Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin və qayınana niyə yola gedə bilmir?
Gəlin və qayınana niyə yola gedə bilmir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1110
Səs ver:
Əsrlərdir davam edən qarşıdurmaların ən əhəmiyyətli səbəbi; gəlinin qayınanaya, qayınananın da gəlinə qarşı ön mühakiməli olması və buna görə davranmasıdır
Evlilik təşkilatını dərindən yaralayan, boşanmalara qədər çatan bu qarşıdurmaların səbəbləri ön fikirlər, küsəyənlik, şəxsiyyət fərqlilikləri, gəlin və qayınananın həddini aşması, başqasını idarə etmə istəyi, qısqanclıq, ruhi xəstəliklər, eqoizm, cahillik kimi mövzulardır.
Təəssüf ki, gəlinin qayınanaya, qayınananın gəlinə qarşı tutumunu, nağd hökmlər təyin edir və düşüncələrində daşıdıqları ön fikirlərə görə davranırlar. Bu da kiçik bir anlaşılmazlığı davaya çevirir. Daha ortada heç bir şey yoxkən gəlin qayınanası; qayınana gəlini üçün mənfi düşüncələrə sahib olaraq, sanki düşməncə baxış açılışıyla işə başlayırlar. Eyni adamı, yəni oğulu və ərini sevən iki qadın,adi səbəblərlə razılaşa bilməyərək həyatı əvvəl özlərinə, sonra bütün ailə fərdlərinə zəhər edərlər. İnadlaşmalarla başlayan müzakirələr bir müddət sonra boşanmalara qədər gedə bilir. Xoşbəxt bir evliliyin sirri qayınananın ürəyini fəth etməkdir. Yaxşı amma necə?

Ziddiyyətli düşməkdən qaçın
Gələcək qayınananız: sizi başdan aşağı süzdükdən sonra, "Bu paltar sənə bir az dardır?" deyə bilər. Çox darıxdırıcı bir vəziyyət olduğunun fərqindəyik. Ancaq sevgilinizin anası sizə mənfi bir şey dediyində cavab verməkdən qaçın. Yerinə, çox soyuqqanlı bir şəkildə, "Bəli amma çox xoş dayanır." deyərək mövzunu dəyişdirə bilərsiniz. Onun bu şərhinə cavab vermədiyinizdə özünü sanki divara çarpmış kimi hiss edəcəyini fərq edəcəksiniz. Həmdə siz də onu hirsləndirəcək bir şey demədiyiniz üçün mühitdəki gərginlik özbaşına əriyib gedəcək.
Hər nə qədər möhtəşəm olsanız da, həyat yoldaşınızın anasının sizə bir canavar kimi davranma ehtimalı vardır. Kişi anaları, oğullarının həyatında hər vaxt üçün ən təsirli adam olma ünvanını itirməkdən qorxduqları üçün bu şəkildə davranarlar. Bu səbəblə sizə qarşı tənqidi, idarəli, maraqlı və ya təcavüzkar hallar içinə girmiş ola bilər. Özünüzü baş ağrılarından və əsəbdən qorumaq üçün tanış olmanızdan etibarən strateji davranmalısınız.

Qorxaq olmayın
Bəzi qadınlar məcburedici bir ananın təsdiqini amaq üçün hər şeyə dözməyi gözə ala bilirlər. Ancaq bu vəziyyət sizi boyun əyən bir mövqeyəsalar və anası hər an sizdən faydalanmaq istəyə bilər. Belə başlayan əlaqələrdə daha sonra müdafiə etmə vəziyyətinə keçməniz olduqca çətin olar. Bu səbəblə həm şəxsiyyətli davranmalı həm də hörmətdə qüsur etməməlisiniz.
Sevgilinizin anasına qarşı açıq olun. Məsələn, deyək ki həyat yoldaşınızla birlikdə yaşayırsınız və anası son anfda sizi ziyarət edəcəyini deyir. Bu da təbii bütün planlarınızın məhv olması mənasını verir. Ona şirin amma qərarlı bir şəkildə "Bu həftə sonu uyğun deyilik amma önümüzdəki həftə üçün düşünə edə bilərik" deyə bilərsiniz.

Ondan tövsiyə istəyin
Qızla anaların dolana bilməmələrinin bir səbəbi də anaların, oğullarının artıq özlərinə ehtiyac duymayacaqlarına dair narahatlıqlarıdır. Ona bunun səhv olduğunu sübut etmək üçün zaman keçdikcə məlumatlarına müraciət edin (məsələn o məşhur pomidor sousunu necə edə biləcəyinizi soruşmaq). Suallarınız sayəsində ona hörmət etdiyinizi və təqdir etdiyinizi hiss edə bilər. Ancaq hər şeyi ona məsləhətləşməkdən qaçın. Əks halda sərhədlərini aşıb və ən kiçik şeylərdə belə fikir verməyə başlaya bilər.
Mütəxəssislər bu vəziyyətdə böyüklük etmənizi tövsiyə edir. Davranışınız yaxşı bir nümunə meydana gətirəcək və onun da bərabər dərəcə də və mehriban olmasının yolunu açacaq. Unutmayın; sizi hirsləndirməsinin səbəbi pis bir insan olması deyil, güc yarışı içində olmasıdır (Buna ümid edirik!). Nəticə olaraq ikinizin ortaq bir istiqaməti var; onun oğulunu sevirsiniz və ikiniz də onun üçün ən yaxşısını istəyirsiniz.


Şərhlər:
Baxılıb: 1110
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz