Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yaxşı qaynana olmaq üçün
Yaxşı qaynana olmaq üçün
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1224
Səs ver:
İnsan qısqanclığı çoxüzlü və çoxşəkillidir. Biz qısqanırıq, bizi qısqanırlar. Ancaq bununla bərabər hər bir insan gözəl başa düşür ki, qısqanclıq sevgi münasibətlərini, ailə həyatını zəhərə çevirə bilər. Adətən qısqanclıq kişi və qadın arasındakı münasibətlərə şamil edilir. Bəs bunu daha geniş müstəvidə düşünsək necə...? Bu zaman isə, ailədə ərlə arvad arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaradan, övladı seçim qarşısında qoyan ana qısqanclığı özünü göstərir.
Gecə-gündüz nazını çəkdiyiniz, beşiyinin yanından ayrılmadığınız övladlarınız artıq böyüyüb...Bəzən hər şey çox rahat şəkildə baş verir: övladlar müstəqil şəkildə öz seçimlərini edir, ailə həyatının məsuliyyətini öz çiyinlərində daşımağa başlayır, valideynlər isə kənardan bir tərəfdən onlar üçün doğma, digər tərəfdən isə artıq "yad" bir ailəyə baxıb sevinirlər. Bu müdriklik necə gəlir? Oğulun seçiminə və ya qızın ərə getdiyi şəxsə qarşı səbir və anlayışa necə yiyələnmək olar? Axı oğlunuzun yoldaşı və ya qızınızın əri sizin analar üçün yad insanlardır...
Qızınız böyüyüb...Artıq sevdiyi şəxs də var... İlk əvvəl bu fikrə alışmaq asan deyil. Hətta sizinlə də tanış edib. Qızınızın artıq vaxtının çox hissəsini sevdiyi şəxslə keçirməsi sizi kədərləndirir...Bunun normal olduğunu anlasanız belə... "Bəlkə elə buna görə mən qızımın sevib seçdiyi insanı qəbul edə bilmirəm?" deyə düşünürsünüz...Və bütün bunlarla bərabər qızınızın sevdiyi oğlanın da sizlə münasibətdə hansısa irəliləyişə can atmaması (bəlkə bu şəkildə tərbiyə olunub, bəlkə də münasibətlərin bu səviyyədə olması onu razı salır?) vəziyyəti daha da gərginləşdirir.
Ancaq siz öz qızınızı qısqanırsınız, hətta qızınızda yeni davranışları, sözləri müşahidə edirsiniz. Əlbəttə pis vərdişlər övladınıza ondan keçib, o, qızınıza pis təsir göstərir. Qızınız sizin onun sevdiyi şəxsə olan münasibətinizi hiss edir və onun nə üçün sizə yaramadığını soruşur...?
Axı bu suala necə cavab vermək olar? Bəzi hallarda qızınıza qarşı etinasızlığı, diqqətsizliyi, özünün təqsirkar olduğu məsələlərdə övladınızı günahkar bilməsi və heç nə olmayıbmış kimi hər şeyə göz yummasını necə övladınıza deyib onun çöhrəsindəki gülüşünü əlindən alasınız?...Ancaq qızınız onu sevir, siz isə canınızdan çox sevdiyiniz övladınıza görə bunlara dözürsünüz...
Analıq qısqanclığı sizə rahatlıq vermir, hər vəchlə qızınızla onun sevdiyi insan barədə danışmaq istəyirsiniz. Oğlanda bəyənmədiyiniz xüsusiyyətlərin hamısını qızınıza söyləmək istəyirsiniz. Ancaq qızınıza olan sevgi və həyat təcrübəsi əksini deyir - " Etməməlisən! Başqasının həyatını, taleyini dəyişmək sənin istəyinlə olmamalıdır. Axı sən ana olaraq öz həyatını yaşayırsan. Qızın da eyni şeyləri səndən tələb edə bilər. Bəlkə həmin oğlan necə olmasından asılı olmayaraq qızımın qismətidir?"
Ancaq qəlbiniz narahatdır, çox nigaransınız...Axı gözəl başa düşürsünüz ki, o, qızınıza lazım olan insan deyil. Ona bütünlüklə etibar etmək olmaz. Axı qızınız onunla olduğu müddət ərzində bütün çətinlikləri öz incə çiyinlərində daşıyacaq...Bu ziddiyyətli hisslərlə yaşayırsınız, özünüz özünüzlə mübarizə aparırsınız, hər addımınız, hər hərəkətiniz sizdə növbəti şübhələri oyadır...
Övladları böyüyüb yetkinlik yaşına çatmış valideynlərin sizi anlayacağına ümid edirsiniz...axı içinizdəki boşluğu doldurmaq çətindir...görəsən onu gələcəkdə ailənizin bir üzvü kimi qəbul edə biləcəksinizmi...


Şərhlər:
Baxılıb: 1224
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz