Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin qaynana arasındakı söz söhbət nədən olur?
Gəlin qaynana arasındakı söz söhbət nədən olur?
Göndərən: ruzgargulum
Şərhlər: 16
Baxılıb: 1026
Səs ver:
Gəlin-qaynana arasında yaranan narazılıqlara nə səbəb olur?

Digər ölkələrdən olan mütəxəssislərlə bu mövzuda danışanda onlarda təəccüb yaranır. Niyə yaranır bu təəccüb? Onlar bizi milli mentalitetimizə uyğun qeyrət, abır-həya mücəssəməsi kimi tanıyırlar .Eşidəndə ki, bizdə bir mənzildə iki ailə, yəni ailə üzvlərindən kənar kimlərsə yaşaya bilər, öz təəcüblərini gizlədə bilmirlər.Yəni ailə qurmuş gənclər heç də, bütün gün oturub Aristotelin əsərlərini orijinaldan oxuyub analiz etməklə məşğul deyillər. Kiminsə kənar adamın evdə olması, psixoanaliz baxımından bizi tamam başqa suallara gətirib çıxarır.Əslində o adam təhtərşüur səviyyəsində nəyin şahidi olmaq istəyir ki, belə oğlundan əl çəkmək istəmir.
Kənar müdaxilələr nəinki gəlin-qaynana problemlərində, boşanmaq məsələlərində mühüm yerdə durur.Evdə qaynatanın, qaynananın olması müxtəlif narazılıqlara gətirib çıxarır. Çünki gənc qurulmuş ailəyə müəyyən sərbəstlik vermək lazımdır. Bizdə belə maraqlı şey var: hamı özünün müdrik, ağıllı olduğunu düşünür və belə hesab edir ki, başqalarının taleyinə hökm oxuya, yaşamaq nümunəsi verə bilər. Əksər hallarda belə iddialar elə adamlarda olur ki, onların özünün hansısa uğursuzluqları olur. Yəni onların həyat tərzləri adətən nümunə kimi göstərilə biləcək bir həyat tərzi olmur. Burada belə bir faktor da rol oynayır ki, özünün həyata keçməyən arzularını övladlarının üzərində həyata keçirmək istəyən valideynlər olur. Onlar əldə edə bilmədiklərini övladları üçün yaratmaq istəyirlər. Ancaq nəzərə almırlar ki, ola bilsin övlad tamam başqa bir şey istəyir. Daha bir problem zamanla bağlıdır.

Danışanda hamı deyir ki, bizim vaxtımızda belə idi, bizim vaxtımızda elə idi, problem yox idi. Bəlkədə ona görə ki, sizin qarşınızdaki böyüklər, sözün əsl mənasında böyük olublar. Yəni bu qədərmi çətindir anlamaq və dərk etmək o məqamı ki, zaman dəyışdikcə ənənələr, kəsərlər də dəyişir. Bəlkə o dövrdə kiməsə xoş olardı ki, evində qaynanası olsun, işlərinə kömək etsin. Ancaq bugünkü gündə özünü təmin edən normal ailədə qızın özü bütün işlərin öhdəsindən gəlir. İnsan evdə istədiyi kimi oturub-durmaq, istədiyi yeməyi bişirmək, istədiyi verlişə baxmaq istəyir. Lakin evdə özünü daha müdrik, daha ağıllı, daha zəngin dünyagörüşlü hesab edən bir qaynananın olması nəticəsində bu mümkün olmur. Bunların hamısının kökündə qeyri-tolerant davranış, yəni ki, başqasına qarşı sayqısızlıq durur. Burada qeyri-tolerantlıqdan daha çox həmin insanların eqoizmi də mühüm rol oynayır. Deyirlər ki,qızım, oğlum sənin üçün eləyirəm. Ancaq psixoanaliz nəticəsində məlum olur ki, o addımların heç biri övlad üçün atılmayıb. Elə valideynlər özlərini aldadırlar, hərəkətlərinə don geyindirirlər ki, övlad üçün edir, amma qəlbinin dərinliyində özü dayanır, yəni bunların hamısını yalnız özünü fikirləşərək edir. Mən onları qınamıram. Ateizm tərbiyəsi almış insanlarda sabahkı günə bir ümidsizlik var. Onlarda sabaha, gələcək talelərinə inam və gümanları yoxdur. Onlar elə hesab edirlər ki, övladı süni surətdə özündən asılı böyütməsən, sabahkı gün o, səni atacaq. Bu səbəbləri cəmlədikdə problemin kökündə eqoizm, eqoizmin kökündə isə bu insanların sabahdan qorxusunun durduğunu görmək olur. Valideynlər bilməlidirlər ki, övladlarını özlərindən asılı etməklə, onların şəxsiyyət kimi yetişməsinə mane olurlar. Çalış ki, onlara sərbəstliyi öyrədəsiniz.

Gəlin ya qaynana bir-birini acılamamaq üçün nə etməlidirlər?

Bəzən biz qışqırmaqla, vurub-sındırmaqla sakitləşəcəyimizi düşünürük. Lakin bu belə deyil. Buna sərf etdiyiniz vaxta xeyirli bir işlə məşğul olun. Bu mənada qaynanalar üçün xüsusi rəsm, toxuculuq və digər kursların təşkil olunmasının da böyük əhəmiyyəti var. Dediyiniz acı söz, etdiyiniz pislik sizin özünüzə qayıdır "bu hər iki tərəfə aiddir”. Heç olmasa öz sağlamlığınızı fikirləşərək bunlardan vaz keçin. Xoş sözlərə qulaq asın, xoş sözlər deyin.


Şərhlər: 16
Baxılıb: 1026
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Heqiqetende cozulesi durum deyil cammatin basini alib gedir bu movzular kimi dindirsen qaynanadan gelinden sikayet edire
6 aprel 2015 11:28
# 16
Brilliantam
bu movzu uje curuyubee,xahis edirem basqa movzu haqqinda xeber hazirliyin.
5 aprel 2015 03:14
# 15
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
cinqosh
Aradaki perdeni qaldirmamaga calismalidi her iki teref de.perde ki qalxdi...bir kere qalxan bayraq bir daha enmez!!!
4 aprel 2015 23:23
# 14
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
arzum-aysum
sadece problem ondadir ki, böyüklər her kes onlara tabevolsun isteyir, onlarin dediyini etsin isteyirdaha dusunmurler ki, bu insanaile qurubsa demek ki, artiq bu heyati derk etme seviyyesindedi. qerarlarini özü vermeli, sadece böyükləri sayib onlara fikirlerini bildirmelidirler
4 aprel 2015 23:20
# 13
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Luna-90
Menlik deyil
4 aprel 2015 22:32
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Marta
evin tek ogludursa ve ana oglunu qisqanirsa, o evde gelin olmaq coox cetindir. Özumden bilirem:)
4 aprel 2015 21:35
# 11
Немного терпения, и у тебя все получится..
Qlamurr
Söz-söhbətin olmağı normal haldı,narazılıqlar ola bilər,ancaq çox böyütmək düşmən olmaq lazım deyil,səbirli,təmkinli olmaqda fayda var.
4 aprel 2015 21:12
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
KRALİCEM
En zehlem getdiyi soz bizim vaxtimizda heleydi beledi bezmisem eyyy o sozden
4 aprel 2015 20:18
# 9
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
naz_vefa
Gelin qaynana mehriban olmalidi bu meselenin hellin tapmaqin bi yolu var gelinler oz yerlerin bilmelidi fisyo
4 aprel 2015 19:58
# 8
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Fialka
Birincisi mübahisəyə şərait yaradılmamalıdır əgər yaranarsa səbr və təmkinli olmaqda fayda var .
4 aprel 2015 19:53
# 7
aliceWOnDer
Hmm yenə gəlin qaynana.Mənə ələ gəlir ki, soz-sohbəti gelin salır
4 aprel 2015 19:11
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
Here öz yerini bilse qayinana böyüklüyünü gelinler kiçikliyini bilse elede pis olmaz mence.bilmirem men qayinana görmemişem belke görseydim başqa fikirleşerdim.ancaq indi bele başa düşürem.teşekkür
4 aprel 2015 19:06
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Sara035
Gelin oz anasi kimi davransa seckicilik etmese yaninda ana bawqa yere gedende arvad deye behs etse elbetde munasibetler yolunda olmaz,Tam semimi olunmalidi afyorluq lazim deyil.Allah omur versin qaynanama onu dunyalar qeder istiyirem08
4 aprel 2015 18:57
# 4
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Menim balam
Deyimde niye söz söhbet olur, çünki qaynana oğlu geline qısqanır. Ona ne aldın, neçeye aldın, niye aldın, başi soxmadığı yer var her yere baş soxurlar da.
4 aprel 2015 18:31
# 3
BARBI
Gelin qaynana arasindaki muharibe hec vaxt bitmez en yaxsisi sazis baglamaq ve mehriban yola getmek lazimdir
4 aprel 2015 18:24
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
her seyden soz-sohbet ola biler neyinki gelin qaynana hetda iki insan arasindada,
4 aprel 2015 18:18
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz