Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gələcək qayınananı ələ almağın yolları - tövsiyə
Gələcək qayınananı ələ almağın yolları - tövsiyə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1979
Səs ver:
- Sevgilinizin anası ilə bir dialoq qurmaq istəyirsinizsə, söhbətə onunla bağlı suallar verməklə başlayın. Bu, həm də oğlunun həyatında tək qadın olmadığınız anlamına gələcək. Sevgilinizin uşaqlığı ilə bağlı maraqlı anları danışmasını istəyin.
 
 
- İlk görüş olduğu üçün həyəcanlı olsanız da, kənarda sakit oturub hər söhbəti sevgilinizin etməsini gözləməyin. Hazır onunla görüşmüşkən icazə verin sizi tanısın, çünki siz oğlunun daşıdığı bir aksessuar deyilsiniz. Söhbət etmək ona hörmət etdiyinizi də göstərəcək. Danışın, suallar verin, hətta maraqlı olmasa belə,  maraqlanırmış kimi davranın. Ən əsası bol-bol gülümsəyin.
 
 
- Süfrəni yığışdırmağa, qabları yumağa siziə icazə verməsə də, siz yenə də kömək etməyi təklif edin. Bu, həm də gələcəkdə əsası qoyulacaq gəlin-qayınana münasibətinin toxumlarını səpəcək. Amma qətiyyən ondan icazə almadan süfrəni yığışdırıb qabları yumağa çalışmayın. Bu, həddinizi aşmış kimi qəbul edilə bilər.
 
 
- Onun özü, ya da evində bəyəndiyiniz bir əşya haqqında tərif söyləyin.
 
 
- Onunla görüşə gedərkən oğlundan anasının ən sevdiyi şeyin nə olduğunu öyrənib alın.  Əli boş getməyin.
 
 
- Görüşdən bir neçə gün sonra onunla əlaqə saxlayıb həmin gün üçün təşəkkür edin və yeməyi, ya qonaqpərvərliyini bəyəndiyinizi deyin. Bu, gələcəkdə oğlu üçün gözəl bir həyat yoldaşı olacağınıza işarə olacaq.


Şərhlər:
Baxılıb: 1979
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz