Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Monoton evliliklər üçün bəzi ipucları
Monoton evliliklər üçün bəzi ipucları
Göndərən: Pure Love
Şərhlər: 1
Baxılıb: 231
Səs ver:
Uzun çəkən evliliklər və ya əlaqələr bir müddət sonra monotonlaşaraq cazibəsini itirə bilir.
Halbuki bir az fədakarlıq, bir az diqqətlə monotonlaşan əlaqələr əvvəlki canlılığına qovuşdurula bilər.
Gəlin birlikdə nəzər salaq, nələr edilə bilər monotonlaşan əlaqələri qurtara bilmək üçün ?

Sağlam ünsiyyət qurmaq :
Ünsiyyət qurmaq deyilincə ağla ilk gələn, danışmaq, izah etmək olar. Halbuki ən güclü ünsiyyət qurma üsulu nədir bilirsinizmi ? Dinləməkdir. Yoldaşınızı sağlam bir şəkildə dinləməyi bacara bilsəniz, aranızdakı ünsiyyət problemlərini də tək-tək aşaraq, güclü ünsiyyət bacarıqları inkişaf etdirə bilərsiniz. Ayrıca ünsiyyət qurarkən, qarşınızdakı adamı, tənqid etmək, mühakimə etmək, lağ etmək, alçaltmaqdan qətiliklə qaçınmalısınız. Ünsiyyət əsnasında müsbət duyğularınızı ifadə etməkdəndə, olmsuz duyğularınızı ifadə etməkdən də çəkinməməlisiniz. Evlilikdə və ya uzun sürən əlaqələrdə fikir ayrılıqları və qarşıdurmalar mütləq olacaq. Bu qaçınılmazdır. Əhəmiyyətli olan bu vəziyyətləri "idarə etmə" formanızdır. Yəni quruluşçu olmaq, həllə fokuslanmaq və ünsiyyət bacarıqlarınızı ustaca istifadə etmək.

Birlikdə keyfiyyətli zaman keçirmək :
Bir romantik əlaqəni gücləndirən ən fundamental ünsürlərdən biri, oldaşınızın, sevgilinizin ən yaxşı "dostunuz, yoldaşınız" ola bilməsidir ! Bir çox mövzuda söhbət edə bilməniz, birlikdə qəhqəhələrlə gülə bilməniz, lazım olduğunda bərabərcə kədərlənməniz, sağlam bir əlaqə qura bilmək baxımından çox əhəmiyyətlidir. Ən az bunun qədər əhəmiyyətli olan başqa bir ünsür daha vardır ki, o da zamanı paylaşarkən bir-birinizə "zaman" tanımanızdır. Yəni bir-birinizlə nə çox yan-yana, nə də çox uzaq qalmamaq şərti ilə xoşbəxt zaman keçirmə bacarıqlarına sahib ola bilməniz.

Bir-birinizə kompliment deyin:
Hər gün bir-birinizə kompliment deməyi vərdiş halına gətirin. İnsan təbiəti, mənfini görməyə daha çox meyllidir və beləcə çəkiliş qanunu gərəyi də bu mərkəzi davamlı böyüdər. O halda böyütməmiz lazım olan mərkəz, bir-birinizin müsbət istiqamətləri olmalıdır. Hər gün yoldaşınızın, sevgilinizin beş müsbət xüsusiyyətini xatırlayaraq, ona söyləyin. Əlaqənizin gündən günə daha da gözəlləşdiyini fərq edəcəksiniz.

Ailə faktoruna diqqət!:
Bəzən məsləhətçilik etdiyim cütlər belə bir çətinlik ilə gələ bilirlər. "Yoldaşım, ailəsi ilə daha çox zaman keçirir." "Yoldaşım ailəsinin sözündən əsla çıxmır." Ya da "Yoldaşım ailəsi ilə əlaqədar heç bir şərhdə olmağımı istəmir." Türk cəmiyyətində ailə əhəmiyyətlidir, ana-ata, qardaş və qohumlarımıza lazım olan maraq, sevgi və hörməti hər vaxt göstərmək məcburiyyətindəyik. Ancaq unutmamanız lazım olan budur ki, artıq siz də bir ailəsiniz və öz ailənizə də fokuslanaraq, xoşbəxt yaşamaq məcburiyyətindəsiniz. Lütfən bunun fərqindəliyini inkişaf etdirin. Əgər ailənizdən qopa bilməmək,hələ onların sözlərindən çıxa bilməmək kimi bir problem yaşayırsınızsa, bir mütəxəssisdən mütləq kömək alın.

Romantizm, olmazsa olmaz:
Boş zamanlarınızda baş-başa edəcəyiniz fəaliyyətlər əlaqənizi gücləndirəcək. Birlikdə kinoya getmək, romantik bir axşam yeməyi yemək, axşam ay işığı altında əl-ələ yerimək. Həftə sonu bir neçə gündəlik qısa, romantik bir tətilə çıxmaq. Rəqs etmək, romantik bir film seyr etmək və s. əlaqənizin cadusunu davam etdirə biləcəyiniz aktivelerdir. Bunlar üçün mütləq zaman yaratmalısınız.

Cinsi həyata diqqət edin:
Gündəlik həyatda yaşanan stress, iş həyatında yaşanan gərginliklər, ailə içindəki məsuliyyətlər, uşaqların məsuliyyətləri, psixoloji ya da fiziki problemlər, cinsi həyatınıza təsir edər. Bu yaşanan problemlərin fərqində olmaq əhəmiyyətlidir. Bu problemlərin həll olunması lazımdır. Problemi görməməzlikdən gəlmək, çox təəssüf ki problemi həll etməz. Bu mövzudakı fərqindəliklərinizi artırın. Mottonuz bu olmalı, "problemin deyil, həllin bir parçası olmalıyam." Evliliyinizin stresssiz və problemsiz olması, cinsi həyatınızı da rəngləndirəcək.


Şərhlər: 1
Baxılıb: 231
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
evliliye hazirlashanlar oxusunlar
20 oktyabr 2016 13:13
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz