Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Psixoloq Kimdir? Vəzifəsi nədir?
Psixoloq Kimdir? Vəzifəsi nədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5208
Səs ver:



Başqaları ilə həqiqi yardım əlaqələri qurmaq üçün lazım olan dəyərlər,keyfiyyətlər insanları iş birliyinə söykənən bir danışma dialoquna çəkə bilmək üçün gərəkli olan ünsiyyət bacarıqları,vəzifələri ilə danışma müddətini ana xətləri ilə müəyyən edən,ümumi bir problem idarə etmə və fürsət inkişaf etdirmə bacarığı olan şəxsə Psixoloq deyilir.

Bəs cəmiyyətdə Psixoloq kim olaraq qəbul olunur?Psixoloq yanına getmək lazımlı bilinirmi? www.psixo.ucoz.com saytında aparılan sorğuya əsasən belə bir statistika çıxarılıb-Sorğunun başlığı və bəndləri aşağıdakılardır.

"Psixoloqa ehtiyacım var”
Son 2 ildir ehtiyac duyuram
Son 1 ildir ehtiyac duyuram
Son 6 aydır ehtiyac duyuram
Bugün ehtiyac duydum
Son 2 həftədir ehtiyac duyuram
Heç ehtiyac duymuram


Sorğuda 203 nəfər iştirak edib.86 nəfər son iki ildir ehtiyac duyuram bəndinə, 40 nəfər son bir ildir ehtiyac duyuram bəndinə,29 nəfər son 6 aydır ehtiyac duyuram bəndinə,20 nəfər bugun ehtiyac duydum,16 nəfər son iki həftədir ehtiyac duyuram,5% yəni 12 nəfər isə heç ehtiyac duymuram bəndinə səs verib.Maraqlisi isə budur ki, toplam 95% insanın psixoloqa ehtiyac duyduğu halda onlardan yanlız 5% i Psixoloqa müraciət edib.Səbəblər araşdırılanda isə "Psixoloq yanına getməkdən çəkinirəm,imkanım çatmır,inamım yoxdu,sirlərimi heç kimlə bölüşə bilmərəm ” kimi cümlələr sərf edilir.Bu sorğuda iştirak etməyən daha neçə insanlar var ki həttə öz problemlərinin şüurunda belə deyilllər.Mütəxəsislərlə gəldiyimiz ortaq məxrəcə görə isə yuxarıda sadalanan cümlələr sadəcə bəhanədir.Ağlı başında və problemlərini həll etməyə çalışan,öz yaşam standartlarını yüksəltmək istəyən və ya sadəcə deşarj olmaq istəyən insanlar hər nə olur olsun psixoloqa müraciət edirlər-öz problemlərini artırmadan.Biz insanlar cisim və ruhdan ibarətik.Necəki cismimizdə dişimiz,ayağımız və ya daxili orqanlarımız ağrıyırsa ocur də ruhumuz ağrıya bilər.Nəzərə alsaq ki həyat şəraitimiz 50 il əvvəlkindən qat qat fərqlənir.Yaşamaq,dolanmaq,təhsil almaq,ailə qurmaq,uşaq sahibi olmaq,gəzmək,iş tapmaq,ailə içi konflikləri həll etmək və bu kimi yüzlərlə probləmlər bizi stress altında qoyur və beynimiz yüklənir.Beynimiz yükləndikcə biz çökürük,həyatdan zövq almırıq,həll oluna bilən problemlərin həllini tapa bilmirik və Depresiyaya düşürük heç bunun nə olduğunu bilmədən.Müəyyən edilib ki Azərbaycanda yaşanan depresiyaların 98% gizli yaşanır bu isə daha dəhşətli faktdır.Bu vəziyyətdə Psixoloqa yanaşın ,sərbəst olun,inanın.Profesional Psixoloq sizin üçün bir model seçecek –sizə fərdi olaraq inkişaf etdirəcək o modeli amma insanların umumi keyfiyyətlərini unutmadan təbii ki.Nəticə olaraq Psixoloqluq kömək axtaranların həyatlarına müsbət təsirlər bəxş edən nəticələr çıxaran cəhd deməkdir.

Psixoloq: Gülnarə Vəliyeva



Şərhlər:
Baxılıb: 5208
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz