Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keçmişin gəlini, indinin qaynanası
Keçmişin gəlini, indinin qaynanası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 955
Səs ver:
"Nə bəxtsiz qadınam mən: Qaynanaların pis zamanında gəlin oldum. Gəlinlərin pis zamanında qaynana oldum" (Keçmişin gəlini, indinin qaynanası)

Dünya, yaranandan bəri hər çür savaş görüb. Savaşlar, uduzanlar, udanlar, məğlubiyyəti qəbul edənlər... Necə olur-olsun nəticədə hamısı bitib.

Həmişə davam edən bir savaş var ki; o da dünyanın sonuna qədər davam edəcək bir savaşa bənzəyir. Hansı tərəfi dinləsəniz ona haqq verəcəyiniz, içindən heç vaxt çıxa bilməyəcəyiniz bir düyündür bu.

Oğlan anası övladını böyüdür, oxudur. Daha sonra həsrətlə gəlin axtarışına başlayır. Qohuma-qonşuya, dosta-tanışa səs salır. Münasib bir gəlin axtarır: "Əli, üzü düz olsun. Oğuluma yaraşsın. Gülərüzlü olsun. İşləyən olsun, mümkündürsə, müəllim olub yarım gün işləsin." kimi  istəklərlə aylar, hətta illərlə davam edən axtarışlar nəticəsində oğlana bir qız tapılır.

Artıq istəmə mərhələsində başdan aşağı süzmələr, eynək üstündən baxmalar hər sözdən bir məna çıxarmalar başlayır. Nişan, toy, alış-veriş müddətində ilk incikliklər yaşanır artıq. Qız tərəfi "az aldılar, qızımıza çox xərc etmədilər", oğlan tərəfi "çox istədilər, belimizi bükdülər"-deyə şikayətlənirlər.

Gəlin evə gələndən, oğlan anasının da qaynanalığı başlayır artıq. Birlikdə  yaşayanların davaları daha böyük olur. Atışmalar, incikliklər, gəlinin ərinə, ananın oğuluna şikayətləri bitmək bilmir. Onsuz da olan çox vaxt oğula olur.

Qaynana: "Oğulumu mən böyütdüm"- deyib sahiblənir. Gəlin: "Ərimdir, uşağımın atasıdır"- deyib sahiblənir. Oğlan həmişə bölüşülə bilməyən tərəf olur. Qız övladı nə etsə gözə batmaz, amma gəlinin etdikləri kol tikanı kimi batar.  Gəlin də anasının dediyinə, etdiyinə inciməz, amma qaynanası nə desə inciyər, küsər.

Bu qaynanalar da bir az iynələyici danışırlar da.

Növbənöv qaynana tipləri vardır. Bəzisi oğlunu gəlininə qısqanıar, gəlini özünə rəqib kimi görür. Bəzisi çoxbilmişdir, dünyanın onun ətrafında fırlandığını düşünür. Ancaq və ancaq öz dediyinin olmasını istəyir. Bəzisi çox təkəbbürlüdür. Bəzisi heç vaxt bağışlamır. Bəzisinin üzü heç gülmür. Bəzisi hər gördüyü qonum -qonşuya, dosta tanışa gəlini şikayət etməyi bir bacarıq sayır.

Gəlinini qızı yerinə qoyub, xırda səhvləri görməzlikdən gələn, üzərini örtən, gəlinini qızı qədər sevə bilməsə də, ədalətli davranmağı bilən qaynanaların yeri Cənnətlikdir yəqin ki.

Qayın arvadları ayrı dərd, baldızlar ayrı dərd. Əslində əsas problem gəlinin yeni bir ailəyə, ailənin də yeni bir fərdə  adaptasiya ola bilməməsindən qaynaqlanır. Fərqli mədəniyyətlər, fərqli həyat formaları, vərdişlər anlaşılmazlıqların təməlini meydana gətirir. Mütəxəssislər, psixoloqlar nə tövsiyə edərsə etsin,hər iki tərəf də özünü haqlı görməyə davam edəcək. Məncə, çox evdə bu savaş bitməyəcək…


Şərhlər:
Baxılıb: 955
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz