Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klassik gəlin-qaynana mübarizəsi
Klassik gəlin-qaynana mübarizəsi
Göndərən: Nazlı_qız
Şərhlər: 9
Baxılıb: 615
Səs ver:
Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümovanın bildirdiyinə görə, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar. Gəlin-qayınana münasibətləri çox aktual bir mövzudur. Bu münasibətlər Şərq ölkələrində, xüsusilə Azərbaycanda bir növ mentalitetə çevrilmiş məsələdir: «Problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. Bu məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. Çünki hansı şəraitdə, hansı münasibətlərdə hadisələrin baş verməyi çox vacibdir. Əvvəllər daha çox xarakterik olan bir oğulun anası və sevdiyi qadın tərəfindən paylaşa bilməməsi məsələsi var idi».

Vəsilə Möhsümovanın sözlərinə görə, son dövrdə valideynlər tərəfindən ailələrə çox təsir olur: «Avropa ölkələrinin əksəriyyətində övlada 18 yaşa qədər təhsil verir, onu müstəqil həyata hazırlayırar. Bundan sonra onu sərbəst buraxırlar. Bizdə necədir? Bizdə oxudur, təhsil verir, evləndirir, övladının uşağı olur. Amma yenə də valideynin övladı həmişə nəzarət altında saxlayır, ona sərbəstlik vermir. Bu vaxt da müəyyən problemlər yaranır. Qayınananın istəyi ilə gəlin razılaşmır, gəlinin istəyi ilə də qayınana. Gənc ailələrə biraz sərbəstlik vermək lazımdır. Gəlin-qaynana problemləri dərhal yaranmır, bu gərginliklər günbəgün yığılır və birdən özünü biruzə verir. Gənclərə doğru istiqamət verilməlidir. Çətin vaxtlarında onlara maddi və mənəvi dəstək olmaq lazımdır. Ancaq onların istəklərini məhdudlaşdırmaq olmaz».

Vəsilə Möhsümovanın dediyinə görə, bu məsələlərin kökündə isə daxili mədəniyyətin formalaşması durur: «Bu münasibətlərin gərginləşməsi nəticəsində yaranan boşanmaların sayı çox deyil. Gəlin-qayınana münasibətlərinin pisləşməsi ailələrdən asılıdır. Elə bir ailə var ki, qaynana deyir ki, gəlin təmizkar deyil, digərində isə qaynananın gəlininin xasiyyətindən xoşu gəlmir. Yaxud da gəlinlər müxtəlif səbəblərlə qayınanalarını təqsirləndirir. Psixoloji və fəlsəfi nöqtədən yanaşsaq demək olar ki, hər iki tərəfdə bu və ya digər dərəcədə müəyyən günahlar var. Əsas odur ki, onlar güzəştə getməyi bacarsınlar. Belə ailələrə hüquqi yardımdan daha çox psixoloji yardım göstərmək lazımdır. Komitə rəsmisinin sözlərinə görə, Azərbaycan qanunvericiliyində gəlin-qaynana münasibətləri, ailədə kiminsə rolunun tənzimləməsi məsələləri hələ öz əksini tapmayıb. Ailə bərabərlik prinsipləri əsasında qurulur və bu prinsip əsasında da idarə olunmalıdır.

Ekspert onu da vurğuladı ki, gəlin-qaynana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar: «Bu zorakılıqlar — evdən qovulma, əmlak hüququndan məhrum etmə, uşaqların əlindən alınması, uşaqlarla görüşə icazə verilməməsi kimi olan qadağalardır. Bunlar boşanandan sonra olan qadağalardır. Boşanma həddinə çatınca isə hər kəs öz metoduna uyğun qadağalar qoyur. Bəziləri qohum evinə, ata evinə, ümumiyyətlə, çölə çıxmağa icazə vermir».

Psixoloq Narınc Rüstəmova bildirir ki, müxtəlif ailə tipləri var: sərbəst, demokratik, avtoritar və üçüncü şəxsin müdaxiləsi olan ailə tipləri. Sonuncu ailə tipində əsas rolu qaynanalar oynayır: «Gəlin-qaynana münasibətlərinə gəldikdə isə ya qayınana gəlini pisləyir, ya da gəlin qayınananı. Ortaq nöqtə tapmaq çox çətin olur. Belə hallarda qaynana fikirləşir ki, oğlunu 25-30 yaşına kimi böyüdüb və birdən digər bir qadının onun oğluna sahiblənməsi qayınanada müəyyən qıcıq yaradır. Bu zaman oğlunu paylaşa bilməməsi düşüncəsi meydana çıxır. Bizə bu məsələ ilə bağlı belə bir müraciət oluşdu. Qaynana özlüyündə müşahidə edirmiş ki, görüm oğlum mənə nə qədər vaxt ayırır, öz həyat yoldaşına nə qədər. Qaynana məsələlərin xırdalığına kimi gedirdi. Artıq onda aqressiya yaranmışdı. Bu qayınana ya oğlu ilə problem yaradırdı, ya da gəlini ilə. Onun üçün əsas odur ki, ortada bir problem olsun və o, böyük kimi bu problemi həll etsin. Belə münasibətlər daha çox gəlin-qaynana bir yerdə olan ailələrdə yaşanır. Elə ailələr də var ki, burada qayınana hər işi öz üzərinə götürür. Gəlinin edəcəyi işləri də görür. Bu halda da münaqişələr meydana çıxır. Gəlin deyir ki, sənin anan mənim işimə qarışır, yaxud da gəlində tənbəllik yaranır və nəticədə problemlər baş qaldırır».

Narınc Rüstəmovanın sözlərinə görə, iki tip qaynanalar var: idarəedənlər və araqarışdıranlar (avanturistlər). Gəlin bilməlidir ki, onun qayınanası idarəedəndir, yoxsa araqarışdıran: «İdarəedən qayınanalar istəyir ki, hər şeyi öz üzərinə götürsün. Bu qaynanalarla yola getmək asandır. Belə qadınlar xoşlayırlar ki, gəlinləri hər zaman onlarla məsləhətləşsin və o da öz böyüklüyünü hiss etsin. Əgər gəlin bu qayınanalarla məsləhətləşirsə, onun fikirlərini öyrənirsə bu vaxt qaynananın gəlinə münasibəti çox yaxşı olur. Belə hallarda konfliktlər də azalır. İkinci tip araqarışdıran qaynanalardır ki, onlar bir az təhlükəli olur. Çünki onlarla yaxşı davransan da pis başa düşəcəklər, pis davransan da. Sadəcə onlarla münasibətdə az olmaq lazımdır. Bu vaxt sakit durmaq yaxşı effekt verir. Onların gözlərinin içinə bax və dinlə. Belə tiplər «mən», «mən» sözünü qətiyyən sevmirlər. Bu günkü qaynanaların əksəriyyəti araqarışdıran tiplərdir». Psixoloqun fikrincə, 3-cü şəxsin müdaxiləsi nəticəsində baş verən boşanma halları az olur: «Bu əksərən uzunmüddətli konfliktlərin yaranmasına gətirib çıxardır. Çünki qaynana ailədə problem yaratsa da o, ailənin dağılmasını istəmir. O, yalnız istəyir ki, oğlunun yanında olsun».

Narınc Rüstəmova deyir ki, bu məsələlərlə əlaqədar onlara müraciətlər çox olur: «Bəzən iki evli şəxs bizə müraciət edir ki, biz bir-birimizi başa düşmürük. Səbəb nədir? Biz səbəbləri araşdırırıq və sonda səbəbin qayınana olduğu aydınlaşır. Belə hallarda problemi iki tərəf də həll etməlidir. Həm oğlan tərəfi, həm qız tərəfi. Qaynana deyərkən bizim gözlərimizin önündə bizə sərt, tələbkar, oğlunu qısqanan bir obraz canlanır. Gəlin dedikdə isə qayınanaların təsəvvürünə oğullarını əllərindən alan bir rəqib gəlir. Əslində bu cür yanaşma düzgün deyil. Ümumiyyətlə, gəlin-qaynana münasibətləri oğuldan asılıdır. Oğul anası ilə necə davranırsa, həyat yoldaşı və anası arasında necə pərdə saxlayırsa bu sonacan da belə gedir».

Psixoloq Sevda Çopurova isə deyir ki, öz həyat yoldaşlarını itirən analar oğullarına daha yaxın olurlar və bu zaman oğullarını gəlinləri ilə bölüşə bilmirlər və sonda münaqişələr yaranır. Çox vaxt gəlin-qaynana münasibətlərində gəlinlərin hüquqları pozulur:«Belə ki, qayınana gəlinə aid olan hər işi görür. Gəlinlə rəqabətdə olur. İstəyir ki, o, oğluna daha yaxın olsun. Bir növ özünü oğlunun yoldaşı yerinə qoyur. Bu zaman artıq böyük problemlər ortaya çıxır. Gəlin qaynanadan küsür, özünəinamsızlıq yaranır və gəlin arxa plana keçir. Əksər vaxtlarda təmizliyə həssas olan gəlinlər qaynanaların tökdüklərini yığmağa çalışırlar. Bu zaman əsəb hissi keçirirlər. Yaxud da sərbəst bir ailədə böyüyən gəlin çətin bir qayınananın yanına düşür. Qayınana da onun geyiminə, şəxsi işlərinə qarışır. Bu da gəlinlərdə müəyyən problemlər yaradır və qızlar özlərini qaynanalarının qulluqçusu hesab edir. Müasir dönəmdə belə bir problem də var ki, yeni qurulmuş ailəni qaynana və qayınata idarə edir. Artıq bu zaman oğul pulu anadan istədiyi üçün məcburdur ki, ananın sözüylə oturub-dursun».

Psixoloqun fikrincə, münasibətlərin gərginləşməsi nəticəsində gəlinlər zərbə alırlar. Belə hallarda onlar daha çox əsəbi olurlar. Əsəblərini də ancaq uşaqların üzərinə tökürlər. Çünki onlar nə ərlərinə, nə də ki qaynanalarına qışqıra bilirlər. Nəticədə uşaqlar da zərbə alırlar…


Şərhlər: 9
Baxılıb: 615
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
GünƏşimƏ_AiD_
Sitat: ALESSANDRA
«Problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. !
ehh qaynanamın olmasınıı heç istemezdim...

Ele deme Allaha naxosh geder...qaynanda anadi...ne olursa olsun isteyirsen besh meteri olsun sevirsense yoldashini mubarize aparmalisan..(qaynana birin desin sen 5de yoxee dayi)yoldashini sevirsensee ona Hormet edirsensee Qaynandida sevmesen bele Hormet etmelisen!eyer etmesen ailen daglar.yada gelecekde elediklerin qabaqina ciXar..
17 iyun 2015 21:30
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ALESSANDRA
«Problem bu günün problemi deyil. Bunun tarixi kökləri var. !
ehh qaynanamın olmasınıı heç istemezdim...
17 iyun 2015 19:33
# 8
Don't trust anyone ∆
Tomris Müslümova
gələk insanda birincisi bəxt olsun,ikincisi Allah adamı insan adamla rastlaşdırsın,üçüncüsüdə ki gəlində qaynanada bir-birinə güzəştə getməyi bacarsın.yoxsa havayı söbətdi yola getmək.ilk illər qaynana gəlinə güzəşt etməli və evin abu-havasına örgəştirməlidir.yox əgər gəlin qanmadısa deməli yola gediləsi qaynana yox gəlindi.sora-sora isə artiq gəlin getdiyi yerə örgəşməli və dilini dinc qoyub yola getməlidir!həmdəki oğlunu sevə bilirsən o oğulu böyüdən ananı sevə bilmirsən? seçib getmisənsə necə deyərlər dil tap dolan. vəssalam
17 iyun 2015 19:15
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Bitməyən bəşəri problem təəssüf ki. Bu barədə çox danışmaq olar həmdə müzakirəsi geniş mövzudur, qısaca hər kəsə Allahdan səbr arzulayıram həm gəlinlərə həm də qaynanalara)..
17 iyun 2015 19:01
# 6
tek umidim sen
Bir birlerine guzeste getseler hec bir munaqise olmaz… Qaynana nezere almalidirki ne vaxtsa ozu de gelin olub ve onun qizi varsa o da hansisa evde gelin olacaq. Gelin de nezere almalidir ki,ne qeder pisolursa olsun o senin heyat yoldasinin anasidir ve yasca sennen xeyli boyukdu…
17 iyun 2015 18:53
# 5
Kadın derin ama adam yüzme bilmiyor...
yarpaq33
Omur boyu bitmeyen bir aile munaqiwesidi qaynana gelin ve ya gelin baldiz biri gedir o biri gelir
Bir soznen Allah hamiya imkan versin hami ayri yawasin belke onda bu mesele oz hellin tapar
17 iyun 2015 18:30
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Aktual mövzu və neç zaman bitməyən dərd.Gəlin olanlar deyə qaynanamdadı günah ,qaynana ola şəxs isə deyə gəlindədi günah.Hər insan öz baxış acısından yozur problemləri.İndi məndə öz baxış acımdan yozuram və deyirəm hər zamam pərdəni aşmaması üçün çalışan mən ,insanı elə həddə çatdırırlarki,istəyirsən doyunca içindəkiləri poşaldasan.Mənim qaynanamın(indi tipli yazılıb,mən tipsiz deyərdim)çünki hər kəsin yanında göyə yerə sığmadığım qaynanamı təriflədiyim qaynanam təpəmin ortasında Yuva açmaq istəyir və xoşladığı kimi çabalamaqla məşğul olmaq niyyətindədi.Qaynanam araqarışdıran tipsizlərdəndi(indiyənəcan hər zaman günahı iki tərəfdə görən insan olmuşam və hər zaman böyükdü demişəm ,böyük böyüylüyünü bilməyəndən sonra məndəndə böyük kiçiklik gözləməsinlər)İstədikləri o adamı pisləsinlər haqqsız yerə məndə amin deyim hə düzdü deyirsiz deyim,aman o halaki,deyim yox elə deyil,olursan düzgün olmayan insan,özləri haqqsız insanlardılar ətrafındakılarıda öz toruna salmalıdırlar.Başına fırlan gül dolan anacan çağır sev yenədə daldan dede-qodular şərləmələr,deməsəndə yenədə özbaşına adından düzüb qoşub haqqsız eləmələr.Bu vaxtacan qaynanamən elədiklərini orda burda oturub danışmamışşam,əksinə tərifləmişəm ,bəziləri ilə sözləşib mənim qaynanam yaxşıdı demişəm...faydası nədi?Heçnə.Qaynana qaynata yanında yaxşı olum deyə haqqlı insanlardan əsla üz döndərmərə ,yalançıların yanında olmaqdansa pis olaram ...ən zəif yerimdi mənim haqqsızlığa səssiz qalmaq,hətta o insan tanımadığım belə olsa onun haqqımda mənfi fikirlər görsəm sırazı realsiyam dəyişilər.Gəlinlər neyləyirlər yaxşı edirlər,qaynanaların cavabını verməsən ayaqları yerə göyə sığmaz,gözlərini qorxurtmaq lazımdı,qoy öz həddini unutmasınlar.
Böyükdü?
Pajalısta sən öz böyüklüyünü göstər səndən iki qatını edərlər gəlinlər,yoxsa oyun aç təpələrinə sonra de mən böyükəm onda fırlan get öz yoluna,əyər sabahı mənim haqqsız yerə bir səhfim varsa eybi yox məndə iki oğul anasıyam qoy qarşıma çıxsın,əyər sabah məndə gəlinlərimə qarşı səbəbəsiz sataşaramsa əlbəttdə qarşıma çıxar,yoxsa sən öz işində gəlin öz işində qarışmasan onda nə olar?içləri çürüyər?Bütün əsəblərimi korlayıb bu qaynanam...hörmətində bir yerə qədər belədə olmazki...Təzə gedən gəlinlərə səslənirəm evlənəndə ilk dəfə öz bünövrənizi yaxşı qoyun qoy çəkinsinlər yoxsa damaqları çox ac qalır)
17 iyun 2015 18:23
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
gerek aile qurarken qizlarimida fikir versunlerki gelegeyde nege insanla aile qururlar evi ishi axli varmi oz axliylami hereket edir yoxsaki kiminse gosterishiyle
17 iyun 2015 18:21
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hec bir problem tek deyil . Her sey qarsiliqlidir. Qaynanada gelinde bir birine guzeste getmeli hormet etmelidir
17 iyun 2015 18:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz