Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin-qaynana münasibətlərini necə yoluna qoymaq olar?
Gəlin-qaynana münasibətlərini necə yoluna qoymaq olar?
Göndərən: ruzgargulum
Şərhlər: 17
Baxılıb: 900
Səs ver:
Əlinizi ürəyinizin üstünə qoyub and içsəniz belə hamiya məlumdur ki qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz. Bu həqiqət dunyanın özü kimi köhnə bir həqiqətdir.Sadəcə ona görə ki, iki qadın bir evdə sahibə rolunda heç vaxt ola bilməzlər necə ki, iki qadın bir kişinin ürüyində eyni zirvəni fəth edə bilməz .İki qadin kişini özünə cəlb etmək üçün həmişə rəqabətdə olub və olacaq da. Ümumiyyətlə iki qadın bir yerdə həmişə biri birinə rəqibdirlər.

Bütün bunlara rəğmən həmişə kompromiss variantlar axtarmaq lazım gəlir.Qeyd etmək lazımdır ki, belə hallarda çox vaxt gəlin ğüzəştə getməli olur.Sadəcə ona görə ki, gəlinə yeni yerdə möhkəmlənmək üçün vaxt lazımdır.Bu cəhətdən qaynana daha güclü və daha üstün görünür.Bununla belə qaynanaya da evdə yeni bir gücün yetişməsi ilə barışmaqadan başqa çarə qalmır ( onun fikrincə məhz gəlin illərdən bəri formalaşmış ana oğul münasibətlərinin arasına girir).Əgər bu möhkəm dairəni qırmaq dağıtmaq mümkün deyilsə, onda mümkün qədər mülayim münasibətlər qurmağa çalışmaq və evdə şəraitə uyğun sülh və əminamanlıq üçün yeni hərəkət planları hazırlamaq lazimdir.Həmişə yadda saxlamaq lazımdır ki ,qaynananız yaşlı qadındır və ona qarşı sizin münasibətiniz bütün yaşlılara qarşı olduğu kimi olmalıdır, yəni ən azından hörmət mütləq olmalıdır.Təcrübə göstərir ki, bu hörmət müəyyən vaxtdan sonra mütləq oz bəhrəsini verəcək.Sadəcə bir həqiqəti başa düşmək lazımdır ki, bu qadın (qaynana) da oğlunu sizin kimi dərindən sevir. Ona görə də qaynananı ailədən kəskin şəkildə və birdəfəlik uzaqlaşdırmağa çalışmayın bu heç də yaxşı nəticə verməyəcək.
Çinlilər deyirdilər ki, sevgi səbəb və sübutdan doğur.Sübut edin ki, sizin həyat yoldaşınız sizin üçün nə qədər vacibdir. O özü bunu birinci qiymətləndirəcək.

Həmişə kompromisə gedin lakin eyni zamanda öz mövqeyinizi də ortaya qoyun .«Xarakter göstərin» amma bunu yerli — yersiz etməyin hər xırda bir şey üçun mubahisə etməyə dəyməz… Qaynananızın fikirlərinin sizin üçün önəmli olduğunu xüsusi vurğulayın, məişət problemləri ilə bağlı ona suallar verin, məsləhətləşmələr aparın.Səbirli olun tez və ani nəticəni gözləməyin. Bəzən qaynananın gəlinə qarşı istəyinin yaranması üçün illər tələb olunur.
Yeni gənc ailələrdə böyük problemlərdən biri də bu ailənin ayrı və ya valideyinlərlə birgə yaşaması ilə baglidir.Bu barədə müxtəlif fikirlər var və hər biri də özünə görə doqru sayıla bilər. Qaynananın yaninda yaşayan gəlin hökmən bu evdəki qayda qanuna tabe olmalıdır. Bu qaydaları qaynana təyin edib və onların dəyişilməsi mümkünsüz görünur. Belə halda gəlin müəyən mənada asılı vəziyyətə düşür və konfliktlərin yaranması üçün şərait yaranır.Bununla belə ayrı yaşadıqda belə qaynana ilə gəlin arasında problem ola bilər. Belə ki belə hallarda çox vaxt qaynanalar fikirləşirlər ki, gəlin onlarin oğullarını əllərindən alır. Belə hallarda gəlin çox ehtiyatli olmalıdır. Bura mənim evimdir ailəmdir get öz evində ağalıq et kimi frazalardan qəti istifadə etmək olmaz.Bu həm səviyyəsizlikdir həm də konfliktin dərinləşməsinə səbəb olar.

Daha bir neçə məsləhət, bu məsləhətlər problemi tamamilə aradan qaldırmasa da hər halda munaqişəli vəziyyətlərin azalmasında xeyirli olar. Qaynananızla daima temasda olun .Hətta onunla rəfiqəlik də etmək lazımdır ( bu bir qədər çətin görsənsədə). Əgər ayrı yaşayırsınızsa qaynananıza tez- tez zeng edin ,onun əhvali ilə maraqlanın.Heç vaxt həyat yoldaşınızı anasının əleyhinə qaldırmağa cəhd etməyin. Vəziyyət gərginləşəndə onun kimin tərəfini tutacağına heç kəs 100% qarant verə bilməz.

P.S-"Əlinizi ürəyinizin üstünə qoyub and içsəniz belə hamiya məlumdur ki qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz".

Bu fikir açıq həqiqətdirsə,nə yazıq ki,mentalitetimizdə bu belədirsə də,bir dəfə gəlinlər arasında sorğu keçirdim və 30 nəfərdən 1 nəfər gəlini «Qaynanamla ilə rəfiqə kimiyik.Onu özümə ana bilirəm» söylədi.Bəli,inanmadım,düşündüm ki,bir gəlin olaraq özünü sındırmır,hamı kimi olmaq istəmir,fərqlilik axtarır.Sonradan bir qadınla söhbəti zamanı mehribanlıqları,sevgi dolu baxışlarından «Anasıdır» sandım.Çünki çox oxşayırdılar.Lakin,yaxınlaşıb soruşduğumda qaynana «Xahiş edirəm Qaynana sözünü yanımda,bizim ünvanımıza işlətməyin,biz Ana-balayıq.o söz hörmətsiz sözə çevrilib.bizim münasibətlərdə Qaynana sözünün aramıza soyuqluq salmasını istəmirəm» dedi.Heyrət və fərəh dolu hisslərlə onlardan uzaqlaşdım.Düşünürəm ki,qaynanalar oğullarını gəlinlərinə qısqanmasa,və oğlanları buna şərait yaratmasalar bu xoşagəlməz «Qaynana-Gəlin»  «teoremi» aradan qalxar.Gəlin anlamalıdır ki,qaynana pis-yaxşı onun(sevdiyinizin) Anasıdır,oğul hər ikisini özünəməxsus sevir!Qaynana da bilməlidir ki,oğlu evlənibsə o xanım alıb,evə qulluqçu ya «süpürgə» deyil.Odur ki,qarşılıqlı anlaşmalar olsa bu problem çözümsüz qalmaz!!Çox ümid edirəm ki,indi də olmasa,gələcək zamanlarda bu anlayış Azərbaycanımızda,müsəlman ölkələrində olmasın.


Şərhlər: 17
Baxılıb: 900
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Mən razı deyiləm ki həmişə günah gəlinlərdə olur sözündən çünkü elə ilan qaynanalar varkı sakit gəlini az qalırlar öldürsünlər...Gəlinində pisi var qaynananında.
3 aprel 2015 20:37
# 17
Acısı çox olan qizların guluşu gozel olur.!
Luna-90
Oohhh my god . 04 hami dastan yazibki.
2 aprel 2015 21:25
# 16
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Münasibətlərin yaxşı olması və yaxudda əksi gəlindən asılıdır bu gün dediyin fikrin sabahda arxasında durmaq lazımdır və edə bilməyəcəyim sözü fikri səsləndirmərəm nə demişəmsə arxasında durmağı bacarıram özünü mələk kimi isə kimə göstərilir onu anlamadım mələklər göylərdə olur bura reallıq dünyasıdır...
2 aprel 2015 13:33
# 15
ALONE
Oyna hopla qaynana dilini topla qaynana )))


GELİN VE QAYNANA ARASNDA HORMET OLMALİDİR HORMET OLDUSE HER SEY SUPER GEDER YOX EGER HORMET YOXDUSA HER SEY BERBAD
2 aprel 2015 02:17
# 14
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
Nergizz
gelini gelin eden evin agbirceyidi,ALLAH hec bir evi boyuksuz etmesin,twk xebere gore
1 aprel 2015 23:45
# 13
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
vipbetul
burda yazilan qaynanadanda tapmaq cetin olar,esasi ise hormet cercivesinde yasamaqdi onda sorun olmaz
1 aprel 2015 22:20
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
Gelin ocaga ceker her sey qaynanadan ve gelinnen aslidir, ele gelinler var hec bisey eden deyiller 2 m dilleri va, em azi sevdiyine gore hormet etmelisen.
1 aprel 2015 22:13
# 11
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
naz_vefa
Mu munasbet duzelen deyl ama gelin diline yiye dursa dava duwmez qaynana yawdi di adamdi turkler demiw huyuna getmek lazimdi
1 aprel 2015 22:09
# 10
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
aliceWOnDer
Eşşi gunah nə olur olsun gəlindədi
1 aprel 2015 21:31
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
emis
gelinnen qaynanadan da cox sey asilidi heresi oz yerini bilse yaxsi olar..indiki qaynanalar o vaxtkina baxanda cox yaxsi menim nenem mamama ne zulumlar cekdirdiyini men ozum gordum mamamda icine ata ata xestelik tapdi.. sorada deyiller gelindedi gunah gelin ne qeder icine salmalidi axi..ama indiki gelinler cox yaxsidi ama icinde pis olanlari da vaar.. indiki qaynanalar yeni menim gorduyuim bizim kentdeki qaynanalar ele hereket edirler ki elebil bularin gelinnen yoxdu toya gedir deyir usagini men saxlayacam yer get gelinde utanmaz utanmaz gedir vecine de almir..bele olanda yaxsidi qaynana soylenende pis?
1 aprel 2015 21:30
# 8
Mrs.Pianist
Ay bezdim men bu gelin qaynana munasibeti haqqinda olan xeberlerdenn 06 ne edirsiz edin,ne edirik edek duzelen deyil.Birdeki her sey gelin ve qaynanin ozunden asilidida qaynana gelini zeherlemese gelin delidi??
1 aprel 2015 21:07
# 7
Acısı çox olan qizların guluşu gozel olur.!
Qlamurr
Bu haqda ensklopediyalar yazılsa belə ,heç nə dəyişmiyəcək.
1 aprel 2015 21:01
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
FIALKA raziyam fikirlerivizle.gelinnende asilidi gerek yola veresen bide gerek allah adami insan adama rast getire....yoxsa ne qeder sen yaxsida olsan o qammasa day vay senin haliva
1 aprel 2015 21:00
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Bu cür münasibətlərdə vəziyyətin yaxşı olmağı daha çox gəlindən asılıdır..
1 aprel 2015 20:30
# 4
ruzgargulum
Görən bu xəbərimi bəyənməyən kimdi belə?pis xəbərdiki bəyənməmisiz?
1 aprel 2015 19:43
# 3
Elə bir əli tutun ki, heç vaxt sizi buraxmağa ürəyi gəlməsin ♥

Sən mənə öyrətdin səbəbsiz gülməyi,Mən sənə öyrətdim dəli kimi sevməyi.. ♥
qanadli melek
Olmayib ola bilmez deye bir sey yoxdu.qaynanamla men cox mehriban olmuwuq herseyi danisirdiq sohbet edirdik biryerde yemek biwirirdik hec vaxt meni incidecek xetrime deyecek soz hereket etmirdi.elecede men ona qarwi.cunki aramizda qarwiliqli hormet vardi
1 aprel 2015 19:40
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz".
bu cumle meselenin kokunnen hell edir ne qeder de etsen gelinle qaynana yaxsi yola gede bilmez ve ana qiz kimi reftar ede bilmez...Her zaman qaynanamin hormetini saxlayaram uzune ag olmaram dediyinide ederem ele en yaxsiisi budur damarini tutasan sirin dille danisasan en azinnan hormet qazanmis olarsan
1 aprel 2015 19:30
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz