Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qayınana və qayınata ilə dil tapmağın yolları
Qayınana və qayınata ilə dil tapmağın yolları
Göndərən: NoName
Şərhlər: 21
Baxılıb: 1230
Səs ver:
Vəziyyəti qəbul et
Sevgilinin və ya yoldaşının ailəsinin səni sevməməsi həqiqətən çox çətin və narahat edici bir vəziyyətdir. Amma unutma kimsəyə məcbur  özünü sevdirə bilməzsən. Səni olduğun kimi görmələri üçün məşğul ola bilərsən amma bacara bilməzsənsə unutma ki, bu sənin günahın deyil. Çünki bəzi vəziyyətlərdə sən nə etsən et səni sevməmə ehtimalları ola bilər. Bu vəziyyət sənin necə bir insan olduğunla deyil, onların biricik balasını əllərindən aldığını sanmalarıyla əlaqədar ola bilər.

Zənn etdiyin qədər əhəmiyyətli olmadığını bil
Əlbəttə ki, biriylə bərabərsənsə, yalnız onunla deyil ailəsiylə də berabersindir. Və əlbəttə ki, ailəsiylə yaxşı dolanmağın əhəmiyyətlidir. Amma inan mənə yuxularını qaçıracaq və ya sevgilindən imtina etməyi düşünəcək qədər də deyil! Əgər birlikdə olduğun adam səni həyat yoldaşı olaraq seçdisə, səni sevir və sənə hörmət edirsə əhəmiyyətli olan budur!

Sevgilin ya yoldaşının bu mövzunu həll etməsinə icazə ver
Sevgilinin və ya yoldaşının ailəsi səni sevmirsə burax səni onlara sevgilin sevdirsən. Sənin necə biri olduğunu öz dilindən izah etməyindənsə, sevgilinin sənin üçün izah etməsi çox daha təsirli olacaq. Beləcə həm onun səni niyə və nə qədər çox sevdiyini görəcəklər həm də sənə bir şans verəcəklər.  Əhəmiyyətli olan sənin bu vəziyyəti sevgilinə necə əks etdirdiyindir. Səs-küy edərək başının ətini yeməkdənsə ona bu vəziyyətin səni nə qədər üzdüyünü səmimiliklə izah etməyi sına!

Vəziyyətlə üzləş
Sevgilinin ailəsiylə içdən və sakit bir danışma et. Onlara uşaqlarını nə qədər sevdiyini, birlikdə nə qədər xoşbəxt olduğunuzu izah et. Onları öz ailən kimi gördüyünü və sevgilərini qazanmaq üçün əlindən gələni edəcəyini söylə və onlardan bir şans istə. Bu vəziyyətin ailənizin xoşbəxtliyi və dincliyi üçün nə qədər əhəmiyyətli olduğunu onlara hiss etdir. Bəzi vəziyyətlərdə onları səhv anlayan sən ola bilərsən. Burax özlərini və hisslərini açıqlaya bilsinlər. Bəzi vəziyyətlərdə də sənin onları sevmədiyini düşündükləri üçün sənə pis davranır ola bilərlər. Bunun doğru olmadığını eşitmək onlara yaxşı gələ bilər.

Nəzakətli və hörmətli ol
Unutma ki, iki səhv əsla bir doğru etməz! Əgər onlar sənə pis davranırsa bu sənin də onlara pis davrana biləcəyin mənasını verməz. Hər vaxt hörmətini qoru. Nə olursa olsun onlar sənin böyüklərin. Və onlara göstərəcəyin ən kiçik bir hörmətsizlik səni haqlıykən haqsız vəziyyətə sala bilər. Nəzakətli və hörmətli olaraq onlara doğru mesajları verə bilərsən.

Məsafəni qoru
Baxdın ki, nə etsən et sevgi və hörmətlərini qazana bilmirsən o zaman məsafəni qoru. Xüsusi günlər xaricində məcbur qalmadıqca bir araya gəlməməyə çalış. Unutma sən uzaqlaşdıqca sevgilin də uzaqlaşacaq və heç bir ailə uşaqlarından olmaq istəməz. Belə bir vəziyyətdə sırf uşaqlarını daha çox görmək üçün sənə olan davranışlarını dəyişdirməyə belə çalışa bilərlər.

Uşaqlarınızın bu vəziyyətdən təsirlənməsinə icazə vermə
Nə olursa olsun uşaqlarını qayınanan və ya qayınatanın haqqında doldurma. Aranızda nə qədər çox problem olursa olsun uşaqlarını bu mövzudan uzaq tut. Unutma qayınanan və qayınatasınla sənin aranda qan bağı olmağa bilər amma uşaqlarının var. Əsla uşaqlarının üzərindən onlara bir mesaj göndərmə və uşaqlarının ətrafında onlar haqqında pis danışma. Eynisini onların da etməsinə icazə vermə. Onsuz da uşaqlar bir sonra aranızdakı buzları əritməyə köməkçi olacaq.

Öz ailənə bağlan
Sevgilinin və ya yoldaşının ailəsi sənin də ailən doğru amma sənin əsl məsuliyyətin sevgilinlə qurduğun ailə. Bu ailəyə sıxlaş. Sevgini bura axıt. Onlarla olan problemlərini əsla döyüş mövzusu halına gətirmə və əsla  bu mövzuda yoldaşını günahlandırma! Unutma o da bu vəziyyətdə olmağı əsla istəməz!
Nəticə olaraq əgər qayınanan və ya qayınatasınla problemlər yaşayırsansa əvvəl bunları aşmaq üçün əlindən gələni et. Baxdın  olmur, fikirləri heç bir şəkildə dəyişmir, o zaman hörməti heç bir zaman əldən buraxma amma artıq bu mövzunu da daha çox əhəmiyyətsiz hesab et...


Şərhlər: 21
Baxılıb: 1230
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qaynata deyirler gelini sever qaynana ise eziyyeteder
10 mart 2015 18:47
# 21
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
qaynatam kur kisi idi rehmete gedib qaynanamlada belede yola gedirik
23 fevral 2015 09:37
# 20
ŞehZam
Qaynatamı qaynanamdan çox istiyirəmee))
22 fevral 2015 23:47
# 19
Fiorella
Bunlar cog yaxsi meslehetlerdi prablemi olanlar eMel ede bilse ne vardiki
22 fevral 2015 15:01
# 18
cinqosh
Evdə hər kəsin yerini oğul bildirməlidir. Nə ata-ananı gəlinin ayağına, nə
də gəlini ata-ananın ayağına verməməlidir. Bu tarazlıq pozulduğu an evdə "soyuq müharibə" başlayır...
22 fevral 2015 13:24
# 17
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
isveç.de
Qayatam sakit kişidi dindirməsən heç dinməz amma kini kişidi:):) . Qaynanamı anamnan ayırmıram Allah canın sağeləsin çox yaxşı insandı.
22 fevral 2015 00:45
# 16
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
SENSİZ
qaynatam rehmete gedib qaynanamla normal
21 fevral 2015 22:45
# 15
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
AYKA-ISI
qaynatam yoxdu qaynanmla bir yerde yawayiram soz sohbet her evde olur o daniwib daniwib dayanir cvb vermirem axirdi ozu pis olur o daniwanda hec fikirde
vermirem
21 fevral 2015 20:47
# 14
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
ayan97
Eyer oglansirindise anasi niye sirin deyil? en azinan hormet etmek lazimdir. Men nisanliyam nisanlimnan aramda be yasanirsa yasansin bir defe de ailesine pis davranmamisam evin balacasi menem mene hormet edirler yeni pis davranmirler duzdu elede acig ola bilmirem ama eminemki meni bir gelin kimi beyenirler…)
21 fevral 2015 20:30
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Nazan
mence asandi
21 fevral 2015 20:18
# 12
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Fialka
Ailədə nə olsada həmişə hörmət olmalıdır fərqi yoxdu vəziyyət necədi...
21 fevral 2015 20:05
# 11
Sara035
Ikiside canim ciyerimdi,soyoq deyil qaynatam ona gore hec cekinmiremde evde atamla nece olmuwamsa onunlada ele atami itirenden sonra birazda baglanmiwam qaynatama cox dayaq oldu...bir sozumu iki elemezler erkeliyirler dayanmiyib balaca bibiw kimi23ne soz sohbet olarki allah ustumuzden eksik elemesin hec birini Amin.Allah her kesin qarwisina bele insanlari cixarsin
21 fevral 2015 19:55
# 10
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
Qlamurr
Qaynata və qaynanamla münasibətim əladı,bir-birimizi yaxşı başa düşürük,nə isə edəndə mənimdə fikrimi soruşurlar.......nişanlımda ki,hər zaman mənim tərəfimdədi,məni heç kimin ayağına verməz....
21 fevral 2015 19:29
# 9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
serhleri oxuyuram bu qaynanalar niye bele eliyir goresen deye fikirlesirem??geline guzeste getmek lazimdi cunki hele cavandi,tecrubesizdi.ama teessufki onnan bacarmadigi seyleri gozluru bezi "qaynanalar"...ama gelineki cox guzeste getdin gordunki qudurur ve cixir beline ayaqlarini da salliyir ordan onda uje basqa cur hereket elemy lazimdi!!!
21 fevral 2015 18:42
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
gunesli1
Menim qaynanam yoldasımla bır sozum olsun ancag sehvı mende gorur,ancag qızı yoldasınan bır sozu olsun onda qızı yazıgdı kurekenı gunahkar.bırdekı fıkrı zıkrı ancag qızındadı duzdu qonsu bınada yasayır qızı amma unnan belesıne gunde 100defe zeng edır,onun prablemı bunun prablemı olur her seyı bılır sorusur.ona gorede men onan yaxın ola bılmırem.bular azmıs kımı hele ıkı gunen bır deyır gel bıze ,ye ıc otur ıstırhet ele get.oda edır.ona gorede o menen hecvaxt yaxın ola bılmez,ne etsemde.ona gorede ne ıstırem onu edırem.cox ayrıseckılık edır hec ona gorede mende yaxınlıg ede bılmırem.qızının da qaynatasın qaynanasınjn bunan xosu gelmır.oda ele evvelden fıkrın verıb anasına.mence axırıncı yazdıgıvız duz deyıl oz aileve baglan sozu.cunkı elede qaynanalar gelınen dıl tapmaga cehd etmıller
21 fevral 2015 18:36
# 7
Nergizz
ela xeberdi,ere getmeyenler yada yeni evliler oxusun nece reftar etmek lazimdi bilsinler,hec kime de asan gelmesin qaynana ile birlikde yawamaq,evde soz sohbetide yaradan qaynana olur,evde rahat yawamagida yaradan yene evin agbirceyinde our,,ama gelinde bawaduwen olmalidi,ister qaynana istersede gelin,pis olannan sora,ister istemez soz cixir,,ama yenede evd agbircek agsaqqal gozel weydi,
21 fevral 2015 18:32
# 6
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
uliçka
Qaynatamı Allah rəhmət etsin artıq 13 ildir rəhmətə gedib:((... Qayanamın başımızın üstündən əskik olmasın, onu çox istəyirəm həqiqətən oda məni çox istəyirəm öz anam kimi doğmadır mənə, dildə tapmışam Maşallah özümü istədməyi bacarıram:)
21 fevral 2015 18:26
# 5
Həyat kino kimidir,ən marağlı anında bitir
leyla_258
ona nevar ki,.....

tek derdiniz teki,bu olsun......
21 fevral 2015 18:22
# 4
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
aynur2002
COX LAZİMLİ MELUMATLARDİ
21 fevral 2015 18:19
# 3
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
sona
Qaynanamla ela dil tapiram mawallah. her movzuda bir birimizi bawa duwuruk..ama qaynatamla salam sagol necesiz bele daniwiriq bawqa nese daniwmiriq. Qaynatami bayramnan bayrama gorurem)).
21 fevral 2015 18:09
# 2
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
BARBI
Her zaman sevdiyinin ailesine hormetle yanasmaq lazimdir
21 fevral 2015 18:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz