan vermirsə gənclərin şəxsi vaxt və şəxsi məkanına hörmətlə yanaşın.

Gəlinlərə praktiki məsləhət: - Sevin. Yoldaşınızı sevdiyinizə görə onun anasını da sevməyə çalışın. Övlad yetişdirmək asan iş deyil. Ən azından ərinizi layiqli şəkildə böyüdüb sizə "təhvil verən” qadını sevin, yoldaşınızın sevdiyi qadını sevin.

- Hörmətli olun. İstənilən ən pis halda belə hörmətli olun. Qəzəb və stress anında edilən hörmətsizliyə görə sonrakı peşmanlıq faydasızdır.

- Missiyanızı anlamağa çalışın. Yoldaşınızla evlənməyin əsas səbəbi xoşbəxt olmaq və xoşbəxt etməkdir. Bütün neqativləri kənara atın yalnız pozitiv daşıyıcısı olun. Ailə qurmağınızın səbəbi qaynana tərbiyəsi ilə məşğul olmaq və ya onun fikirlərini dəyişmək deyil. Qaynananızı olduğu kimi qəbul edin və yoldaşınızın razılığını qazana biləcəyiniz yolla davranın. Öz mövqeyinizi heç kimə, heç bir vasitə ilə sübut etməyə çalışmayın. Qərarınızı əməllərinizdə tətbiq edin.

- Prioritetlər qoyun. Sizin bütün məsələlərdə əsas prioritetiniz yoldaşınız və onun verdiyi (və ya sizinlə ortaq olduğu) qərarlar olmalıdır. Düzgün qoyulan prioritetlər və adekvat təyin olunan rollar gələcəkdə yaranacaq əksər münaqişələrin qarşısını ala bilər.

- Tənqid etməyin. Yoldaşınıza onun qohum və yaxınlarını tənqid etməyin. Heç kimin gözünü heç nəyə açmağa ehtiyac yoxdur. Sadəcə olaraq daha tədbirli olub, konfliktli məqamlardan yayınmağın yollarını təyin edin. Heç bir insan məxluquna anası, valideynləri qohumları, övladları, milliyəti və irqi haqqında mənfi fikir eşitmək xoş deyil.

- Emosional məsafə saxlayın. Ənənəvi dillə desək ortada olan "pərdəni” qoruqçusu olun. Yoldaşınızdan nə öz, nə də onun anasına şikayət etməyin. Qaynana rəfiqə deyil, qaynana yaxın qohumdur.

- Anlayışlı olun. "Mən yoxsa anan” kimi cəfəngiyyatla manipulyasiya etməyin. Çünki, cavabında mütləq "Əlbəttə ki, ANAM” eşidəcəksiniz. Özünüzü iki od arasında hiss edən ərinizin yerinə qoyun. Necədir? Heç yaxşı deyil.

- Müsbət təəssürat yaradın. Buna ən bariz nümunə qaynananıza gözlənilməz, təqvimdən kənar hədiyyələr edin, hətta səmimi olmasa belə xoş sözlərlə dolu açıqçalar yazın və s. Ümumiyyətlə qaynananızla yalnız pozitiv yenilikləri, xəbərləri bölüşün, ona maraqlı olan mövzularda danışın. Biz sözlə, sizinlə xoş təəssüratın yaranmasına can atın. Xəstəlik, yorğunluq və digər məişət problemlərini bölüşmək üçün qaynana düzgün seçim deyil.


Şərhlər: 11
Baxılıb: 714
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Qaynana-gəlin məsələsini məncə çox böyüdürlər. Qaynana da gəlinin bir anasıdır. Gəlin anasına necə hörmət edirsə, qaynanasına da elə hörmət etməli və sevməlidir.

...666...
20 avqust 2015 23:09
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
ayka
qaynana geline gelin de qaynanaya hormetle yanawsa her wey yaxwi olar amma tebii ki yawamadan bilinmez
20 avqust 2015 10:36
# 10
Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş suslu pilka parfum
meni_gozle
burdaki mesleheti oxumaqla deyil yawadiqca gorunur...cunki bezen ne qeder dillenmeyib qaynanani yola vermeye caliwirsan bir o qederde qaynana ustune gedir senin sesini cixartmaga vadar edir
20 avqust 2015 09:44
# 9
14MsM
bir insan pisdise o gelinde olanda qaynanada bir sozle bildiyin edecey menim qaynanam wukur yaxwidi mende yaxwiyam o bilir ki men evimin bir sozun qapidan cole cixartmamiwam hetda anama dememiwe hem ozume eskiyliy bilmiwem neye lazimki xebercilik hemde niye anam pis olsun men o evde otururamsa anami hecvaxt pis etmerem Allah insani pis gelin qaynanadan (pis insandan qorusun)
20 avqust 2015 00:55
# 8
yarpaq33
Allah sebir ve dozum versin her iki terefe
Cetin meseledi
19 avqust 2015 20:37
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
her gelin bir gun qaynana,her qaynanada bir gun gelin olmushdur,ona gorede hormetle yasamaq lazimdiki sabahda hormet gore bilesen
19 avqust 2015 19:28
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
Men özümde gelınem ne vaxtsa qayanada olacam, inşallah. ama gelınımın her işinede qarışmaramda. Esas da söz söhbet qayana gelının her işine qarışdığına göre duşur. Her iki teref özüne hörmet qazanmalıdı,
19 avqust 2015 19:11
# 5
Sara035
Mence gelinden asilidi qaynana guler uze,xow soze sifet cevirmez yeginki.mehriban davranilsa bereketde olar gozel gunlerde allah bizi pis gozlerden qorusun.haqqini oduyub qurtara bilmerem qaynanamin
19 avqust 2015 18:58
# 4
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
BARBI
Qaynana gelin problemleri esrlerdir davam edir. Her zaman yoldasinizin anasina hormet edin onunla xos reftar edib
19 avqust 2015 18:42
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnci
Burdaki meskeheti oxumaqla olmur gerek yasayib goresiniz her sey zananla yoluna dusur
19 avqust 2015 18:24
# 2
Her gulusun arxasında bır keder vardır
xeyalperest
Bu qaynana gelin sohbetleride ne qlobalmis yahuu
19 avqust 2015 18:17
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz