Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib əlamət
Ailə qurmağa hazır olduğunuzu göstərən 5 vacib əlamət
Göndərən: Asya
Şərhlər: 2
Baxılıb: 1162
Səs ver:
Əgər artıq sizə evlilik mövzusuyla bağlı tez-tez suallar ünvanlanırsa, təbii olaraq evlilik haqqında düşünməyə başlayırsınız. Lakin bu o qədər ciddi addımdır ki, bir qərar bütün həyatınıza təsir edə bilər. Uzun müddət davam edən bir münasibətiniz varsa, özünüzü bu addımı atmağa hazır hiss edirsinizsə, sizə bundan əmin olmaq üçün 5 vacib əlaməti nəzərdən keçirməyinizi təklif edirik.

Sevginizin "rəngini" müəyyən edə bilirsiniz.
16-18 yaşında vurulduğunuz günləri yəqin ki, xatırlayırsınız. Bu sevgilər adətən böyük hisslər adıyla başlayır, əsəb, gərginliklə davam edir və eyni sürətlə də sona çatırdı. Gəncliyin ilk illərində belə münasibətlər yaşamaq çox normaldır. Lakin siz əgər sağlam sevgini müəyyənləşdirəcək qədər kamilləşmisinizsə, artıq ciddi addım atmaq məqamındasınız. Əgər sevginiz gərginlik, çılğınlıq üzərində yox, qarşılıqlı sevgi, hörmət əsasında qurulubsa və siz bu münasibətə dəyər verə bilirsinizsə, deməli evlilik üçün ilk sınaqdan keçmisiniz.

Sevginin əsasında azadlıq durduğunu dərk edirsiniz
Siz asılılıq və qısqanclıq sınaqlarından çıxmısınız. Artıq həyatınızda qurduğunuz münasibətlər inam və etibar üzərində formalaşır. Qarşılıqlı inamın olduğu yerdə isə hər iki tərəf müstəqil fərd olaraq da həyatına davam edir və bir-birindən asılılıq kimi artıq şeyə ehtiyac qalmır. Bu cür münasibət yaşayan insanlar həm biz, həm də bir olmağı bacarır və həyatdakı müxtəlif çətin situasiyalara qarşı da hazır olurlar.

Birlikdə gələcəyə dair planlar qurursunuz
Əgər siz sevgilinizlə gələcəyə dair planlar qurur, hətta bəzən uşaqlarınızın adı barədə kiçik "mübahisələr" də edirsinizsə, demək evlilik düşüncəsi sizi qorxutmur və qarşınızdakı insanı həyatınızın bir parçası olaraq qəbul etmisiniz. Bu halda isə ciddi addım atmamaq üçün heç bir əsas qalmır.

Problemləri birlikdə həll etməyə çalışırsınız.
Evli olmaqla sevgili olmaq arasında ən böyük fərq həyatda qarşılaşdığınız problemlərlə birlikdə üzləşməkdir. Əgər siz sevgilizlə də problemləri birlikdə həll etmək mərhələsinə qədər qalxmısınızsa, asanlıqla həmin adama güvənə bilərsiniz.

Maddi məsələri rahat müzakirə edə bilirsniz.
Cütlük arasında ən vacib məqamlardan biridir. Bəzən insanlar bu məsələni arxa plana atır və əhəmiyyət vermir, evləndikdən sonra isə böyük problemlər meydana çıxır. Əgər siz sevgilinizlə maddi uğur və ya problemlərinizi asanlıqla bölüşə, onunla bu mövzularda müzakirə edə bilirsizsə, təbrik edirik - siz öz insanınızı tapmısınız.


Şərhlər: 2
Baxılıb: 1162
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
evlilik barede dusunenler hem maddi hem menevi hemde psixi cehetgen her bir seye hazir olmalidir evlilik oyuncaq deyil gerek ciddiyetini basa dusub bu yola addim atalar
3 iyul 2016 19:22
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hele aile qurmaga hazir deyilem. Hazir oldugum zaman ozum oz hereketlerimnen hiss edirem
3 iyul 2016 16:11
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz