Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaynana və gəlin – müharibə yoxsa sülh?
Qaynana və gəlin – müharibə yoxsa sülh?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1303
Səs ver:
Qaynana gəlin münasibətləri ailə daxilində aktuallığını itirməyən və daima gündəmdə olan məsələlərdəndir. Qadın ərə gedir və həyat yoldaşı ilə bərabər qaynana da qazanır :) Ailə həyatının ilk illəri bəzi hallarda gəlin və qaynana arasındakı münasibətlərin gərginləşməsi ilə müşayiət olunur.

Bir müddət sonra ailədə övlad / övladlar dünyaya gəlir. Və zaman gələcək ki, cavan gəlinin özü də qaynana olacaq. Fikirlər səslənir ki, cavan gəlin ailə həyatında qazanmış olduğu təcrübə sayəsində gələcəkdə oğlu evə gəlin gətirdikdə onunla necə davranmağı daha yaxşı biləcək. Ancaq nədənsə tarix təkrarlanır:) Məhz bu məqamda bir çox qadınlarda keçmişdən dərs götürmək lazım gəldiyində nə isə çatışmır.

Ailə həyatı qurduqdan sonra yeni evlilər hətta ayrı yaşadıqları halda qaynana və gəlin münasibətlərində soyuqluq hiss olunursa, onlar birlikdə yaşayanda lap qiyamət olur:) İndi yazacağım cümlə yəqin ki, bir çox gəlinin xoşuna gələcək:) Axı onların hər biri yeni gəldikləri evi öz fikirlərində tutduqları, düşündükləri və canlandırdıqları tərzdə düzəltməyə çalışırlar. Bu həm də gəlinə öz anası tərəfindən edilən məsləhətlərin də nəticəsi ola bilər. Amma bu qayınana tərəfindən xoş qarşılanmaya bilər. Çünki evə gəlin gələnə qədər o, evinin yeganə və tamhüquqlu sahibəsi idi. Gəlinin qaynananın məsləhətlərinə çox həvəssiz qulaq asması, bəzən isə onları ümumiyyətlə qulaq ardına vurması bir başqa xoşagəlməz məqamdır.

Münasibətlərin normallaşmasında bəlkə də birinci dərəcəli məsuliyyət oğulun üzərinə düşür. İlk baxışdan asan görünən məsələdir. Ancaq bir tərəfdə sevib ailə həyatı qurduğu şəxs, digər tərəfdə bütün ömrünü oğluna həsr etmiş ana. Kvant fizikası üzrə imtahan sualları bunun yanında toya getməlidir:) Hər şeydən öncə o, öz həyat yoldaşını müdafiə etməlidir, hətta anasının haqlı olduğu hallarda belə. İndi bəzi anaların mənim bu sözlərimdən necə qəzəbləndiklərini hiss edirəm:) Ancaq bu, gəlinin özünə olan inamını itirməməsi, ona çətin məqamda dəstək olmaq, həmçinin ona və gələcək övladlarına hər zaman dayaq olacağını göstərməsi üçün lazımdır.

Bu da aydındır ki, hətta müstəqil və sərbəst övlad belə öz anasından asılıdır. Necə? Çox sadə. Oğul heç vaxt anasını mənən sarsıdan, incidən bir söz işlətməz. Həmçinin öz davranışları ilə anasının həyat yoldaşının yanında ikinci plana keçdiyini anlaması üçün heç bir səbəb verməz və şübhə yeri qoymaz. Çünki onların hər birinin onun qəlbində öz yerləri var. Məhz bu səbəbdən oğulun ana ilə təklikdə danışması, nə üçün bu cür hərəkət etdiyini anasına izah etməsi, anasını daima əvvəli tək sevəcəyini bildirməsi evdəki konfliktli atmosferi yumşaltmaq üçün çıxış yolu ola bilər.

Ancaq ədalətli olmaq lazımdır. Oğulun hər zaman arvadını müdafiə etməsi də problemi kökündən həll etməyə bilər. Gəlin və qaynananın hər birindən ayrı-ayrılıqda çox şey asılıdır. Bəzən gəlinlər aqressiv mövqe tuturaq, sevdikləri şəxslərin analarına qarşı haqsızlıq etmiş olurlar. Səbəb isə məzəmmət və töhmətlərin onlara qarşı bilərəkdən yönəldilməsi düşüncəsidir. Bunun nəticəsində qaynana qəddar və konfliktli qadın obrazına çevrilir. Bu adətən gəlini ilə müqayisə olunmayacaq dərəcədə böyük həyat təcrübəsinə malik qaynananın cavan evdar xanımın xeyrinə ola biləcək məsləhətlər verdiyi zaman baş verir.

Əlbəttə qaynanalar da fərqli olurlar. Onların arasında ciddi, qısqanc və məlahətli olmayanları da var. Axı onlar da yorula bilər. Səhhətlərində müəyyən problemlər yaranan zaman onlar da diqqət tələb edir və yaşlı insanların əksəriyyətində olduğu kimi davranışlarında elastiklik tapmaq çətindir. Ancaq yaşlı bir insanın cavan qadına uyğunlaşmasını tələb etmək axmaqlıqdır.

Ağıllı gəlin özü qaynanaya uyğunlaşmaq üçün müəyyən yollar axtaracaq. Qaynananın həm ev işlərində yardımçı, həm çətin vəziyyətlərdə məsləhətçi, həm də müttəfiq olması üçün çalışacaq. Axı bu o qədər də çətin deyil. Bu həm də bir daha sevdiyin şəxsin rəğbətini qazanmağa kömək edəcək. Qaynanalar məsləhət verməyi xoşlayırlar, ancaq gəlinlər də bu halda daha cəld tərpənərək özləri məsləhət almağa çalışsa və bununla da onun dediyi sözlərə qiymət verdiyini göstərsə, daha yaxşı olar.

Həyat yoldaşınızın çox ərköyün böyüməsini düşünsəniz belə, bunu onun anasına deməyin. Bir gün siz də ana olacaqsınız, siz də öz övladınızın nazı ilə oynayacaqsınız, ona bacardığınız qədər nəvaziş göstərəcəksiniz. Bu sizdən qabaq da bu cür olub, bu cür davam edir və sizdən sonra da bu cür davam edəcək. Sizin övlad evlənib evə öz həyat yoldaşını gətirdiyi zaman gəlininizin məzəmmətlərini necə qəbul edəcəyinizi düşünün. Hər bir ana övladlarını necə tərbiyə etdikləri barədə həmişə fəxr edirlər, oğul anaları isə xüsusilə.

Ərinizin anasını özünüz üçün rəqib kimi görsəniz, artıq məğlub olmusunuz deməkdir. Anaya və həyat yoldaşına olan sevgi fərqli anlayışlardır. Ona görə həyat yoldaşını seçim qarşısında qoymaq yanlış addımdır. Yaşlı insanların ömrü hər keçən gün qısalır və sizin qayınananız da istisna deyil. Oğluna olan sevgi və oğlundan aldığı sevgi ana qəlbinin ömrünün sonuna qədər qızdırır.

Çalışmaq lazımdır ki, qayınana oğlunu itirdiyinə görə üzülməsin, əksinə yaxşı qız övladı qazandığına inansın. Unutmayın, siz cavansınız, sağlamsınız və həyatda görəcəyiniz çox şey var. Bu sizə güc verəcək və ətrafınızdakı insanlara qarşı daha mehriban və səbirli olmağa kömək edəcək. İnanın qayınananız və həyat yoldaşınız üçün bundan böyük hədiyyə ola bilməz. Təbii ki, gələcəkdəki şirin-şəkər nəvələri çıxmaq şərti ilə:) evdəki əmin-amanlıq, xoşbəxtlik ailə münasibətlərində ən vacib amillərdən biridir...


Şərhlər:
Baxılıb: 1303
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz