Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərə getmək çətin deyil...
Ərə getmək çətin deyil...
Göndərən: Asya
Şərhlər: 13
Baxılıb: 576
Səs ver:
Kişi və qadın münasibətləri

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur. Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək. Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.

Qeyd edək ki, uğurlu münasibətlərin 50 faizi qadınların davranışından asılıdır. Qadınların bəzi hərəkətləri həyat yoldaşları ilə münasibətlərdə dağıdıcı rol oynayır. Əlbətdə qadınlar bu səhvləri bilmədən, düşünmədən də edə bilərlər. Bu səhv hərəkətlərin çoxu qadınların anaları tərəfindən aşılana bilər.

Qadınlar çox vaxt sevdiyi insanı ideallaşdırırlar. Onun pis vərdişlərini aradan qaldırmağa çalışırlar. Problemlər də məhz pis vərdişlər aradan qalxmayanda başlayır. Lakin belə vəziyyətdə xanımlar qərar verməyə tələsməməlidirlər. Bu məsələni zamanla həll etmək olar. Qadınlar sevdiyi insanı dəyişdirməyə cəhdetməməlidirlər. Ona görə ki, hər bir şəxsin özünəməxsus xarakteri və vərdişləri var. Bir uğursuzluq baş verən zaman bəzi qadınlar narahat olur, özlərinə bədbəxt, uğursuz insan deyirlər. Əslində isə bəzi qadınlarımızın kifayət qədər təcrübəsi olsa, zamanla bu problemləri aradan qaldırmaq mümkün olacaq.

Qadınlara məsləhətlər
Sevdiyiniz insan nədən zövq alırsa, ona səmimi maraq göstərin. Bu onun işi, sevdiyi məşğuliyyəti, etdiyi idman növü də ola bilər. Sizin onun sevdiyi, zövq aldığı məşğuliyyətlərə maraq göstərməyiniz süni görünməməlidir.

Bundan başqa, möhkəm və mehriban ailə üçün qadının yaxşı əhvalda olması vacibdir. Belə ki, kişilər sevdikləri qadının yaxşı əhval-ruhiyyədə olmağını xoşlayırlar. Kişi gülməli bir şey danışanda, zarafat etmək istəyəndə qadın təbəssümlə cavab verməyə, yeri gələndə gülməyə çalışmalıdır. Amma kişinin hər sözünə səbəbsiz reaksiya verib həddini aşmaq da məsləhət deyil.

Kişilər özlərini əvəzolunmaz, fərqli hiss etməkdən zövq alırlar. Bu səbəbdən də həyat yoldaşınıza bəyəndiyiniz xüsusiyyətlərini deyin. Həyat yoldaşınıza sizə qarşı olan hər hansı bir diqqətinə, evdə gördüyü hansısa işinə görə təşəkkür edin. Davranışını qiymətləndirdiyinizi ona hiss etdirin.

Çalışın ki, həyat yoldaşınızla fikirlərinizlə bölüşəsiniz. Ona məsləhətlərinin sizin üçün nə qədər əhəmiyyətli olduğunu bildirin. Bu onun xoşuna gələcək və sizə görə məsuliyyət hiss edəcək.

Gəlin, qadınların kişilərlə münasibətlərində buraxdığı əsas səhvlərinə nəzər salaq

1. Qadınlar sevdiyi kişilər üçün özlərini qurban verirlər. Onlar ümid edirlər ki, fədakarlıqları kişilər tərəfindən yüksək qiymətləndiriləcək və kişinin ona sevgisi dəfələrlə artacaq. Təəssüf ki, bu çox nadir hallarda baş verir. Çox vaxt əksinə olur. Kişinin qadına olan marağı azalır.

2. Qadınlar kişilərin potensial imkanlarına aşiq olurlar.

3. Qadınlar özlərini ana kimi aparır və kişilərlə uşaq kimi rəftar edirlər.

4. Bəzən qadınlar özlərini hədsiz yüksəkdə tutur, bəzən isə çox zəif olduqlarını düşünürlər.

5. Kişilərin xoşagəlməz, kobud rəftarını normal qəbul edirlər. Elə cütlüklər var ki, münasibətləri münaqişələr üzərində qurulur. Bəziləri bu hisslərə alışır və şüuraltı münaqişəli vəziyyətlər axtarırlar (qüvvə toplamaq üçün).

6. Elə qadınlar var ki, istədiklərinə nail olmaq üçün özlərini balaca şıltaq qız kimi aparırlar.

Əlbəttə ki, cütlüklər arasındakı münaqişələrə səbəb olan başqa amillər də var. Bu münaqişələri düzgün həll etmək üçünsə qadınlara səbirli olmağı məsləhət görürük. Ən əsası isə maraqlı həmsöhbət olmağa çalışın. Həm danışmaq, həm də dinləmək əhəmiyyətlidir. Bununla yanaşı özünüzə diqqət ayırmağı unutmayın. Qadın hər zaman, hər bir şəraitdə qadın olduğunu unutmamalıdır.


Şərhlər: 13
Baxılıb: 576
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Əlbəttə çətin deyil çətin olan onun məsuliyyətini dərk edib ona görə davranmaq ən əsası qurulan ailədə bəzi nüansları göz ardı etməmək))..
12 avqust 2016 12:42
# 13
vipbetul
aile qurmaq onun mesuliyyetini anlamaq ona gore hereket etmek lazimdir
11 avqust 2016 14:38
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
MODABAZ
Ere getmek asanddı ama aılenı qorumaq cetındııı--- sevgısız aıle olmaz
11 avqust 2016 14:06
# 11
Heyata daim gulmek lazimdii
♥ KaMa ♥
amma birseyde varki seven cutlukler bir birilerini oldugu kimi qebul edirler. yeni her halin sevir 02
11 avqust 2016 09:28
# 10
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
S.Heydarova
Sitat: melek_ayka
maraqli yazidi amma sevgisiz evlilik hec bir seydi

Məncədə
10 avqust 2016 23:39
# 9
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
Antikvar
İlk öncə xəbərin başlığına fikir bildirmək istədim, evlənmək əlbbətdə çətin deyil amma evliliyi qoruyub saxlamaq çətin işdi, ağlın, cəsarətin, qabiliyyətin varsa demək bir qadın üçün evliliyi xoşbəxt yaşatmaq çətin olamayacaq)Mətndə qeyd edilən yazılarla tam razıyam, mənim və yoldaşımın ən çox etdiyimiz günlük söhbətimizdi bu söhbətimiz ya günün sonunda olacaq yada mən mətbəxdə yemək bişirən zaman oda çay içdiyi anda olacaq, istər işləri barəsində olsun istərsədə gər hangi digər bir mövzu haqqında olsun mütləq fikirlərini bölüşüb məsləhət alacaq, danışarıq və sonda ortaq nöqtəyə çatıb bir qərarda qalırıq.Söh-söhbətimiz olsa ilk zamanlar söhbəti çox uzatsamda indi əksinə qısa kəsirəm, həmçinin yoldaşımda (onsuz o heç zaman söhbəti çox uzatmazdı)) qısaca bir birimizin xarakterini bilirik və ona uyğun rəftar edirik. Yazılanları artıq mən keçmişəm yəni oputnu olmuşam bu barədə, yeni evlənənlər üçün gözəl məsləhətlərdi. Təşəkkürlər
10 avqust 2016 23:03
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
HAPPY_EYES
Sitat: melek_ayka
maraqli yazidi amma sevgisiz evlilik hec bir seydi
10 avqust 2016 22:42
# 7
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Totu
Təşəkkürlər. .!
10 avqust 2016 22:37
# 6
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
Turkan Abbasova
Duz yazılıb. Amma istisnalar coxdur
10 avqust 2016 22:31
# 5
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
melek_ayka
maraqli yazidi amma sevgisiz evlilik hec bir seydi
10 avqust 2016 22:24
# 4
hazal♡
Maragli melumati..
10 avqust 2016 21:53
# 3
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Nezka
evlilik mənə görə deyil e 27
10 avqust 2016 21:52
# 2
İçimi görsən mənə aptek alarsan.
Onun_Mələyi
Maraqli yazidir....duz qeyd edilib...twwkllerrrr.....01
10 avqust 2016 21:42
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz