Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaynana ilə münasibət!
Qaynana ilə münasibət!
Göndərən: NoName
Şərhlər: 19
Baxılıb: 954
Səs ver:
Əlinizi ürəyinizin üstünə qoyub and içsəniz belə hamiya məlumdur ki qaynana ilə gəlin arasında heç vaxt ideal münasibətlər olmayıb və ola da bilməz. Bu həqiqət dunyanın özü kimi köhnə bir həqiqətdir.Sadəcə ona görə ki, iki qadın bir evdə sahibə rolunda heç vaxt ola bilməzlər necə ki, iki qadın bir kişinin ürüyində eyni zirvəni fəth edə bilməz .İki qadin kişini özünə cəlb etmək üçün həmişə rəqabətdə olub və olacaq da. Ümumiyyətlə iki qadın bir yerdə həmişə biri birinə rəqibdirlər.
Bütün bunlara rəğmən həmişə kompromiss variantlar axtarmaq lazım gəlir.Qeyd etmək lazımdır ki, belə hallarda çox vaxt gəlin ğüzəştə getməli olur.Sadəcə ona görə ki, gəlinə yeni yerdə möhkəmlənmək üçün vaxt lazımdır.Bu cəhətdən qaynana daha güclü və daha üstün görünür.Bununla belə qaynanaya da evdə yeni bir gücün yetişməsi ilə barışmaqadan başqa çarə qalmır ( onun fikrincə məhz gəlin illərdən bəri formalaşmış ana oğul münasibətlərinin arasına girir).Əgər bu möhkəm dairəni qırmaq dağıtmaq mümkün deyilsə, onda mümkün qədər mülayim münasibətlər qurmağa çalışmaq və evdə şəraitə uyğun sülh və əminamanlıq üçün yeni hərəkət planları hazırlamaq lazimdir.Həmişə yadda saxlamaq lazımdır ki ,qaynananız yaşlı qadındır və ona qarşı sizin münasibətiniz bütün yaşlılara qarşı olduğu kimi olmalıdır, yəni ən azından hörmət mütləq olmalıdır.Təcrübə göstərir ki, bu hörmət müəyyən vaxtdan sonra mütləq oz bəhrəsini verəcək.Sadəcə bir həqiqəti başa düşmək lazımdır ki, bu qadın (qaynana) da oğlunu sizin kimi dərindən sevir . Ona görə də qaynananı ailədən kəskin şəkildə və birdəfəlik uzaqlaşdırmağa çalışmayın bu heç də yaxşı nəticə verməyəcək.

Çinlilər deyirdilər ki, sevgi səbəb və sübutdan doğur.Sübut edin ki, sizin həyat yoldaşınız sizin üçün nə qədər vacibdir . O özü bunu birinci qiymətləndirəcək.
Həmişə kompromisə gedin lakin eyni zamanda öz mövqeyinizi də ortaya qoyun ."Xarakter göstərin" amma bunu yerli - yersiz etməyin hər xırda bir şey üçun mubahisə etməyə dəyməz .. Qaynananızın fikirlərinin sizin üçün önəmli olduğunu xüsusi vurğulayın, məişət problemləri ilə bağlı ona suallar verin , məsləhətləşmələr aparın.Səbirli olun tez və ani nəticəni gözləməyin . Bəzən qaynananın gəlinə qarşı istəyinin yaranması üçün illər tələb olunur.
Yeni gənc ailələrdə böyük problemlərdən biri də bu ailənin ayrı və ya valideyinlərlə birgə yaşaması ilə baglidir.Bu barədə müxtəlif fikirlər var və hər biri də özünə görə doqru sayıla bilər. Qaynananın yaninda yaşayan gəlin hökmən bu evdəki qayda qanuna tabe olmalıdır . Bu qaydaları qaynana təyin edib və onların dəyişilməsi mümkünsüz görünur. Belə halda gəlin müəyən mənada asılı vəziyyətə düşür və konfliktlərin yaranması üçün şərait yaranır.Bununla belə ayrı yaşadıqda belə qaynana ilə gəlin arasında problem ola bilər . Belə ki belə hallarda çox vaxt qaynanalar fikirləşirlər ki, gəlin onlarin oğullarını əllərindən alır. Belə hallarda gəlin çox ehtiyatli olmalıdır . Bura mənim evimdir ailəmdir get öz evində ağalıq et kimi frazalardan qəti istifadə etmək olmaz.Bu həm səviyyəsizlikdir həm də konfliktin dərinləşməsinə səbəb olar.
Daha bir neçə məsləhət, bu məsləhətlər problemi tamamilə aradan qaldırmasa da hər halda munaqişəli vəziyyətlərin azalmasında xeyirli olar. Qaynananızla daima temasda olun .Hətta onunla rəfiqəlik də etmək lazımdır ( bu bir qədər çətin görsənsədə). Əgər ayrı yaşayırsınızsa qaynananıza tez- tez zeng edin ,onun əhvali ilə maraqlanın.Heç vaxt həyat yoldaşınızı anasının əleyhinə qaldırmağa cəhd etməyin. Vəziyyət gərginləşəndə onun kimin tərəfini tutacağına heç kəs 100% qarant verə bilməz.


Şərhlər: 19
Baxılıb: 954
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
men hemise 1ci yazilan cumleni demisem heqiqeten eledi
13 mart 2015 14:44
# 19
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
leyla_258
QAYNANA ILE MUNASIBET QURMAQ ELE DE ASAN DEYIII
12 mart 2015 18:53
# 18
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Qlamurr
Qaynanamla heç bir problemim olmuyub,inşallah da olmuyacaq mədəni,ziyalı insanlarıq,bir problem varsa oturub danışa bilərik,mübahisəyə səbəb yoxdu,çünki qaynana yad insan deyil ki,birdəfəlik siləsən,bu insan həmişə həyatımızda olacaq,yəni münasibətlərdə sərhəd olmalıdı,qarşılıqlı anlayış olmalıdır.

Birdə zəhmət olmasa heç kimin şərhinə müdaxilə olunmasın,hər kəz özünə cavabdehdi,hər kəs öz doğrularını yazır..
12 mart 2015 12:50
# 17
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
cinqosh
Yaxsi ki bu qaynana gelin movzusu var da. bu movzuda xeber yayima verilen kimi hami cumur serh yazmaga qaynanami cox sevirem.ama inanin bu gelinlerin ureyine girib oxusan hamisi qaynanasini 1 qasiq suda bogmaga hazirdir. Canlarim menim,semimi olun Semimi serh yazin.qaynanaya hormet etmek lazimdir bunu qebul edirem.ama olurem qaynanamdan otru bu ag yalandi!!!
12 mart 2015 12:05
# 16
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Şəbnəm Vüsal
gələcək qaynanam indidən məni cooox isdiyir empathy .mən də calışıram onun qədər isdəyim.coox yaxşı insandı.uşaqla uşaq kimi,böyüklə böyük kimi davranır.əyər oglanı sevirsənsə onu böyüdən də anadı da.demək anasınaa da hörmət etməlisən inşAllah bizdə hər sey yaxşı olacaq....xeyal ....

gələcək qaynanam indidən məni cooox isdiyir empathy .mən də calışıram onun qədər isdəyim.coox yaxşı insandı.uşaqla uşaq kimi,böyüklə böyük kimi davranır.əyər oglanı sevirsənsə onu böyüdən də anadı da.demək anasınaa da hörmət etməlisən inşAllah bizdə hər sey yaxşı olacaq....xeyal ....
12 mart 2015 02:09
# 15
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Antikvar
Qaynanama( canim qurban )bu soze layiq olacaq qeder cox hormet edirem ve bununla beraber cox isteyirem.Allah boyuklerimizi basimiizin uzerinden eksik etmesin.
11 mart 2015 23:48
# 14
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Sucan
Valla menim anam 22 ilin gelini olub bundan sonrada olacaq hele nenem hec birkelme soz demeyib ki ay bala bunu niye sehv eledin yada anam neneme desin sen niye sehv eledin hecne olmayib
11 mart 2015 23:40
# 13
SENSİZ
bu gunun anasi sabahin qaynenesedi
11 mart 2015 22:10
# 12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Aysel Tatli
heleki qaynanam yoxdur ne qeder yaxwi olsa bele qaynana ana kimi olmur gelinde qizi kimi olmur ona gorede bir birlerine ancaq hormet elemelidir
11 mart 2015 22:07
# 11
Nazan
butun qaynenelere menim kimi bir gelin arzu edirem toy
ihi
11 mart 2015 21:40
# 10
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
vipbetul
gelinler qaynananizla elaqeniz negedi
11 mart 2015 21:39
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ulduz
MMENIM QAYNANAM MENDEN YASCA COX COX BOYUKDU AXI MEN ELE TERBIYE ALMAMISAMKI ONA QARSI PIS OLUM .DUZDU 1 ILIN GELINIYEM QELBBIM COX QIRILIB AMA BBALAMIN CANNA HEC VAXT PIS OLMAMISAM NE BILIM NEDE OLSA BOYUKDU .BBIRDEN COX SEY INSAN FIKIRLESIR.
11 mart 2015 20:43
# 8
isveç.de
Qurban olum qaynanam. Kim qaynanaya hörmət qoymursa deməki, o duzgun tərbiyyə almıyıb. Oğlu əzizdir anası pis? Birgun gələr qaynanaya pis deyən özü qaynana olacaq. Allah elədiklərin onun qarşısına çıxaracaq inşAllah.
11 mart 2015 20:27
# 7
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
rəmsə
Sitat: AYAN A-VA
REDD OLSUN QAYNANA.DUZDU YOXUMDU AMMA ..

Elə demə bacı nə də olsa böyüklərimizdi...Axı bizim anamız da qaynanadı,özümüz də qaynana olacağıq...
11 mart 2015 20:25
# 6
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
ayan97
Bezdum bu sohbetden. Oglunu seven anasinida sever.. en azi hormet etmek lazimdir. Yersiz sohbetin menasi yoxdur
11 mart 2015 20:15
# 5
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nergizz
xestexanada iwliyrdim qaynanamla sozum olmuwdu,nese qanim qara idi,qizlardan biri dedi,eh sendedi gunah adam niye qaynana ile sozu olur,bir il kecmemiw bu ere getdi,,2 heftenin gelini idi, qaynanasi ile baldzi ele doymuwdulerki yazigi,xestexanaliq olmuwdu,sora meni gorub dedi bagiwla meni,
11 mart 2015 19:50
# 4
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
BARBI
Qaynanamla her zaman yaxsi munasibetimin olmasini isteyirem
11 mart 2015 18:33
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Əsas problem ondadır ki, münasibətləri ideallaşdırırlar axı heç kəs qarantiya vermirki hər şey əla olacağ, ola bilər ki, qaynananın xasiyyəti ağır olar bu o demək deyil ki, yola getməməli, hətta düşmən olmalısan axı o da bir anadı kompromissə getməyi bacarmaq lazımdır nə olursa olsun..
11 mart 2015 18:15
# 2
Tomris Müslümova
boooy cinlilerden de yaxsi bir sey cixarmis...
11 mart 2015 18:11
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz