Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Müasir gəlinlərin səhvləri
Müasir gəlinlərin səhvləri
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1640
Səs ver:
Qayınana və gəlin problemi hər bir dövrdə olsa da, müasir zamanda gənclərin böyüklərə olan hörmətinin azalması bu problemi daha da qabardır. Psixoloq A.Ağabalayeva hesab edir ki, qayınana gəlininə qızı gözü ilə, gəlin isə qayınanasına sevdiyi və hörmət etdiyi həyat yoldaşının anası kimi baxsa, münasibətlərdəki gərginliyi azaltmaq olar: "Gəlinlər qayınana ilə dil tapmaq üçün onun dediklərini pis qəbul etməməyə çalışmalıdırlar. Yaxşı olar ki, qayınananın dediklərindən bir nəticə çıxarıb onun rəğbətini qazanmağa çalışsınlar. Lakin müasir gəlinlər nadir halda bunu edir və ya bunu etməyə cəhd göstərirlər. Qayınanalar isə çox vaxt oğlunu gəlinə qısqandığı və gəlinin oğlunu əlindən alacağından qorxduğu üçün konfliktə girirlər. Yaxşı olar ki, qayınanalar da bu cür neqativ fikirlərdən uzaqlaşıb ailənin xoşbəxtliyini düşünsünlər”.
 
Fikir vermisinizsə, əksər hallarda qızları öz anaları danlayanda və ya bir məsləhət verəndə, yol göstərəndə bunu pis qəbul etmirlər. Amma qayınana nəsə deyəndə hər zaman onun sözlərinin mənfi tərəflərini düşünürlər. Bu da gəlinlərdə qayınanaya qarşı nifrət hissini formalaşdırır ki, bu hiss də onlara mehriban yaşamağa imkan vermir. Əslində isə gəlin ən azı həyat yoldaşını sevirsə, ona hörmət edirsə, onun valideynlərinə də hörmətlə yanaşmalıdır. Çünki qayınana da bir anadır. Qayınana yoldaşınızın anasıdır və o, öz anasını heç vaxt sizin gözünüzlə görə bilməz. O, anasında hansısa nöqsanları görsə belə, bunu sizə etiraf etməyəcək.
 
Gəlinlərin qayınana ilə münasibətdə buraxdığı səhvlərdən biri də, qayınananı öz anası ilə müqayisə etməsidir. Bununla yanaşı, həyat yoldaşının uğursuzluqlarında qayınananı günahlandırmaq da ona qarşı aqressiyanı çoxaldır. Nəticədə yola getmək çətinləşir. Qayınana ilə ünsiyyətdə olmaq, onunla məsləhətləşmək, ona hörmət etmək, güzəştə getməyi bacarmaq, təcrübə və məsləhətlərindən faydalanmağa çalışmaq isə ailədəki mübahisələri minimuma endirir. Bunu etmək çətin olsa da, xoşbəxtliyinizi qorumaq üçün dəyər.


Şərhlər: 13
Baxılıb: 1640
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
qaynana geline hec vaxt ana ola bilmez..qızı olan qaynanadaki vapse..yene qizi olmayanlar daha yaxsi olar mence....menim bir anam var oda öz anam basqa heckimi ana gözünde görmürem kimliyindən asli olmayaraq ...
14 may 2015 21:06
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
KRALİCEM
i diki qaynanalarda az aain duzu deyiller
14 may 2015 14:11
# 12
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
cinqosh
Müasir gəlinlərin səhvləri olduğu kimi müasir qaynanaların da səhvləri var. Mən heç vaxt anamı qaynanamla müqayisə etməmişəm.Çünki anam mənim üçün ideal qadındır. Mənm üçün anamın səhvləri gözəgörünməzdi. ama qaynanam axxxx!
14 may 2015 13:50
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
arzu gunes
men qaynanami anamla muqayise edirem;menim qardawim var men fikirlewendeki menim anamda qaynana olacaq ve gelnimiz anama nece munasibet gosderse mene xow geler caliwiramki her defe bele muqyise edim.hemde men evde qaynanamla esil refiqe kimiyik.
14 may 2015 00:18
# 10
14MsM
mence esas gelin yaxwi olmalidi yaxwi o demekdiki ilk novbede ferq etmez anasidi ya kimse xebercilik etmesin o gelinim aqibeti hemiwe pis olur cox wukur Anam ele terbiye verib atam ele bawa salibki olmaz bala bawi uca olmagcun ilk novbede xebercilik etmemk laZimdi nedeyim bugunume wukur edib yawayiram
13 may 2015 23:55
# 9
gaye
kimdi ee birde bubu oxuyan
13 may 2015 23:06
# 8
C+G=∞♥
Baharim ol
Mence her iki teref diline yiye durmalidir.qaynana geline dememelidiki ogluma men bele baxmisam sen bele eledin.gelinde oglun menimdir deyib aciq vermemelidir.ama doyus qiraqdan asan gorunur.pisin ohdesinden Allah gelsin.
13 may 2015 22:32
# 7
Ama yenede
adsiz-a
pis qelinde var,pis qaynanada var,o pis qelin qaynanasina elediyi pisliyi anasina eleseler xosuna qelermi,ve ya xod pis qaynananin qizina, o qelinine qarsi elediyi bir hereket atmaca,qisqancliq oqluna qarsi,etseler qebul edermi xosuna qelermi,ona qorede qelin anasni qoysun qoznun qarsisna,qaynana ise qizini,bu menim fikrimdi,ola bilerki kimse menimle razilasmasun,cox saqolun
13 may 2015 22:16
# 6
vipbetul
yaxsi olarki gelinde qaynanada ayri evlerde otursunlar ozaman hormetde olagey sevgide sayqida
13 may 2015 20:57
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
TUN
mənim qaynanamı ilan calsın hər yerindən .
13 may 2015 19:51
# 4
talis balasi
Gelin qaynanani ana kimi sevsede qayanalar gelinlerini qiz kimi sevmirler,
13 may 2015 18:57
# 3
BARBI
En boyuk seh gelinin qaynanani anasiyla muqayise etmesidir. Qaynana bir soz deyende gelinin yeddi qatinnan kecir. Niye mence normaldir o da senin ikinci anandir ne dese qebul etmeli ve hormet etmelisen
13 may 2015 18:10
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bu haqda ne qeder de yazsaq danissaq mumkun deyil,insanin gelek ozunde ola.gelinde kiminse ovladidi,balasidi gelek teze vaxti yola veresenki uygunlasa,gelinde gelek biraz susa cavab qaytarmiya hormet qazana ozune...
13 may 2015 18:04
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz