Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın həyat yoldaşında hansı xüsusiyyətləri görmək istəyir?
Qadın həyat yoldaşında hansı xüsusiyyətləri görmək istəyir?
Göndərən: Asya
Şərhlər: 5
Baxılıb: 822
Səs ver:
Hər bir qadın ailə quran zaman min arzu və min istəklə ər evinə qədəm basar və xoşbəxt olmağı istəyər. Ancaq bəzihallarda məyus olar və həyat yoldaşının, onun arzularında olan ağ atlı şəhzadə olmadığı həqiqətinə çatar. Bu gün cəmiyyətdə boşanma hallarının artmasının ən mühüm səbəbi - kişilərin ailədə pis əxlaq nümayiş etdirməsidir. Qadınların əksər hissəsi iqtisadi və başqa problemlərə dözməyi bacarırlar. Ancaq ərinin pis rəftarı onun səbir kasasını daşdırar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İslam dini ailə qurmaq istəyən cavana həmişə iki şeyi tövsiyə edir. Buyurur ki, əgər seçim etdiyin insanın dini və əxlaqı səni qane edirsə, o zaman onunla ailə qur və ya evlən.
Pis əxlaq kəbirə günahlar gətirər, həmçinin bais olar ki, insan Allaha itaət etməmiş olsun. Günah ruzini azaldar, ülfəti, sevgini aradan aparar. Ona görə də İmam Əli (ə) buyurur: "Özünüzü günahdan uzaq edin, çünki elə bir bəla və elə bir ruzinin az olması yoxdur, məgər günahlara görə". O ailədə ki, günah çox olar, ailənin ruzisi aradan gedər. (Tebyan)
Mömin qadın istəyir ki, həyat yoldaşında bu üç sifət olsun: qeyrət, xoş əxlaq, mehr və sevgi. Bu üç sifət çox möcüzələr etməyə qadirdir.
Qeyrət.
Kişilərin ən üstün sifətlərindən biri - qeyrət hissidir. Qeyrət - ailənin sütunudur, əgər kişidə qeyrət olmazsa, deməli həmin ailənin sütunu yoxdur. İmam Əli (ə) qeyrət nümunəsi idi. Həzrət (ə) buyurur: "Ey İraq əhli! Eşitmişəm ki, qadınlarınız yol gedən zaman kişilərlə toqquşurlar. Məgər xəcalət çəkmirsiniz? Allah qeyrətsizləri lənətləyər". Əlbəttə mömin qadının istədiyi - qeyrətdir, həddini aşan bədbinlik deyildir. Əgər qeyrət etidal həddi aşarsa, o zaman bədbinlik ortaya çıxar ki, bu da qarşı tərəfə çox əziyyət verər.
Xoşəxlaqlı olmaq.
İmam Əli (ə) ailəsinə qarşı da, digər insanlara qarşı da çox xoşəxlaqlı idi və hətta düşmənləri belə, bu həqiqəti etiraf edirdilər. Tərəfdaşlarından biri buyurur: "O, bizlərdən biri kimi aramızda yaşayırdı. Mülayim, çox təvazökar və sadə idi".
Mehr və məhəbbət.
İmam Əlinin (ə) ailəsində sevgi vardı və ikitərəfli məhəbbət vardı. Həm o, həyat yoldaşını dərk edərdi və həm də həyat yoldaşı onu dərk edərdi. Həzrət (ə) buyurur: "Allaha and olsun! Heç bir zaman elə bir iş görməmişəm ki, Fatimə (s.ə) qəzəblənsin və onu heç bir işə məcbur etməmişəm. O da məni heç bir zaman qəzəbləndirməyibdir və batini meylimin əksinə olaraq qədəm basmayıbdır".
Əgər ailədə İmam Əli (ə) ilə Həzrət Fatimənin (s.ə) mübarək ailələrini özümüzə örnək qərar versək, o zaman xoşbəxt olar və həyatdan ləzzət alarıq. Ailənin xoşbəxt olmasında iki tərəfin də bu üç sifətə malik olması şərtdir. Bundan əlavə, əgər ailə üzvləri təqvaya riayət edərsə, ailədə heç bir zaman pis əxlaq nümayiş etdirməz. Çünki təqva - insanı günahdan saxlayan gücdür.


Şərhlər: 5
Baxılıb: 822
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
beli burda yazilanlar olarsa yaxsi olar
27 iyun 2016 23:43
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
maraqlı yazıdır.duzgun qeyd edilib.inwallah butun subaylarmızada beleleri qısmet olar.
27 iyun 2016 16:08
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
maraqli faydali meslehetler oldu.twkler
27 iyun 2016 14:23
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Necədə gözəl yazıydı, oxuduqca bir daha təkrar oxumaq istər insan. Həqiqətən qadının arzusudu uç xarakterin kişidə olması, əyər bu üç yazılanlar bir kişidə varsa nə gözəl o qadına, tərifləmirəm amma həqiqətən yazılanların üçüdə yoldaşımda var demirəm söhbətimiz olmur hər ailədə olduğu kimi bizimdə ailəmizdə sözlərimizin çəp gəldiyi anlar olubdu amma bunlara səbəb olan kənar şəxslərdi nəinki biz özümüz, indiki zamanda mərdiməzarlar çoxdu, paxıllıq edənlərdə çoxdu, əyər təsəvvür edin yoldaşımla mehribanıq bunu görənlər kənardan qayıdıb deyir öz ərinə bax onlar necə mehribandı sən isə mənlə elə deyilsən onlara bax səndə elə ol, daha sonra biz ər arvad öz övladlarımız ilə rahat oyun oynaya bilmirik sırazı kənar şəxslərin etirazları paxıllıqları tutur bizləri gizlincə pəncərə ağzında izləyirlər. Örnək götürücü ailə ola bilərik amma bunu gedib kimləsə dava tutaraq yox paxıllıq ilə yox normal fikir ilə bildirmək lazımdı. Bizə doğma olan şəxslər qayıdıb bir ağıza sənin yoldaşın sənlə niyə mehribandı sözləri sərf edir... Qəribə insanlar çoxdu həyatda daha doğrusu kiminsə xoşbəxtliyini görüb boşboğazlıq edənlərin sayı artır. Ailə dediyin oyuncaq deyil bu gün evləndim sabah boşanıram xasiyyətim tutmadı, ola bilsin xasiyyətiniz tutmur bunada zaman lazımdı bir birini anlamaq üçün vaxt keçirmək lazımdı, hər ailənin çətin anları olur (amma mən normal içki içməyən, ağıllı kişilərdən danışıram) belələrini tanımağa birlikdə ömür keçirtməyə dəyər, yoxsa bir çox qadınlarımız nədənsə kişinin daha çox xarici gözəlliyinə vurulub daxilini unudurlar, gözəllik var içir çəkir nə olsun əsas odu mən sevirəm deyib evlənirlər amma sonrası qadınlara olur, əziyyətini də özləri çəkir, bəziləri dözür sevdiyi üçün, bəziləri isə boşanır... Evlənməmişdən öncə sevdiyin şəxsi analiz et sonra addım at inanın belə olduğu halda xoşbəxt olarsız nəinki digər nüansları fikirləşib addım atılsa. Allah hər bir qadına xoşbəxt ailə tablosu qismət eləsin. Təşəkkürlər oxumaq xoş oldu.
27 iyun 2016 14:21
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Fialka
Faydalı xəbərdir inşAllah ki, də o cür olar. Ümumiyyətlə dini və əxlaqı yerində olan əsl təqvalı olmaq evlilik edərkən nə qədər vacib sayılsada ən vacibi bu cür şəxsiyyət olmağı bacarmaqdır..
27 iyun 2016 14:20
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz