Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaynana ilə yaxşı rəftar
Qaynana ilə yaxşı rəftar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1224
Səs ver:
Ən sevdiyiniz kişinin ən sevdiyi qadına "qayınana" deyilir. Sizə verəcəyimiz qızıl təklifləri bilmirsinizs, bəu reallıq bəzi evlərdə problem yarada bilər. Qaynananızla yaxşı ünsiyyətdə olmaq və evliliyinizin problemsiz şəkildə yaşamaq, bəzilərinin qorxduğu qədər çətin deyil. Məsləhətlərimizi dinləməkdə fayda var:
 
Yoldaşınız, qaynanızla aranızda körpü olsun.
Əgər qaynanızla aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və həyat yoldaşınız sizin nələr hiss etdiyinizi anlamırsa, anasını sevmədiyinizi və səbəbsiz problem yaratdığınızı düşünə bilər. Onunla düşüncələrinizi və yaşadıqlarınızı paylaşın, amma unutmayın, danışdığınız adam yoldaşınızın anasıdır. Bu səbəblə seçdiyin cümlələrə və danışıq tərzinizə diqqət edin! Yoldaşınızdan, öz ananız haqqında nələr düşündüyünü soruşun. Əgər hər ikiniz də duyğu və düşüncələrinizi paylaşsanız, bir-birinizə qarşı daha açıq bir şəkildə fikirlərinizi söyləyərsiniz. O da sizin ananızın bəzi cəhətlərini sevməyə bilər. Söhbət zamanı bunu öyrəndikdə, yoldaşınızın nə qədər səbirli və bir o qədər də yaxşı bir aktyor olduğunu düşünı bilərsiniz. Ailə daxilində duyğularınızı bu şəkildə gizlətmək, bəzən hadisələri böyütməmək üçün yaxşı ola bilər.

Onun sizdən böyük olduğunu və ona hörmət göstərməyi unutmayın!
Ona bir az vaxt verin. Onun hər normal insan kimi problemlərinin olduğunu, bəlkə də yaşadığı hadisələrin təsiri ilə, kobud davrana biləcəyini nəzərə alın. Müntəzəm olaraq, nədənsə şikayət edən bir qayınananız varsa və siz ona hörmətsizlik etməmək üçün hirsinizi yoldaşından çıxarırsınızsa, bu zaman diqqətli olun, evliliyiniz təhlükədə ola bilər.

Onu həqiqətən tanımağa çalışdınızmı?
Onunla məhsuldar vaxt keçirməyə və onu daha yaxından tanımağa çalışın. Sizə qarşı rəftarlarına, etdiyi davranışlara əsəbiləşib, heç bir şey söyləmədən yoldaşınıza şikayət etməyin.Onunla əlaqədar çətinliklərinizi birbaşa ona bildirin və nə qədər kədərləndiyinizi dilə gətirin. Niyə bu şəkildə davrandığını, problemlərini danışmağa və anlamağa çalışın.

Ona hədiyyələr verin!
Bütün qadınlar hədiyyə almağı çox sevir. Ad günlərində, ildönümlərində, analar günündə...Bəlkə də qaynananızla yaşadığınız çətinliklərdən, ona aldığınız hədiyyə sayəsində xilas olacaqsınız. Məsələn ona doğum günündə yoldaşınızla birlikdə aldığınız hədiyyədən başqa, həqiqətən ehtiyacı olan, xüsusi bir hədiyyə alsanız, özünü hörmətli hiss edəcək və sizin ona həqiqətən dəyər verdiyinizi düşünəcək.

Səbr edin, əsəblərinizə hakim olmağa çalışın!
Unutmayın o sizin yoldaşınızın anasıdır və analar hər kəsin həyatında vacibdir. Məsələn yoldaşınız həftə sonu sizinlə onu görməyə getmək istəsə, etiraz etməyin və hirslənməyin. Baş çəkməyə getdikdə, həftə sonunu orada keçirdiyiniz üçün hirslənib, bunu qaynananıza bildirsəniz, sizdən daha da nifrət etməsinə səbəb olarsınız.


Şərhlər:
Baxılıb: 1224
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz