Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaynana növləri
Qaynana növləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1053
Səs ver:
Əsəbi qaynanalar: Başa düşülməsi ən çətin tiplərdəndir. Deyilən hər sözün altında bir bəd niyyət axtararlar. Hər vaxt problem yaradarlar. Bəziləri kobud qüvvətə belə müraciət edə bilər. Nəyə hirsləndikləri, nəyə sevindikləri çox müəyyən olmaz.
 
Xeyirxah qaynanalar: Hər vəziyyətdə bəzilərinə kömək edən qayınanalardır. Köməksevərlik adına hər şeyi edə bilərlər. Bəzən bunu o qədər şişirdərlər ki qarşılarındakına kömək etmək istərkən bilmədən zərər də verə bilərlər.

Şikayətçi qaynanalar: Davamlı hər şeydən şikayət edər, qarşılarındakı insanları canlarından bezdirərlər. Aldığınız əşya, bişirdiyiniz yemək və paltar mövzusunda həmişə şikayətçidirlər. Onların fikrincə gəlin, ya da kürəkən heç bir zaman istədiyi kimi çıxmamışdır
 
Kəndli qaynanalar: Gəlin və ya kürəkən, şərtlər nə olursa olsun gələn-gedən qonağa yaxşı davranmalıdır. Gəlini kənddən gələn hər cür adəti bilməli və onların yeməklərini edə bilmə qabiliyyətinə sahib olmalıdır. Gəlin və oğlu xüsusi günləri çox erkən saatlarda gələrək onlarla keçirməlidir. Əgər bir yerə gediləcəksə onun mütləq xəbəri olmalı, özü də onların yanında karvan halında gedilməlidir. Gəlin öz başına bir şey almağa qərar verə bilməz. Gəlin qonaq çağıracağı zaman ondan icazə almalıdır.
 
Şəhərli qaynanalar: Şəhərdə nəqliyyatın çətinliyi səbəbiylə kürəkənin və ya gəlinin evini öz evlərinin yaxınına istəyərlər. Mümkünsə eyni məhəllədə oturmağı seçərlər. Gələcək qonaqları çox-çox qəbul etmək istəməz, gəlin və ya kürəkənin evinə gələcək qonağı özləri idarə etmək istəyərlər. Yeni eynək modelləri, çimərlik geyimləri bazara çıxdığında ilk olaraq onlar alarlar. Yeni mebel, xalçalar, pərdələr onların ən əhəmiyyətli istəkləridir, amma gəlin yeni pərdə istədiyində "bədxərc" olaraq qiymətləndirər və daş qoymağa çalışarlar.

 
Şən qaynanalar:
Tapılması ən çətin tiplərdir. Gəlin ya da kürəkənlərinə qarışmazlar. Hər cür problem üçün bir çıxış yolları vardır. Kimsədən iş gözləməzlər. Qırılsalar da kimsəyə bir şey bəlli etməzlər. Hər şeyə gülüb keçməyi bacararlar.

Təmizkar qaynanalar: Bu qayınanaların bütün zərərləri özlərinədir. Nə qədər təmizlik vəsaiti varsa hamısının adlarını əzbərdən bilərlər. Davamlı təmizlik edib dayanarlar. Qapıdan girəcək olan hər kəsə ayaqqabılarını çıxartdırarlar, kreslolara oturanların haranı dağıtdığına diqqət yetirərlər. Onlara görə gəlinləri ya da kürəkənləri çox dağınıq və pintidirlər.

Müdir qaynanalar:
Bu tip qayınanalar, pul, ev, qısacası mal-mülk cəhətdən zəngindirlər və bunu hər vaxt istifadə edən təhlükəli tiplərdir. Malları və pulları ilə hər şeyi edə biləcəklərinə inanarlar. Gəlin və ya kürəkənin evinə bir şey aldıqları zaman qiymət etiketini çıxartmazlar. Hər mövzuda özləri ilə məsləhətləşilməsini istəyərlər. Qayınanaya aid bir evdə oturan gəlin və ya kürəkənə bunu hər vaxt onlara xatırladarlar.

 Yemək həvəskarı qaynanalar: Həyatlarındakı tək şey, yemək bişirmək və yeməkdir. Onlara bir neçə kilo ət, bir az tərəvəz və ərzaq aldığınız zaman uzun müddət sizinlə işi olmaz. Çox gözəl yemək bişirən bu qayınanalar sizin heç bir yemeyinizi bəyənməzlər.


Şərhlər:
Baxılıb: 1053
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz