Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlinlərlə qaynanalar niyə yola getmir?
Gəlinlərlə qaynanalar niyə yola getmir?
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 1233
Səs ver:
Bəlkə də yüz illərdir dilimizdə gəlin və qaynana münasibətləri var. Bu məsələ adət-ənənəmizdə o qədər böyük yer alıb ki, haqqında yüzlərcə hekayə tapa bilərsiniz. Amma bu günə qədər gəlin-qaynana münasibəti həllini tapmayıb. Gəlin-qaynana problemləri çox vaxt cütlüklərin boşanmasıyla nəticələnir. Çox vaxt da gəlin-qaynana bir evdə yaşayırsa, bu mövzuda bir sıra problemlər çıxır. Bir yerdə yaşamadıqları vəziyyətlərdə də müxtəlif problemlər olur. Gəlin və qaynana arasında yaşanan problemlərin başlıca səbəbləri evin idarə olunması və qarşılıqlı mehriban münasibətdir. Bu da gəlinlər üçün böyük problem hesab olunur. Gəlin və qaynanalar niyə yola getmirlər? Çünki bizim adət-ənənəmizdə ailə qurmazdan əvvəl qızların fikirlərinə qaynanaları haqqında yalnış fikirlər yeridirlər, bu da gələcək ailənin xoşbəxt olmamasına, gəlinlərin qaynanaları haqqında yalnış fikirdə olmasına, həyat yoldaşları ilə münasibətlərin korlanmasına gətirib çıxarır. Qaynananın gəlinə qarşı səhv fikri Bəzi insanlar yaşadıqları lazımsız təcrübələrdən dərs alıb ona edilənləri gələcəkdə başqalarına edirlər. Bir vaxt gəlin olan qaynanalar öz qaynanalarında pis davranışlar gördüyünə görə bunu öz gəlinlərinə də tətbiq edirlər. Bəlkə də özü belə gördüyünə görə "qaynana modeli" onun üçün belədir. Qaynanalar oğullarını paylaşa bilmirlər Bəzi ailələrdə uşaqlar tam şəkildə özləri haqqında qərar verə bilmirlər. Bunun səbəbi həmişə onların yerinə qərar verən və onlar üçün fikirləşən bir anaları olmalarıdı. Belə bir ana-övlad münasibətinə "ayrılmaz münasibət" deyilir. Belə bir münasibətə sahib olan oğlan evləndiyi zaman ana, yəni qaynana gəlnini özünə rəqib görür və onu oğlundan uzaq tutmaq üçün hər bir şey edir. Ər və arvad arasında olan şəxsi məsələləri hər kəs öz anası ilə müzakirə edir Hər ailədə vaxtaşırı bir az problemlər ola bilər. Hətta deyə bilərik ki, heç problem olmayan bir ailə normal sayıla bilməz. Əgər onlar hər problemin həllini birlikdə tapsalar, həm öz münasibətlərini möhkəmləndirəcəklər, həm də daha mehriban olacaqlar. Çox böyük olmayan problemlərin ər-arvad arasında qalması və həllini tapması çox vacibdir. Hər problemə ailələr qarışsa, işin içindən çıxmaq mümkün olmayacaq. Həyat yoldaşı ilə olan kiçik bir problemi anasına deyən oğlan gəlin və qaynana arasında gərginliyə səbəb olur. Ya da ailəsində olan və qaynanası ilə olan problemi öz anasına deyən gəlin öz ailəsində də problem yaradır. Ər-arvad və ailələr arasında məsafə İki insan evlənən zaman bir ailə olmağın ilk addımını atmış olurlar. Cütlüklər ailələrindən ayrılıb öz ailələrini qururlar. Ona görə də cütlüklər əvvəl çıxdığı ailə ilə bir az sərhəd saxlamalıdır. Amma bu vəziyyət çox vaxt tam tərsinə olur. Cütlüklər maddi vəziyyət, ailənin idarəsi, uşaq tərbiyəsi kimi məsələlər kimin əlində olduğunu ayıd edə bilmirlər və bu səbəbdən də cütlüklər və ailələr arasında mübahisələr yaranır. Gəlinlərə və qaynanalara məsləhət Hörməti heç vaxt əldən verməyin. Ən çox da gəlinlər bu məsələlərdə diqqətli olmalıdırlar. Evləndiyiniz adamın ailəsini sevmək məcburiyyətində deyilsiz. Amma hörmət eləmək məcburiyyətindəsiz. Əgər hörməti əldən verməsəniz və bu qanuna görə davransanız, yaşadığınız problemlər çox böyüməyəcək və yenə hörmət sayəsində həll olunacaq. Mən nəyə görə hörmət eləmək məcburiyyətindəyəm? Bu cümləni ağlınızdan çıxartmalısız; qaynananız sizin həyat yoldaşınızın anasıdır, həyat yoldaşınızı sevirsinizsə və xoşbəxt bir ailəyə sahib olmaqfikriniz varsa, bunları fikirləşmək belə sizə qaynananıza hörmət eləməyə kömək edəcək. Onu da bilin ki həyat yoldaşınızın ailəsiylə yaşadığınız problem həyat yoldaşınızla olan münasibətinizə təsir edəcək. Qarşı tərəfi anlamaya çalışın Tanınmış bir alimin gözəl bir sözü vardır: "Əgər başa düşsəniz, nifrət etməzsiniz." Əgər qarşı tərəfi anlamağa çalışsanız, hərəkətlərinin arxasındakı səbəbləri tapa bilsəniz, qarşı tərəfi daha rahat başa düşəcəksiniz. Problemləri həyat yoldaşınızla həll edin Qaynananızla yaşadığınız problemləri qaynananıza deməzdən əvvəl yoldaşınızla danışın. Belə etdikdə problemi əvvəlcədən həll etmiş olacaqsınız. Gəlinlərin yaşayışını rahatlaşdırmaq qaynanaların əlindədir. Qaynanalar bir vaxt özləri də gəlin olduğunu və eyni yollardan keçdiyini xatırlayarsa, gəlinlərini yaxşı başa düşəcək və ona qarşı mehriban olacaq. Həm də qaynanalar gəlinlərinə qarşı nə qədər mehriban və səmimi olarlarsa, gəlinlər də həyat yoldaşlarının ailələrinə daha tez öyrəşib qəbul edəcək, həm də isti münasibət quracaq.


Şərhlər: 12
Baxılıb: 1233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Indi ki, zamanda qizlarin choxu ailesiyle ayri yashamaq istiyir. Amma bezi qaynanalarda gelini yanlarinda saxliyib oglani ishlemeye bashqa shehere gonderirler ve her iwede baw qowurlar. Chox uzun muzakireli movzudu.
10 iyul 2015 20:50
# 12
Nika_016
Mence paylawa bilmedikleri tek bir wey var qaynananin oglu, gelininse heyat yoldawi. Amma o qaynana da gelin olub o anlarini fikirlewsin. Gelimde qaynana olacaq o anlarini duwunyb davransin. Cox twkler
9 iyul 2015 19:41
# 11
14MsM
men tamam bawqa fikirdeyem cun qaynana dediyin gelin olub gelin dediyin qaynana olacag bu ad hamimiz cundu esas imsanligvolmesin bezi qizlarimiz agilli olsa xeberciliy etmese analarina ve s qaynanada yola verse bezi weyleri nolarki kim dunyani tutub gedirki insalig qalir insana neblim zamane deyiwmeyib biz insanlar deyiwirik herweyi nese mende 21yawim var gelinem qaynamin pis deyil superde deyil o cumleden mende ama yenede Vallah men evimin bir sozun anama heckime demirem niye anam pis olsun cox wey vare ama nese yacwi olar esas odu agil olsun
9 iyul 2015 01:23
# 10
GünƏşimƏ_AiD_
bu problem bitmezzzzzzzzz
8 iyul 2015 22:44
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
vipbetul
qaynana deyirki sen menim supurgemsen gelinde deyirki men ish-guc sahibiyem senin dediyin zemane getdi ola biler bu gur halda
8 iyul 2015 21:38
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
VIP
Hörmətli olmag ücün abr həya pərdəsini aradan qaldırmamag ücün ayrı yaşamag lazımdı söz yox elə vaxt qaynana pis olur elə vaxt gəlin haray bəri başdan nə şiş yansın nə kabab
8 iyul 2015 21:11
# 7
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Dosta_inam
Bu problem olub olacaq da,ancaq gelin qayınana can deyib can eşidenlerde var,böyük kiçik yeri bilen olsa evde,belke o zaman her şey yolunda geder,bilmirem qayınanam olmadığı üçün bu konuda tecrübesizem,teşekkür.
8 iyul 2015 19:51
# 6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
bu problem hec vaxt bitmez dunya firlandiqca davam edecek.esas onemli olan bir birine hormet ve bir birini qebul etmekdir
8 iyul 2015 19:15
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Men subayam evlilikde dusunmurem amma gelecede olarsa qayinana ile yawamaram eyni evde
8 iyul 2015 19:06
# 4
SVETA
cinqosh
Bir evin içində ana və bala,ata və oğul arasında mübahisələr yarandığı kimi gəlin və qaynana arasında da incikliklər yarana bilər.bu normal haldı.ama vay o günnən ki ya gəlin ya da qaynana şeytan ruhlu ola!!! Nə isə....ən yaxşısı ayrı yaşamaqdı.
8 iyul 2015 18:14
# 3
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
yarpaq33
Bu problem illerin problemidi teki ele gelin qaynana problemi ogulu qisqanmaq olsaydi ne yaziqki artiq bele deyilbu problemler belkede kecmiwde qaldi indi qaynanalar dua edir ki ele ogulnan gelinin bawi bir birine qariwsin mende oz bildiyimi edim meselen evde ne varsa yigiwdirib qizina yollasin sonra desin ki men yemek biwirmiremki gelin biwirir ekonomiya bilmir nedi ve ya neve ustunde qiz neveleri gelib neyise sindirirlar fikir vermir olar gedenden sonra ogul nevelerini danlayirki siz elemisiniz elbette ne qeder sussaqda axiri bir gun partlayiw olur her weyin bir heddi var bunu kecmemek lazimdi
8 iyul 2015 18:10
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
aliceWOnDer
Mene catmir ee bu gelin oz basinadi, qaynana ile dolanmir?!
8 iyul 2015 18:08
# 1
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz