Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin-qayınana problemləri
Gəlin-qayınana problemləri
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2475
Səs ver:
Bəlkə də yüz illərdir  gəlin-qayınana əlaqəsi dilimizdən düşmür. Bu mövzu mədəniyyətimizdə o qədər sıx şəkildə işlənmişdir ki, haqqında yüzlərlə lətifə və hekayə  də tapa bilərik. Lakin bu günə qədər gəlin-qayınana əlaqəsi haqqında aydınlaşdırıcı və yol göstərici işlər haradasa yox deyiləcək qədər azdır.
Gəlin qayınana problemləri çox vaxt kiçik gərginliklərlə məhdudlaşarkən, bəzi vəziyyətlərdə həyat yoldaşlarının boşanmasıyla nəticələnəcək qədər ciddi problemlərin də qaynağı ola bilər. Xüsusilə gəlin və qayınana eyni evdə yaşayırlarsa bu mövzuda problem çıxma ehtimalı daha da artmaqdadır.
Gəlin və qayınananın birlik dəyaşamadığı  vəziyyətlərdə də problemlər yaranmaqdadır. Gəlin və qayınana arasında yaşanılan problemlərin mərkəz nöqtəsi olaraq qarşılıqlı ünsiyyət problemləri, gəlinlərin uyğunlaşma problemləri sayıla bilər.

Gəlinlər və qayınanalar niyə yola gedə bilmirlər?
Gəlinlərin qayınanaları mövzusunda önfikirli olmaları: Xüsusilə bizim mədəniyyətimizdə qadınlar və kişilər öz ailələrindən evlilik əvvəlində evlilikləri və yeni həyatları mövzusunda fikirlər alırlar. Qadınların evlənmədən əvvəl, yaxın ətrafından və ailəsindən, gəlin-qayınana əlaqəsi haqqında səhv və uyğunlaşma təmin etməyi çətinləşdirəcək fikirlər alması gəlinlərin qayınanalarını gerçək mənada tanımalarına mane olmaqda yanaşı, gəlinlərin həyat yoldaşlarının ailələrinə uyğunlaşma təmin etməsini çətinləşdirər.
Qayınanaların gəlinlərə yönlənən mənfi düşüncələri: Bəzi insanlar yaşadıqları mənfi təcrübələrdən dərs alıb gələcəkdə ona görə davranarkən, bir çox insanlar isə öz yaşadıqları mənfi təcrübələri başqalarına da yaşatmaq istəyərlər. Bir zamanlar gəlin olan qayınanalar, öz qayınanalarından mənfi davranışlar görərək, bunu öz gəlinlərinə də tətbiq etməkdən çəkinməyə bilərlər. Əslində burada səhv bir təcrübə də mövcuddur. Qayınana mövqeyindəki adam, öz gəncliyində belə bir qayınana modeli gördüyündən ötəri başqa cür  davranış şəkli almaqda çətinlik çəkə bilər.
Qayınanaların oğullarını bölüşmək istəməmələri: Bəzi ailələrdə uşaqlar tam mənasıyla müstəqilləşməz və öz başlarına qərar verə bilməzlər. Bunun səbəbi həmişə onların yerinə qərar verən və onlar üçün düşünən bir anaları olmalarıdır. Belə bir ana-uşaq əlaqəsinə asılı əlaqə deyilə bilər. Asılı əlaqə elastik deyil, sərt və kövrəkdir. Belə bir əlaqəyə sahib oğlan evləndiyi zaman ana ,yəni qayınana gəlinini özünə rəqib olaraq görə bilər və onu uzaqlaşdırmaq üçün mənfi davranışlar göstərə bilər.
Ər-arvad arasındakı Xxüsusi mövzuların ailələrlə bölüşülməsi: Hər evlilikdə müəyyən dövrdə bir sıra problemlər yaşana bilər. Hətta deyə bilərik ki, heç problem yaşanmayan bir evlilik normal deyil. Hər problemlə birlikdə yoldaşlar bu problemlərin öhdəsindən gələrək həm əlaqələrini yetişkinləşdirərlər həm də bir-birlərinə qarşı daha da xoşgörüşlü ola bilərlər. Çox böyük olmayan problemlərin ancaq yoldaşlar arasında qalması və təhlil edilməsi çox əhəmiyyətlidir. Əgər hər problemə ailələr müdaxilə etsə, işin içindən çıxılamaz hala gələ bilər. Məsələn, yoldaşıyla yaşadığı çox kiçik bir problemi anasına danışan kişi həyat yoldaşı və anası arasında gərginliyə səbəb olacaq ya da qayınanası ilə yaşadığı kiçik bir problemi öz ailəsinə izah edən qadın, bəlkə də öz ailəsinin mənfi istiqamətləndirmələrinə məruz qalacaq həm də öz ailəsi və yoldaşının ailəsi arasında gərginliyə səbəb olacaq.
Ər-arvad və ailələr arasında sərhədlərin naməlum olması: İki adam evləndiyi zaman bir ailə olmanın ilk addımını atmış olarlar. Həyat yoldaşları öz ailələrindən ayrılıb öz ailələrini qurmuş olarlar. Bu səbəblə yoldaşların öz ailəsiylə sərhədlərininin müəyyən olması lazımdır.Bu yeni quruluşda hər kəs öz yerini və sərhədlərini biləcək və qarşı tərəfin sahəsinə təcavüz etməyəcək. Lakin bu vəziyyətdə çox vaxt tam əksi baş verir . Həyat yoldaşları maddi mövzularda, ailənin idarəsi, uşaq böyütmə kimi mövzularda kimin səlahiyyət sahibi olduğunu tam olaraq təyin edə bilmir və bu səbəblə həyat yoldaşları və ailələr arasında  problemlər yaranır

Gəlinlərə və qayınanalara həll təklifləri:
Hörməti əsla əldən buraxmayın: Xüsusilə gəlinlər bu mövzuda diqqətli olmalıdır. Evləndiyiniz adamın ailəsini sevmək məcburiyyətində deyilsiniz. Lakin hörmət göstərmək məcburiyyətindəsiniz. Əgər hörməti əldən buraxmayaraq və bu qaydaya görə davransanız, yaşadığınız problemlər çox böyüməyəcək və yenə hörmət sərhədləri içində həll ediləcək. Mən niyə hörmət etmək məcburiyyətindəyəm deyirsinizsə: bunu ağılınızdan çıxarmamalısınız: Qayınananız sizin həyat yoldaşınızın anasıdır, həyat yoldaşınızı sevirsinizsə və xoşbəxt bir ailə olma düşüncəsi içindəsinizsə bunları düşünməniz belə sizə hörmət mövzusunda motivasiya təmin edəcək.Bunu da xatırlatmaq istəyərəm: Həyat yoldaşınızın ailəsiylə yaşadığınız bir problem, həyat yoldaşınızla olan əlaqənizə mənfi təsir edəcək.
Qarşı tərəfi anlamağa çalışın: Məşhur bir fikir sahibinin gözəl bir sözü vardır: "Əgər anlarsanız  nifrət etməzsiniz." Əgər qarşı tərəfi anlamağa çalışsanız, davranışlarının arxasındakı səbəbləri tapa bilsəniz, qarşı tərəfi daha rahat anlayacaq və yarana biləcək gərginlikləri önləyə bilərsiniz.
Problemləri həyat yoldaşınızla həll edin: Qayınananızla yaşadığınız problemləri onunla danışmadan əvvəl, yoldaşınızla danışsanız çox problemə əvvəldən maneə törədə bilərsiniz.
Gəlinlərin uyğunlaşmasını asanlaşdırmaq qayınanaların əlindədir: Qayınanalar bir zamanlar özlərinin də gəlin olduğunu və eyni yollardan keçdiyini xatırlasalar gəlinlərinə qarşı daha anlayışlı və xoşgörüşlü ola bilərlər. Xüsusilə evliliyin ilk dövrlərində, qayınanalar gəlinlərə qarşı mülayim olsalar, isti və səmimi davransalar, gəlinlər də həyat yoldaşlarının ailələrinə həm daha tez uyğunlaşma təmin edəcək həm də isti və səmimi bir ünsiyyət quracaq.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2475
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz