Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin-qayınana əlaqəsi üçün qızıl qaydalar
Gəlin-qayınana əlaqəsi üçün qızıl qaydalar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2551
Səs ver:
Necə biz anamızın üçün əvəzedilməz, göz bəbəyiksə yoldaşlarımızın anası da eyni şeyləri öz oğulları üçün hiss edərlər. Bu duyğu bir az şişirdilməyə başlandığında gəlin-qayınana qarşıdurması yavaş-yavaş özünü göstərməyə başlayar. Sizə qayınananızla yaxşı dolanmağınız üçün qızıl qaydalar təklif edirik:

Yoldaşınız ilə dərdləşin
Əgər qayınananızla aranızda həll edə bilmədiyiniz problemləriniz varsa və yoldaşınız sizin nələr hiss etdiyinizi başa düşməssə anasını sevmədiyinizi, istəmədiyinizi və səbəbsizcə problem yaratdığınızı düşünə bilər. Onunla düşüncələrinizi və yaşadıqlarınızı paylaşın amma unutmayın danışdığınız adam yoldaşınızın anasıdır. Ona duyğularınızı izah edərkən anasını alçaltmaq yerinə hadisələri daha sakit və açıqlayıcı şəkildə ələ alın.

Əlaqə qurun
Yoldaşınıza, öz ananız haqqında nələr düşündüyü barədə maraqlanın . Əgər hər ikinizdə duyğu və düşüncələrinizi paylaşsanız bir-birinizə qarşı daha dürüst bir şəkildə fikirlərinizi söyləyərsiniz.

Düşüncəli olun
Qaynananıza bir az zaman verin. Onun hər normal insan kimi problemlərinin ola biləcəyini, yaşadığı hadisələrin bir əks olunması olaraq bu şəkildə əksinə davrana biləcəyini göz qarşısında saxlayın. Əmin olun siz nə qədər nəzakətli və anlayışlı olsanız hər şey sizə müsbət olaraq dönəcək.

Təbii və içdən olun
Əsla süni davranmayın. Yaşından irəli və həyat təcrübəsindən aslı olaraq hər şeyin fərqində olacaq. Siz onu sevmədiyinizdən əmin olduğunuz halda onu sevirmiş və aranızda heç bir probleminiz yoxmuş kimi davransanız şübhələnəcək və əlaqəniz daha da səmimiyyətsiz bir hal ala dönəcək

Tövsiyələr
* Uşağınız var və yoldaşınızın anası onlara hər vaxt nəzakətli davranırsa buraxın sizi sevməsin, bunu problem etməyin, amma uşaqlara sizi sevmədiyindən ötrü pis davranırsa onları heç olmasa bir müddət olsun görüşdürməməkdə fayda vardır. Yoldaşınıza bu mövzunu çox ciddi bir şəkildə danışmalısınız.
* Qaynananızın yoldaşınızla aranıza girməsinə və xoşbəxt əlaqənizin yoldaşınızın anası üzündən zədələnilməsinə əsla icazə verməyin. Davamlı onun haqqında yoldaşınıza danışmayın. Yoldaşınız, anasıyla əlaqədar danışmağa başlayarsa ya da sizdən daha diqqətli davranmanızı istəsə hirslənib yeni bir mübahisə mühiti yaratmaqdansa nəzakətli və sakit tərzdə mövzunu dəyişdirin.
* Onunla mübahisə etməyin. Əgər hirslə ona "Səndən nifrət edirəm, üzünü belə görmək istəmirəm" kimi cümlələr qursanız çox irəli getmiş olar və haqlıykən haqsız mövqeyə düşərsiniz.
* Onun həyatınızı idarə altına almasına əsla icazə verməyin. Əgər həqiqətən əlinizdən gələni etdiyinizə inanırsınızsa və sizdən hələ də nifrət edirsə edəcək bir şey yox.
* Siz onu sevməsənizdə belə, uşaqlarınızı qətiliklə ona qarşı yönəltməyin . Onlara nənələri haqqında pis şeylər söyləməyin. Həm bu vəziyyətdə yoldaşınızın da ürəyini qıra bilərsiniz.


Şərhlər:
Baxılıb: 2551
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz