Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaynana ilə yola getməyin yolları
Qaynana ilə yola getməyin yolları
Göndərən: Nazlı_qız
Şərhlər: 21
Baxılıb: 1605
Səs ver:
Qaynananız sizi mənəvi cəhətdən yorur, yoldaşınızla aranızın açılmasına səbəb olurmu? Əgər cavabınız "Bəli”dirsə bir azdan verəcəimiz məsləhətlərə tiqqət yetirin.

Tanış olduğunuz ilk vaxtdan etibarən sizi tənqid edən, rəftarıyla əsəbləşdirən qaynananızla bu məsləhətlər sayəsində daha yaxşı yola gedəcəksiniz.  

Onu anlamağa çalışın
Qaynana və gəlin arasında yaranan problemlərin bir çox fərqli səbəbləri ola bilər. Qaynananın özünü oğlu tərəfindən ikinci plana atılmış kimi hiss etmələri əsas səbəb ola bilər. Oğlunun həyatının mərkəzindən uzaqlaşması və yeni biriylə başqa bir həyat,münasibət qurması  qaynananın özünü geri planda hiss etməsinə səbəb ola bilər.  Qaynananın sizə qərəzli rəftarının arxasında da məhz bu səbəb yatır. Onu anlamağa çalışın. Qərəzli hərəkətlərinin sizinlə şəxsi bir problemi olduğu üçün yox, içində yer aldığı ruhi vəziyyətindən qaynaqlandığını heç vaxt unutmayın. Bu sizə, onun rəftarına aqressiya ilə yanaşmağınıza mane olacaq.

Aranıza fiziki məsafə qoyun
Müntəzəm bir yerdə olmaqdansa evlərinizin ayrı şəhər, ölkədə olmağının faydası var. Imkan daxilində qaynananızla bir evdə yaşamayın. Bununla yanaşı, hər qonaqlığa, mərasimə də ərinizə qoşulub getməyin. Amma araya soyuqluğun girməsinə də icazə verməyin. Əgər fiziki məsafə işini mənəvi məsələyə də qatsanız, bundan həm əriniz, həm də onun ailəsi ilə olan münasibətiniz böyük zərər görə bilər.

Qaynananızın tənqidi fikirlərinə soyuqqanlı yanaşın
Qaynananız sizi hər vəziyyətdə tənqid edirsə, günahlandırırsa, təzyiq göstərirsə, başqalarının yanında danışmağınıza imkan vermirsə və özündənrazı olduğunuzu fikirləşirsə, onun bütün bu rəftarları aranızdakı münasibət haqqında həyəcan siqnalı verir. Onun hərəkətlərinə, sizə olan münasibətinizə aranıza qoyduğunuz soyuqluqla cavab verin. Məsafəli olun. Hətta o sizə yaxşı rəftar etsə də siz yenə də o məsafəni qoruyun.

Telfonda danışmamışdan əvvəl sakitləşin
Qaynananızla telfon danışığından əvvəl axırıncı söhbətləriniz xatırlayın. Əvvəlki telefon danışıqlarınızda qaynananızın sizin gərginləşməyinizə səbəb olan cümlələrini, eyhamlı sözlərini, iynəli atmacalarını nəzərdən keçirdin. Sizi əsəbləşdirən bu cümlələri eşidəndə bir daha təkrar sarsılmamağınız üçün zəng etməmişdən əvvəl sakitləşin və belə vəziyyətlə necə mübarizə aparacağınızı fikirləşin.

Hisslərinizi nəzarətdə saxlayın
Qaynananızla aranızdakı münasibətdə hisslərinizə nəzarət edin. Qaynananıza qarşı nə çox qaba, nə də çox səmimi olun. Nə qədər çətin olsa da qaynananıza qarşı dürüst olmağa çalışın. Hər bir gərginləşmə anında ərinizin anası olduğunu unutmayın və ona qarşı hörmətli rəftar etməyə cəhd göstərin.

Ərinizi və uşaqlarınızı fikirləşin
Əriniz və uşaqlarınızla aranızın pozulmamağı üçün, ailə daxili mehribanlığınızın zərər görməməyi üçün bəzi zamanlarda səssiz qalmağa üstünlük verin. Qaynananızla olan gərgin mübahisəniz bütün ailənin əsəbləşməyinə və gərginləşməyinə səbəb olacaqsa, özünüzün və ailənizin xoşbəxtliyi üçün cavab verməməyə cəhd edin. Qaynananızla olan mübahisələrinizlə və onun sizi kədərləndirən rəftarı ilə mübarizə aparmağın ən yaxşı üsülunun aranıza məsafə qoymaq olduğunu unutmayın.


Şərhlər: 21
Baxılıb: 1605
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Narın Yağış
Əsla qaynanaynan bir evdə yaşamaram 25 elədə gözəl xasiyətim var mənimdə anam bir kəlimə söz deyir 1 həftə yaddan çıxarmıyıb küs-küs gəzirəm evdə qaldıki qaynana birşey desin və mən susum? 28 Gələcəyə aid mövzudur ama yenədə yazdım)
22 iyun 2015 15:09
# 21
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
ALESSANDRA
Qaynana ilə bir evdə heç vaxt yaşamaram tşk
11 iyun 2015 18:35
# 20
Don't trust anyone ∆
vipbetul
qaynanayla eyni evde yasamamaq her zaman hormetini getirmek lazimdir
11 iyun 2015 17:04
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gunel123
Bizim aramiZ Yaxwidi
11 iyun 2015 06:41
# 18
Menim balam
yığıram yığıram axırda bomba kimi parlıyıram. qayana üz versem süpürge kimi günce qoyar meni ama rüyasında görer

Öz bildiğimle gedirem ve gedecemde. qayana mene öyüd vere bilmez.
11 iyun 2015 01:45
# 17
TUN
kiminsə qarşısında susmaq sonda insanda pisxoloji xəstəlik yaradar .birə 15 demək lazimdir .ya xan ölər ya eşşək. akk
10 iyun 2015 23:24
# 16
ayka95
men qaynanamdan cox naraziyam
10 iyun 2015 23:15
# 15
yarpaq33
Ailede mehribanciliq her ikisinden asilidir gelin qaynananin sehvlerine goz yummalidir bir boyuk kimi qaynanada gelinin bir kicik kimi
Yeni bir birlerini yola vermelidiler ne qeder cetin olsada ki ailede sulh olsun elbette yenede biri digerine qurban gedir sulh olmayanda
10 iyun 2015 22:54
# 14
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Antikvar
Heç bitməyən (çilə türklər demişkən))Evli olmayan xanımların ağzından bal dağılır bal))Amma taki o bal evlənə qədər davam edəcək))Günahı bir tək gəlinlərdə görməyin ,şəraiti yaradan qaynanadı,gəlinlər nə dəlidilır,nə axmaq özbaşına yeni gəldiyi evdə nəsə etsinlər,əllərinə çomaqı verənlər qaynanalar olur.Hər nə qədər artıq əksik hərəkətlər dede-qodular ,hətta heç etmədiyim şərləmələr belə olsa bir artıq söz deməmişəm,çünki aradakı pərdəni götürməyə nail olsam sabahı onlarnan normal ünsiyyətdə ola bilmərəm(ən azəndan öz adımdan danışıram,çünki indiki böyüklərdə neçə üz istəyirsən var maşallah)Gəlinləri özlərindən çıxardan,xarakterlərini korlayan ,psixologiyasını pozan məhz o qaynanaların mənasız sözləri olurki,bəzən böyüklüyünü nəzərə alıb heç bir söz demədən içinə salıb əsəblərini pozursan.Bu səbəbdən bu yazılar hamsı boş şeydi hər insanın müxtəlif xarakteri var ona uyğunda davranmağa çalışırsan...
10 iyun 2015 22:36
# 13
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
wenikmurik
Eh burdan hecne anlamadim
10 iyun 2015 22:31
# 12
Bugunume wukr!
Ayten666
Daha ne olsun ay metis,sen gelmemisden yaziqlar islerini bilib:))Allah rehmet elesin
Sitat: Dosta_inam
Böyük böyüklüyün,,kiçik kiçikliyin bilse,o evde her şey yolunda olar,gelinler unutmasin ki,oda bir zaman gelecek qayinana olacaq,ve onun anasi da kimese qayinanadir,menim qayinanam yoxdur rehmete gedib,bilmirem belke mende dolanmazdim,ama menim hamiyla yola geden dil tapan xasiyyetim yol vermez di ki kimlese yola getmeyim t,,,mmmmme


Ne yaxsi qaynana var nede gelin..men teze gelende usagiydim20yasim vardi.basimi qaynanAmin ciynine dizine qoyurdum...ve s...balasi kimi Ama ondan hecde analiq gormedim..ayri seckilikden savayi..indi o Aytenden zerrede qalmayib..meni qaynanam deyisdi
10 iyun 2015 22:16
# 11
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
...AdaDunyam``
gelinlerimiz faydalana bilerler
10 iyun 2015 21:35
# 10
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
WiRiN BaLaM
evli olmayanlar hələ hecnə anlamaz çox soz yaza bilerler esilni evlendikden sonra bilecekler..... ən yaxsisi ayrı yasamaqdı onda mehribancılıqda hormetde qalacaq oz yerinde bir yerde yasadinsa vay halına .
10 iyun 2015 21:06
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Catwoman666
arada mutleq sevgi ve hormet olmalidir heccc sevmirem heyasiz gelinleri (hemcinin yuva dagidan qaynanalari da)
10 iyun 2015 20:50
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
Leylican
oyyy qaynana gelin munasibetleri
ele qaynana gelin var ki bir birleriyle ana qiz kimi munasibet besliyirler amma bunun tam tersi olanlar da var amma gelin bilmelidir ki qaynanasi anasi yasdadir ferz elesin ki oz anasidi hemcinin qaynana ne qeder gelinden boyukdur ona hormet etmelidir

yeni gelin qaynanasina hormet etmelidir
10 iyun 2015 19:38
# 7
SEBR....
Fialka
Evli xanımlar daha yaxşı bilər qaynanayla yaşamağı ancaq fərqi yoxdu insan hansı fikirdədirsə o cürdə davranır istər bu gün olsun, istərsədə gələcək. Bir onu deyə bilərəm ki, nə olursa olsun hər şeydən əvvəl böyüyə hörmət edilməlidir, o cümlədən gəlində təbii əgər tərbiyyə və mədəniyyəti varsa ) daha sonraysa yoldaşına görə ən azından hörmət qoymağı bacarmaq lazımdır!
10 iyun 2015 19:01
# 6
BARBI
Mence de her iki teref qarsiliqli hormeti saxlamslidir. Her zaman hormeti saxlamaq lazimdir arada perdeni goturmek olmaz
10 iyun 2015 18:31
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Böyük böyüklüyün,,kiçik kiçikliyin bilse,o evde her şey yolunda olar,gelinler unutmasin ki,oda bir zaman gelecek qayinana olacaq,ve onun anasi da kimese qayinanadir,menim qayinanam yoxdur rehmete gedib,bilmirem belke mende dolanmazdim,ama menim hamiyla yola geden dil tapan xasiyyetim yol vermez di ki kimlese yola getmeyim t,,,mmmmme
10 iyun 2015 18:30
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
guler19
Faydasizdi isteyen ele gozel yola gedirki bu gunun gelinleri unutmasalar onlarda sabahin qaynanasidirlar qaynanalada gelinin kiminse qızı olduğunu ve ozlerininde bir zamanlar gelin olduqlarini unutmasalar her sey cox mukemmel olar en azindan gelin kiçikdir kiçikliyini bilib bezi seylerin üstünden keçmeyide bilməlidir Unutmaq olmaz ki o bizim yoldaşınızın anasıdır və analar hər kəsin həyatında vacibdir.
10 iyun 2015 18:15
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
teri meri
yola getmək üçün hər iki tərəf çalışmalıdır belə olmadıqda heç nə alınmır
10 iyun 2015 18:11
# 2
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Tomris Müslümova
insan insan olmadisa ona bu haqda roman yaxsan xeyiri yoxdu
10 iyun 2015 18:09
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz