Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyiniz üçün 8 təhlükəli işarə
Evliliyiniz üçün 8 təhlükəli işarə
Göndərən: Narın Yağış
Şərhlər: 2
Baxılıb: 395
Səs ver:
Bir çoxlarımızın “pis evlilik” haqqında müxtəlif fikirləri var. Sözsüz ki, ailə quran heç kəs boşanmaq haqqında düşünmür. Amma evlilikdən sonra bəzi əlamətlər münasibətlərin pis və ya yaxşı olmasına işarə verir. Ona görə də bəzi cütlüklərin toydan az keçməmiş boşanmalarına təəccüblənməyin. Qadınlar.Biz boşanmaya aparan 8 əlamətlə sizi də tanış edir.

1. Reaksiyalarını reaksiyasız qalaraq göstərirlər
Bir cütlüyün mübahisə, dava-dalaşdan sonra səssiz qalaraq reaksiya göstərməsi, pis əlamətdir. Bəli, dava-dalaş, mübahisə etmək sağlam münasibətlərdən xəbər verir. Lakin dava-dalaş tez-tez təkrarlanırsa və ciddi hal alırsa və sonda tərəflər səssizliyə bürünürsə, bu vəziyyət evlilik üçün zərərlidir.

2. Durğun seks həyatı
Bu, çox aydın: insanlar seks olmadan da yaşaya bilərlər. Lakin insanlar yaşayan canlılardır və seks təbii bir arzudur. Bəli, seks olmadan davam edən münasibətlər var, ancaq boşanma vəkillərinin müştərilərindən eşitdikləri ən çox səbəblərdən biri də illərdir seks həyatının olmamasıdır.

3. Ortaq maraqları çox azdır
Bəli, əks qütblər bir-birini cəzb edir. Lakin onda xoşunuza gələn xüsusiyyətlərin evliliyinizi davam etdirəcəyini düşünməyin. Məsələn, bir tərəf səhərə qədər çöldə əylənməyi sevirsə, digər tərəf axşam 19: 00-da ilıq duş qəbul etdikdən sonra oturub kitab oxumaq istəyirsə, bu cütlüklərin həyat tərzləri bir-birindən çox uzaqdır. Onların evliliyinin uzun davam etməsi qeyri-mümkündür.

4. Karyera hər zaman ailədən əvvəl gəlir
Tərəflərdən birinin karyerasını hər şeydən üstün tutması böyük bir problemdir. Kişilər evlilikdən əvvəl müəyyən mövzularda razılaşmış olsalar da, nəticə dəyişmir. Bir tərəfin karyerasına çox bağlı olması ən güclü sevgi üzərində qurulan evliliyi belə uçuruma aparar.

5. Bir-birlərini alçaldırlar
Bir-birini təhqir etmək, alçaltmaq, yuxarıdan aşağı baxmaq münasibətlərin vaxt keçdikcə tükənəcəyinin əlamətidir. Xoşbəxt evlilikdə cütlüklər bir tərəfin çatışmazlığına alçaqlıq kimi yox, qarşılıqlı hörmət çərçivəsində qəbul edir.

6. Sevgiyə hörmət bəsləmirlər
Tərəf müqabilinin sevgi dilini bilmək - qarşı tərəfin sevgini hansı yollarla hiss etdirdiyinin fərqində olmaq evliliyin uzun olması üçün çox vacibdir. Cütlüklər bir-birlərini sevsələr də, sevgi dilləri fərqli olduqda, sevildiklərini hiss edə bilmirlər. Məsələn, bir tərəf sevgisini kömək edərək və ya da hədiyyələr alaraq göstərir, amma digər tərəf sevgini şifahi formada, toxunaraq və ya birlikdə zaman keçirərək alırsa, sevgi tam olaraq ifadə edilməyə bilər.

7. Xərcləri mövzusunda dürüst deyillər
Evlilik bir ortaqlıqdır. Tərəflər ailənin maddiyyat, pul, qazanc baxımından bir-birilərinə güvənməlidirlər. Gəlirlər ayrı olduqda hər iki tərəf xərclədiyi pulun miqdarını az və ya çox deyə bilər. Cütlüklərin ayrı və ya ortaq büdcələri ola bilər. Lakin pulun necə xərclənməsi və ya yığılması mövzusunda bir-birindən xəbərsiz olduqda, ev almaq, birgə hər hansı işlər görmək mümkün deyil.

8. Əsla mübahisə, dava-dalaş etmirlər
İnsanların bir çoxu həqiqəti ört-basdır edərək və ya onları narahat edən hər hansı məsələni görməməzlikdən gələrək, problemlərdən qaçmağa çalışır. Bu vəziyyət sonda gərginliyə səbəb olur. Qarşınızdakı insan sizin ən yaxşı dostunuz, sirdaşınız və sevgilinizdir. Ona hər şeyi söyləmək lazımdır. Evlilik bağını yox etmədən, bir-birinizin fikirlərini qəbul etməlisiniz.


Şərhlər: 2
Baxılıb: 395
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
evli insanlar oxusun

evli insanlar oxusun
12 sentyabr 2016 16:07
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Angela7
Yazılanların hamısı ilə razıyam, indiki dövrə uyğun olaraq sosial şəbəkələr də yazıla bilərdi, çünki insanların çoxu sosial şəbəkələrin ucbatından ailəsinə kifayət qədər vaxt ayıra bilmir, hər nə qədər bu məsələ iradədədn asılı olsa da, yenə də əsas problemlərdən biridir.
12 sentyabr 2016 13:45
# 1
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz