Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik Eşqi öldürməz. Evlilər Eşqi öldürə bilər!
Evlilik Eşqi öldürməz. Evlilər Eşqi öldürə bilər!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2466
Səs ver:

Tanış oldunuz ,sevdiniz sevildiniz,onu görəndə həyəcanlanırsınız,ürəyiniz sürətlə döyünür, ,burun dəlikləriniz genişlənir nəfəsiniz daralır,ve ya sadece onun yanında dinclik rahartlıq tapırsız.

Sakitsiniz,xoşbəxtsiniz sadəcə ,sevgililik size nağil kimi gəlir ,Bu dövrdə hər cütlük öz romanını yazmaq istəyir .Amma bu roman sevgililiklə başlar sevgililiklə bitər .Çoxları ciddi addım atmaqdan çəkinir .Əslində bu ne az sevmeklə, ne de qarşısındakına ciddi yanaşmamaqla əlaqəli deyil.Çox gənc evlilikdən qorxur. Demirəm evlilik fobiyaları var,yox sadəcə əllərində olan sevgini itirmek istəmirlər. Belə bir söz var axı evlilik sevgini itirir ve ya öldürür.Bu yanliş yanaşmadı evlilik yox –insanlar öldürür .Belə ki çox gəncin beynində şüuraltına yerleşib artıq bu fikir ve özləri beynlərini özləri də bilmədən belə proqramlayırlar.Beynimiz isə biz istəməsək də yada görməsək də bizim inandığımız kimi fəaliyyət göstərir.Evlilik mücərrədd varlıqdı "O" neyniyə bilər ki sevgi olsun?

Evlilik deyil Evlilər sevgini öldürür.Önəmli olan inanmaq ve umud etməkdir.Evliliyə umutla daxil olun.Çünki sevgiylə umud bərabər olarsa Motiv yaranar.Umud edin evlilikdən yaxşı nəticələr əldə edəcəyinizə,xoşbəxt olacağınıza,yaşlılıqda belə sevib seviləcəyinizə.UMUD ve Sevgi bərabər yol alarsa Sevgi daim artacaq.EVLİLİK RESEPTİ- SEVGİYƏ UMUD QATIN.BU İNSANI HƏRƏKƏTƏ KEÇİRİR.Sevginizə Erodika,Romantika,Eşq əlavə edin.

Sevginizi artıraraq dostluğa çevirin.Həyat yoldaşınız sevgisini itirsə belə Dostunu heç vaxt itirmək istəməz.Onunla səmimi olun.Munasibətinizdə yalana yer verməyin.

Çox insan sevgi,eşq və məhəbbət sözlərinin eyni olduğunu düşünür,bu belə deyil.Sevgi ve bağlılıq bir yerə gəldiyində eşq yaranır.

Sevgini korşaltmaq ve ya alovlandırmaq olur.Bu insan oğlunun əlindədir- ayırd etmirem kişilər ve ya qadınların.Həyatını cənnətə çevirmək istəyən hər kes bunu bacara bilər.Evinizi cənnətin bir guşəsi edin ki həyat yoldasınız evə yorğun,stresslə gələndə qoy cənnətinə sığınsın,fırtınalı dənizdə ən sakit limanı siz olasınız.Bir birinizə səbrli olun

Ailədə ünsiyyət çox önəmlidir ən çətin şey dinləmək ən asan şey məsləhət verməkdir,ona görə də məsləhət verməmişdən öncə çalışın dinləyin..Sevgili nişanlı olarkən gözü açıq olun 4 gözlə baxın sevdiyinizə yalnız yaxşı yönlərini deyil pis tərəflərini də görün.Evlilikdə isə 1 gözünüzü yumun…

Bəli evlilikdə sevgi azalır.Qadın sevgisini uşaqlarına ,kişilər işlərinə verir sevgi və diqqətini.Zaman keçdikcə ya bu vəziyyətə öyrənilir ya da danışılaraq bu vəziyyət aradan qaldırılır.Hansı yolu seçməniz sizdən asılırıdır.Sevginizi düzgün istifadə etmək gərəkir,sevgini bölüşmək pis hal deyil bunun üçün həyat yoldaşınıza əsəbləşməyin sevgi bölündükcə cəmiyyətdə də sevgi çoxalacaq.Amma insane oğlunu sevəndə ölçülü sevmək gərəkir.Çox insane ifrata qaçdığı üçün əziyyət çəkir.Depressiya halları çoxalır.Bunun səbəbi insanların sevgi sərmayəsini yanlız bir oybekt və ya subyekt üzərinə yatırmasıdır.Bu bəzi insanlar üçün oğlan və qız,digərləri üçün puldur.Və daim sevdikləri tək şeyi də itirmək qorxusu onları xəstələndirir.Hələ ki itirəndə hansı ruh halında olurlar siz təsəvvür edin.Depressiya vaxtı beyində sevgi ilə əlaqəli nöqtələr azişləməyə başlayır.Seratonin hormone az ifraz olunur.Beləliklə insanda yeganə sevgi mənbəyi olan şey itdiyi üçün yaşama sevinci azalır və ya yox olur.İşinizi ,uşaqlarınızı.kitabları,filmləri,gəzintini,ev işlərini də sevin.Onda inanın həyat daha asan və sevgi dolu olar.

Sevginizə bir az da İnam qatın.İlk gündən bu inamı qazanmağa başlayın.İnanın sevgili və nişanlı müddətdə əldə etdiyiniz I inamlar evlilikdə köməyinizə çatacaq.

Bir tərəfli düşüncə və müqayise həm inamı,həm sevgini azaldır-bundan çəkinin.Sevdiyinizi olduğu kimi qəbul edin.Onun düşüncələrinə dəyər verin.Empatiya qurmağa çalışın.Dünya yanlız sizing ətrafınızda fırlanmır bunu unutmayın.Mənəm Mənəm demək yerinə Bizim deyə düşünün.

Sevginizin içinə bir az da şəfqət,mərhəmət qatın.Həyat yoldaşınızın hansı dildən danışdığına baxmayaraq siz onunla bu dildən danışın.Təbəssümü necə?Qataqmı evliliyin və sevginin içinə?Məncə qataq.Gülümsəyin daima-o qədər gülümsəyin ki artıq orqanizmanız gülüşə qarşı immunitet qazansın.:-) Gülümsəmək sözlə açılmayan çox ürək qapısını açır.

 

 

Müəllif: Psixoloq Gülnarə Vəliyeva



Şərhlər:
Baxılıb: 2466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz