Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qayınana ilə necə dil tapmaq olar?
Qayınana ilə necə dil tapmaq olar?
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1196
Səs ver:
Bu heç kimə sirr deyil ki, qayınana ilə gəlin heç vaxt yola gedə bilmir və bir-birinin dalınca danışmağa adət ediblər. Əksər hallarda gənc ailələrin boşanmasına da qayınananın gəlini qəbul edə bilməməsi və bu üzdən də gəlinlə daim kofliktə girməsi, qəsdən oğlunu gəlindən soyutması səbəb olur.
 
Psixoloq Aygün Ağabalayevanın sözlərinə görə, qayınana və gəlinin daim mübahisə etməsi gündəmdən düşməyən bir mövzudur. Onların mübahisələrinin əsas səbəbi də qısqanclıqdır. Belə ki, qayınana oğlunu gəlinə qısqandığı üçün nadir hallarda onu ürəkdən sevə bilir. Bununla yanaşı, qayınana ilə münasibətlərdə yaşanan problemlərdə bioloji faktorlar da müəyyən rol oynayır: "Nəzərə alın ki, uşaqlar böyüyüb, ailə qurduqda çox vaxt ananın klimaks dövrünə təsadüf edir. Bu xəstəlik olmasa da, insana mənfi təsir göstərir. Qadında bu dövrdə əsəbilik, qısqanclıq, həddindən artıq emosionallıq müşahidə olunur. Ona görə də, klimaks dövrünü qadınlar kifayət qədər ağır keçirirlər. Bəziləri bu dövrü qocalığa bir addım kimi hesab edirlər. Axı indi onlara yalnız ana və qayınana yox, həm də nənə deyirlər. Bu fikir kimisə sevindirir, kimisə kədərləndirir və xoşagəlməz hadisələrin, ailədaxili konfliktlərin yaranmasına gətirib çıxarır”.
 
Qayınana oğlunun daha yaxşı gəlinə layiq olduğunu düşündüyü üçün də çox vaxt gəlinlə mübahisə edir və oğlunun seçimi ilə heç cür barışa bilmir. Bu cür düşünən qayınanalar fürsət düşən kimi oğlunu həyat yoldaşına qarşı edir. Gəlinin xasiyyətinin və davranışının mənfi tərəflərini qabardaraq tənqid edir, oğluna onun haqqında mənfi fikirlər söyləyir. Oğlunun ailə həyatına və nəvələrin tərbiyəsinə müdaxilə edir, mübahisə zamanı, hətta gəlin haqlı olduqda belə oğlunun tərəfini tutur.
 
Çox vaxt deyirlər ki, qayınana və gəlin ayrı yaşadıqda hörməti və mehriban münasibəti qismən qoruyub saxlamaq olur. Amma psixoloq bu fikirlə tam razı deyil. Ona görə ki, gəlin və qayınana ayrı yaşasalar belə, daim mübahisə edən, uzun illər, bəzən isə ömür boyu küsülü qalan ailələr var. İstər ayrı, istərsə də birgə yaşayanda arada olan hörməti qoruyub saxlamaq lazımdır.


Şərhlər: 13
Baxılıb: 1196
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zzz
insanin dogma anasi ilede sozu ters gelir bezen o ki qaldi qaynanai ile olsun.neceki ana ile inciklik olur yene barisirig elede qaynana ile yola getmeliyik
2 noyabr 2015 10:44
# 13
KRALİCEM
Qaynanam eveler ox yaxsiyidi amma indi yox oxx qisqanir oglunu utanmasa ogluna deyer gel yanimdz yat
28 may 2015 16:57
# 12
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
gulka azeri
evvel biz cox mehriban idik hami hesed aparirdi sonda bizde goze geldik deyen evvel anam qeder cox isdeyirdim indi ise ele gozumden dusub hec mama demeye dilim de gelmir.sebeb ise yalandi.mene yalan danisan insan artiq gozumden dusur.en yaxsisi ayri qalmaqdi.subay qizlar qetiyyen 1yerde qalmaya razi olmuyun,adam hec cur rahat ola bilmir.eli qolu bagli gezirsen sanki evde.ehh nebilim
28 may 2015 02:58
# 11
Niquw Abdulayeva
Duzdu gerek ilk gunden her iki teref bir birlerine hormet etsinler. Hemdeki gelininde pisi var qaynananinda. Tekce qaynanani gunahlandirmaq olmaz.
28 may 2015 01:45
# 10
tatyana
en asan yolu sus aralas,qoy boyukluk sende olsun))
27 may 2015 23:46
# 9
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Sara035
Bele bir problemim yoxdu min milyon wukur,Allahimdan cox raziyam hemde cooox allah canini sag elesin
27 may 2015 22:59
# 8
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Nur k-off
Evli deyilem amma inwAllah gelecekde qarwima anlayiwli biri cixar Amin
27 may 2015 21:32
# 7
SVETA
lelos
En esasi qarsiliqli hormet olmalidi ama ele qaynanalarda sevirde gelinleri acilamaqa.sukur qaynanamla heleki bir problemim yoxdu
27 may 2015 21:31
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Fialka
Fərqi yoxdu istər bir yerdə yaşanılsın istərsə də ayrı gəlin və qaynana arasında həmişə hörmət olmalı və qorunub saxlanılmalıdır! Belə olan halda problemdə olmaz)
27 may 2015 20:11
# 5
BARBI
Her zaman demisem hormet qarsiliqli olmalidir. Gelinin qaynanasina qarsi dili qisa olmalidir en azinnan boyuyundu o zeher desede can de o ne desede cavab qaytarma . Dava dalas yaratmaq bir deyqelikdir calisin sulh yaradasiz yola gedesiz
27 may 2015 19:25
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ALESSANDRA
yaxshiki subayam yoxsa qaynana kaprizlerine necə dözərdiim))(((((
27 may 2015 19:21
# 3
Don't trust anyone ∆
yarpaq33
Psixoloqla tam raziyam
27 may 2015 19:21
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
ARTIQ BU EVLI XANIMLARIN PROBLEMIDIR
27 may 2015 18:50
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz