Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Maşın-maşın cehizi var gəlinimin, ay gəlinimin...
Maşın-maşın cehizi var gəlinimin, ay gəlinimin...
Göndərən: guler19
Şərhlər: 26
Baxılıb: 1549
Səs ver:
Maşın- maşın cehizi var gәlnimin, ay gәlnimin
Üzünә hәsrәt aparır göydәki ay gәlnimin,
Qadam, balam qadasının alım gәlnimin

Görün, cehiz qaynananı nә oxutdurur?
Cehiz toy adәt -әnәnәlәrimizin bir qoludur, deyәrdim. Cehiz aparmaq adəti bizә dәdә- babalarımızdan qalıb. Hәlә ta o zamanlardan qızı olan analar uşaqlıqdan cehiz yığmağa başlayardılar. Cehiz nәdәn ibarәt olardı? Yorğan- döşәk el arasında " barxana" adlandrlırdı, qab- qacaq, analar qızlarına xalça toxuyardılar, nә lazımdırsa qızla bәrabәr yola salardılar. Bir otaq qız üçün bәzәyәrdilәr. Doğrudur, o vaxtlar da imkanlı ailәlәr cehizә mal- qara da qoşarlarmış. İndiki dövrdә mal -qaranı maşın әvәz edir. Yәni yeni qurulan ailәyә kömәk mәnasında bəzi ailələr bunu da təmin edir.
Bu adәtlә yanaşı başlıq pulu deyilәn bir әnәnә dә vardı ki, bu da qızın mebelini almağa kömәk üçün idi. Lakin, nәdәnsә indiki dövrdә başlıq pulu lәğv olunub, cehiz isә yox.
Gәlin görәk, indiki zamanda cehizdә nәlәr aparılır? İmkanı olan da, olmayan da sanki yarışa girirlәr. O dövrdә gәlin bir otaq doldurardısa, indiki dövrdә gәlinin qonaq, yataq, mәtbәx otağını başdan- ayağa doldurmalıdır kimi bir mәsuliyyәti var. Ailәlәr var ki, oğlanlarına kirayə ev tuturlar ki, gәlin evi başdan- ayağa doldursun. Qız evi dә mәcbur qalıb, hәr şey alıb verir, 5- 6 aydan sonra oğlunu kirayәdәn çıxarır öz evinә aparır.
Ailәlәr var ki, harda varlı qız var "gözaltı" elәyir. Mәn bunu bütün qaynananalara aid etmirәm. Mәnim anam da qaynanadır. Elә qaynanalar da var ki, heç maraqlanmır belә, nә çatışmır özü hәll edir, arzusu ancaq övladının xöşbәxt olmasıdır. Bәlkә dә tәlәb edәn qaynanalar da övladı üçün edir ki, oğlunun hәr şeyi olsun. Vay o gündәn ki, oğlan tәlәb etsin.
Cehiz çox sevәnlәrin mәhәbbәtini ürәyindә qoyur. Ailәlәr var ki, qız evi qızına әvvәldәn deyir onlar çox imkanlıdır, taylı tayını tapsa yaxşıdır, qarşı tәrәf dә - oğlan tәrәf razı olmur. Çox vaxt belә kiçik şeylәrin üstündә söz- söhbәt düşür, oğlan evi tәlәb edir, qız evi dә haqlı olaraq qarşı gәlir, olan cavanlara olur. Elә fikirlәşmәyin ki, mәn qız tәrәfin haqqlarını qoruyuram, əsla yox, elә ailә dә var qız evi oğlan evindәn faydalanmağa çalışır.
Mәn cehiz aparmağın әleyhinә deyilәm, әksinә "afәrin" deyirәm o anaya -ataya ki, qızını gәlin köçürәndә cehizi ilә birgә yola salır.
Lakin ifrat dәrәcәdә kreditә girib cehiz alanların, filankәs verdi ondan geri qalmayım, borca girim qızım pis olmasın, kimi halların әleyhinәyәm. Әgәr mәni cehizә görә tutacaqlarsa, heç tutmasınlar. Qız evi neylәsin bәzi yerlәrdә oğlan tәrәfi çox şey tələb edir.
" Mәn demәmişdim ki, oğlum qalayçı qızı ilә evlәnsin"
Cehizlә, qızılla xöşbәxtlik olmur. Allah halal süd әmmiş qismәt elәsin. Mәncә әn qiymәtli cehiz qızın ismәtidir. Ancaq bu da gözәl adәtdir. Hәr bir qızın arzusudur ki cehiz aparsın.
Düzdü biz Avropa düşüncəsini bәyәnmirik, belә mövzuda onlara haqq verirәm, oğlanla qız bir- birini sevirsә cehiz, qızıl, toyun harada olmasının dərdini çəkmirlər.
Sizin fikirlәrinizi dә bilmәk istәyirәm. Sizcə, bu qədər təmtəraqlı cehizə ehtiyac varmı? Qız gəlin köçərkən cehiz olaraq əsas nəyi aparmalıdır? Siz evənərkən cehizinizdə nələr var idi?


Şərhlər: 26
Baxılıb: 1549
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gaye
in se Allah yaxsi cehiz apara bilerem
Allah-im ozu en xeyirlisini elesin haqqimizda in se Allah
23 noyabr 2015 12:38
# 26
C+G=∞♥
vipbetul
cehizde vacibdi ancaq en vacibi insanin ismeti leyaqeti xosbext olmaqidi
10 mart 2015 18:59
# 25
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fiorella
Gelin ne aparir ozuycun aparir qaynana eslinde cogda qarsmamalidi.qiz zeif cehiz apardi qaynana gozuncixdiya salir,ama qizdada tanyram yaxsi ha ne lazmdi aparb 3otag evi bezeyib ozde adi seylerle yox ama evezinde qaynanani medeni suretde susdurub birinci gelni sxsdran qaynana ona deye bilmir soz hirsinden infakt olmag heddindedi:)Allah tezinden versin)
27 fevral 2015 00:18
# 24
guler19
Dünya malı dünyada qalar deyiblər...
Gənc qızlarımız ər evinə istərdim cehiz kimi ar, namus aparsınlar, böyüyə hörmət, kiçiklə münasibət yaratmağı bilsinlər. Ailə qurduğu oğulun, gəlin köçdüyü ocağın şərəfini qoruyub saxlamağı bilsinlər. Daha vacibi səbr aparsınlar. Çox gördük on minlərlə pul töküb, harda bahalı qab-qaşıq var alıb aparanların, mebel dəstlərini xaricdən sifarişlə gətirənlərin,...daha necə gəlin köçənləri.Qızlarımız gəlin köçərkən cehiz lazımdır, adətimiz, ənənəmiz var... Amma onda ki, qaynana yaxşı olmadı, istəyirsən dünyanın malını ver qızına, yenə deyəcək ki, heç nə gətirmədin. Valideyn ha daşıyacaq, qaynana doymayacaq. Siz bir düşünün o ki, ola, qız yetim qız ola. İndi yazıq qız anası gəl görüm bu işlərin öhdəsindən necə gələcəksən. Ona görə də qıza birinci növbədə ən gözəl cehiz onun ali təhsilidir onun diplomudur
26 fevral 2015 17:26
# 23
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Sevdalinka
Mence ise qaynana nese istememiwden qabaq gelini getirdiyi eve baxmalidi qiz teref ise fikirlewmelidiki bu ewyalar qizi ucundu kim iwledecekki guya axirinci borcdy bu valideynlerin ovladlarina qarwi olsa yaxwidi 1 -0 qizlarina taleh hazirlayirlar genc aileni fikirlewmelidi boyukler
26 fevral 2015 16:42
# 22
tatyana
cehiz dedikde qiz kocduyu evin icinde her seraiti olsun deye verilir da.imkan yoxdursa vermeye ne mecburdurku,verilmesede olar
26 fevral 2015 15:37
# 21
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
Tomris Müslümova
Sitat: cinqosh
indi gəlinin cehizinə əhəmiyyət verməyən qaynana var ki??? cehiz aparmadın ,ya da az apardınsa, ömrün boyu başına qaxac vuracaq. Heç bir qaynana ananın yerini, heç bir gəlin də qızın yerini tuta bilməz!!!!!!!!!!!!!!!!!

raziyam sizinle...
26 fevral 2015 13:56
# 20
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
cinqosh
indi gəlinin cehizinə əhəmiyyət verməyən qaynana var ki??? cehiz aparmadın ,ya da az apardınsa, ömrün boyu başına qaxac vuracaq. Heç bir qaynana ananın yerini, heç bir gəlin də qızın yerini tuta bilməz!!!!!!!!!!!!!!!!!
26 fevral 2015 11:40
# 19
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
SENSİZ
bizim rayonda cehiz uste emelli basli dava dusmusdu qaynana geline menim leyenimde ''paltar'' yuyacaqsan ozunun masini var aciqa qurdurmur
25 fevral 2015 23:10
# 18
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
KRALİCEM
Her bir subaya qismetqaynanin elinin duzu
25 fevral 2015 23:03
# 17
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
qanadli melek
Lazimdi cehiz ama yerinde.bezileri witini cixarir
25 fevral 2015 22:03
# 16
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
aziz a
Bezi qaynanalar ele bil qizi yox cehizi isteyirler, az bir deyen gerek sene getirir gelin bunu ya ozune???ne vare dusmusen ortaliga bunu getir, onu getir,ucuz olmasin, ne bilim ne.ay baci denenki, ay qizim ozunuzu ise salmayin gucunuz catandan, imkaniniz olandan oldu besdi, yada hec sen qarisma hec neye...men


bunu bezilerindendeyirrme var
25 fevral 2015 21:52
# 15
Qelbim doludu !!!!
ask meleyi
bu cox maraqli movzudu canlarim gelin kocenden sonra getirdiyin cehizleri isletmek basqa seydi alah butun qizlarimzada qismet elesin
25 fevral 2015 21:16
# 14
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
ayan97
Cehiz imkan daxili olmalidir, o qaynanalar varki oturub bunu getir bele ele bu xalca bu mebel o qaynanali hec sevmirem. Bizde mamam deyir her sey verecem amma men istemirem..…) men pulda, cehizde xosbextlik gormurem…))) şenperestlikde lazim deyil…)
25 fevral 2015 21:05
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
SEVGI DENIZIM
Mence ceiz coxda vacib qizin esas cehizi onun temiz adidir men hele nisanliyam imkanimiz neye catsa onuda aparacam
25 fevral 2015 20:53
# 12
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
medine yusif
Ay Allah. Allahdan arzum budur ki butun qizlarimiz gelin kocerken cer cehizli kocsun.ber bezeyli eve qedem qoysun.inwallah ozune qismet olsun o apardigi cehizini isletmek.ele qaynana var ki deyir neye gucum catir ver bawqa wey lazim deyil.sora da o bawqa wey olmayanda taqqqqq vururlar gelinin bawina qaxinc.men her wey getirdim.atamin anamin gucu catdigi seviyyede her wey getirdim birce tv den bawqa
Onuda mamagil adgunumde aldi.Allah onlardan razi olsun. Menim gelin kocduyum aile de sag olsun hec vaxt cehiz sohbeti etmib menimle.
25 fevral 2015 19:50
# 11
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Sucan
Heyifki menim cehizim olmadi bextim qaradi
25 fevral 2015 19:31
# 10
GünƏşimƏ_AiD_
ay cehiz demeyek.Annam da cehiz deye-deye omrumu yeyibee.17 yasim var anadan olani cehiz yigilir menimcun.karobkalar doludu evde.hamsida cehiz.ele bil men neyniyeem bu boyda seyleri.yarsini refiqeme vermisem hele.o menden qabaq evlendi.
25 fevral 2015 19:20
# 9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
aynur2002
Cehiz lazimlidi ama cox temtaraqli olmasindan xosum gelmir.
25 fevral 2015 18:52
# 8
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
Ask Doktoru
Evlenerken cehiz cox onemlidi indi her bir qiz cehiz apardigi evde dili uzun olar mence cunki cox rastlasmisam elece deyirler anan verdiyu cehizlerdi ne veribki indide islederdin
25 fevral 2015 18:28
# 7
Aliye
Qlamurr
Bu xəbər əsl mənlikdi,təzə ev tikiblər,çox əşya lazımdı,düzdü mebellərimdən başqa hər şey alınıb,ən çoxda mətbəx əşyalarına üstünlük vermişəm,çünki,mətbəxdə vaxt keçirməyi çox sevirəm..Ancaq xoşbəxtlik cehizdə deyil,kaş ki,bizim cəmiyyət bu qədər cehizə önəm verməzdi...
25 fevral 2015 18:24
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Günümüzdə hamı gəlin köçərkən cehiz aparır bəzilər imkan daxilində əsas olan şeyləri alır bəziləri də ev üçün nə lazımdırsa alıb cehiz verir ancaq bəzi evlərdə cehizə görə söz söhbət hətta ailəni dağıdanlarda var qonşumuz cehiz aparmışdı qızın qaynanası niyə filan şeyi gətirməmisən deyib ailədə xoşa gəlməz vəziyyətlər yaradırdı bəziləridə ailəsini dağıdır mən belə bir vəziyyəti eşidəndə şok oldum ailəni hansısa bir əşyaya görə dağıtmaq nəbilim çox faciəli haldı ...
25 fevral 2015 18:17
# 5
AYKA-ISI
qadina mutleq cehiz lazimdi herenin neye imkani catirsa o qeder menim cehizimde yataq desti qonaq otagi desti divan kreslo ve elektirik ewyalari ve s
25 fevral 2015 18:15
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Menim balam
Menim cehizim ev olub .. Ama yoldaşim o evde qalmaq istemir. Deyir menlik deyil. 27 mende oğluma verecem.
25 fevral 2015 18:07
# 3
Həyatda heç bir haqqsızlığa səssiz qala bilmirəm ,bu məni belə özümdən çıxartmağa yetərlidir.
emis
menim fikrimce bir dest yataq doseyi, birde men bele fikirlseiremki qadinlar gunun cox hissesini metbexde kecirir metbex mebelei olsa yaxsi olar
25 fevral 2015 18:05
# 2
BARBI
Evlenerken esas mebelptar yuyan qabyuyan divan kreslo olmalidir zennimce
25 fevral 2015 18:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz