Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin və qayınana problemləri, onların səbəbləri
Gəlin və qayınana problemləri, onların səbəbləri
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 781
Səs ver:
Eyni kişinin gözündə vacib görünmək istəyi qayınanalar və gəlinlər arasında mübahisələrə səbəb olur. Qısqanclıq və bir-biriylə yola getməməyi nəticəsində hətta qadınların bir-birinə inanılmaz pisliklər etməsi də müşahidə olunmuşdur. Səbəblərə birlikdə baxaq. Qayınana ərindən görmədiyi nəvazişi, sevgini oğlundan istəyir. Qayınanalara görə hətta ideal cütlüklərdə belə mübahisələr ortaya çıxır. Ailə şiddəti müşahidə olunan ailələrdə ərin arvadını döyməyinin əsl səbəbi çox vaxt kişinin anası olur.

Gəlin və qaynanaƏgər qayınana gəlin olduğu vaxtlar şiddətə, təhqirə, təzyiqə və ya travmalara məruz qalmışsa, evinə gələn gəlininin də həmin hissləri keçirməsini istəyir. Əgər oğul övladı qadının yaşamaq üçün ümid etdiyi yeganə insandırsa, bu zaman qayınana gəlin münasibətləri daha gərgin vəziyyətə çatır. Digər bir tərəfdən qayınana oğlunun sevgisini və şəfqətini heç kimlə paylaşmaq istəmir. Problem və gərginlik yaradan qayınana düşüncələri: "Bu uşağı mən dünyaya gətirdim, onun hər zaman mənə ehtiyacı var. Onu qorumalıyam. Oğlumun məni unutmamağı üçün onun həmişə yanında olmalıyam. Nəzarət məndə olmalıdır. Oğlumun evi mənim evimdir."

Gəlinini və hər şeyi olduğu kimi qəbul edən qayınana düşüncələri: "Mən oğlumu çox sevirəm və onun xoşbəxt olmasını, həyat yoldaşı ilə bərabər qarşılıqlı anlayış içərisində yaşamasını arzu edirəm. Oğlum mənim sahib olduğum bir hal deyil, onun mənim övladım olmasından qürur duyduğum bir insandır. Əlbəttə həyat yoldaşı ilə müəyyən məsələlərdə bir-birilərini başa düşməyəcəklər, bəzi hallarda bu mübahisəyə də çevriləcək. Amma mən heç bir vəchlə onların şəxsi həyatına müdaxilə etməyəcəm. Onları təcrübə qazanaraq, bunu gələcəkdə öz övladları ilə paylaşmalıdırlar. Gəlinimlə aramızda hər hansı anlaşmazlıq baş versə, ortaya məsələdən agah etmədən sakitcə problemi yoluna qoymağa çalışmalıyam."

Problem yaradan gəlin düşüncələri: "Qayınanam bütün məsələlərdə işimizə qarışır. Mütəmadi olaraq nəyi necə etməli olduğum barədə mənə göstəriş verir. Sanki oğluna xidmətçi olaraq gəlmişəm bu evə. Sanki mənim yeganə işim onun oğlunu xoşbəxt etməkdən ibarət olmalıdır. Hər fürsətdə mənim qeybətimi edir. Hər fürsətdə oğluna məndən şikayət edir, mənim etdiklərimi səhv kimi göstərir, bizim mübahisə etməyimizə çalışır. Oğlundan məni ayırmaq üçün əlindən gələn hər şeyi edir. Hər fürsətdə mənim nöqsanlarımı şişirdərək oğluna söyləyir. Uşaqlarıma mənim haqqımda tamamilə yalan şeylər danışır. Əşyalarımı qarışdırmasından nifrət edirəm.

"Məsələlərə obyektiv yanaşan gəlin düşüncələri: "Bu qadın mənim ərimin anasıdır. Əlbəttə ki, xüsusiyyətləri və xarakteri etibarilə mənim anamdan fərqli bir qadındır. Onun hərəkətlərinin mənə qarşı yönəldiyini düşünərək bir qərar çıxarmamalıyam. Əksinə oğlunu itirməkdən qorxan bir qadının həyəcanı olaraq düşünüb, anlamağa çalışmalıyam. Onun pis qadın olmadığını bilirəm. Qayınanamın məni incitməsinə imkan verməyəcəm, ancaq özüm də onu incitmək üçün heç bir halda fürsət axtarmayacam. Qayınanam ilə aramızda bir problem olduğu zaman ərimin mənim əvəzimə məsələni həll etməsini gözləməyəcəm. Yoldaşımı seçim qarşısında qoyaraq evliliyimizi təhlükə altında qoymayacam."

Yuxarıda yazılanlar bir çoxlarınıza yaxşı tanışdır. Ancaq burada məsləhət verməli olsaq, obyektivlikdən bir qədər uzaqlaşmış olacağıq. Çünki hər bir fərd individual olduğu qədər, onun hiss və düşüncələri, mühakimə qabiliyyəti də fərqlidir. Sadəcə bir şeyi unutmaq lazım deyil: anaların canlarından əziz tutduqları övladları da sevərək kimisə evinizə gətirib. Bu zaman gəlininə qarşı aqressiv olan qay?ınananın oğluna olan məhəbbəti nə qədər səmimidir? Gəlinlər isə qarşılarındakı qadının sevərək ərə getdikləri kişinin canından artıq sevdiyi bir insan olduğunu unutmamalıdırlar. Əks halda gəlin öz sevgisində nə qədər səmimidir...?


Şərhlər: 14
Baxılıb: 781
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
eger yaxsi olmaq isdemirlerse ne etsen mumkunu yoxdu
10 mart 2015 17:01
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Menim balam
Uje mehriban gelinem

Hi hi hi
20 yanvar 2015 17:18
# 13
aynur2002
İndiki dovrde ne yaxsi qaynana var, ne de yaxsi gelin.
18 yanvar 2015 20:03
# 12
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
emis
Sitat: qes qiz
Qizlar unutmayaqki bizde birgün qaynana olacug

orasida var onu dusunmek lazimdi
18 yanvar 2015 15:07
# 11
ece uslu
bu problem hec vaxt bitmeyecek
18 yanvar 2015 00:03
# 10
Miss_Oxatan
Mene bunlarin hec bir sokmez arkadaw.
17 yanvar 2015 23:48
# 9
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
qes qiz
Qizlar unutmayaqki bizde birgün qaynana olacug
17 yanvar 2015 22:53
# 8
Qlamurr
Əşi onsuzda bu problemin həlli yoxdu,ən yaxşısı bir-birinizi yola verində....
17 yanvar 2015 22:22
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
KRALİCEM
Mence gelunde qaynanada iz yerini bilmelidir qaynana basa dusmelidir ki oglum alie heyati qurub o artiq bir ailedir nevaxtacan onu ezizleyib isine qarisacam gelinde basa dusmelidirki heckes anasini atan deyil sen balana zulum cekdiyin kimi oda cekibdi amma her ise qarisan qaynenelerde var amma axirda izderi pis olur hrckes ailesinin atmir hara getse ekser kisiler arvatlarinin sozunu deyir yenede pis yaziq ana olur herkes balasina zulum cekir isder qiza isdersede qiza ona gorede hersey hormetdem ireli geli sen say alah bilsin bende kimdiki
17 yanvar 2015 22:16
# 6
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
leyla_258
ALLAH UZAQ ETSIN....''AMIN''.
17 yanvar 2015 21:53
# 5
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
ayan97
Viiy cok tirsiyom qaynanamnan oglanin arasinda qalmagdan insallah bele sey olmaaazzzzz
17 yanvar 2015 18:54
# 4
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
BARBI
Bu problem hec vaxt bitmez hemise qarsiliqli anlasmaq lazimdir
17 yanvar 2015 18:51
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Gulu-Qezi
EH HEMIWEKI PROBLEM
17 yanvar 2015 18:20
# 2
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Сладкий Ангел
uufff yenemi bu problem 15
17 yanvar 2015 18:18
# 1
.Bir gülüşüm var Sizlərə ömür...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz