Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mükəmməl həyat yoldaşı axtarıram, amma
Mükəmməl həyat yoldaşı axtarıram, amma
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 372
Səs ver:
Müəyyən yaşa çatdıqdan sonra xoşbəxt ailə həyatı qurmaq hər gənc oğlan və qızın arzusudur. Ətrafdakı dost-tanış və yaxınlar da bu mövzuyla həmin gənc qədər maraqlanırlar. Universiteti qurtarıb işləməyə başlayandan sonra isə, getdiyi yerlərdə ona ünvanlanan ilk suallardan biri “nə vaxt evlənirsən?” sualı olur. Ətrafdakı bu təzyiqlər bəzən o qədər çox olur ki, sual verilən gənc artıq özünü yaşlanmış və ya evdə qalmış kimi hiss etməyə başlayır. Halbuki, o vaxta qədər qarşısına bir çox fürsət çıxmışdır. Lakin bir neçə dəfə görüşəndən sonra müəyyən səbəblərə görə ayrılmışlar. Həyat yolunu birgə addımlayacağımız, özümüzə münasib ömür-gün yoldaşı tapmaq o qədər də asan deyil. Əynimizə paltar alarkən belə dəfələrlə düşünür, götür-qoy edir, mağaza-mağaza dolaşır və sonra alırıq. Evlilik məsələsində isə daha diqqətli olmalıyıq. Xüsusilə də Allahın rizasını qazanmaq üçün insanlığa xeyirli və faydalı nəsillər yetişdirmək, məhz, doğru həyat yoldaşı seçməkdən başlayır.

İstənilən halda − gənc, qoca, sağlam və ya xəstə olduğumuz zamanlarda, həm bu dünyada, həm də axirətdə − xoşbəxt olmaq istəyi hər kəsin xəyalıdır. Bu xəyalın həqiqətə çevrilməsi isə evlənəcək şəxslərin bir çox xüsusiyyətdə bir-birinə dəng (uyğun, bərabər, tay, misl) olmasından başlayır. Yəni xoşbəxt ailə üçün tərəflərin mənəvi durumu, təhsil səviyyəsi, maddi vəziyyəti və yaşlarının uyğunluğu olmalıdır.

Görəsən, uyğunluq maddi-mənəvi hər məsələdə şərtdir, yoxsa müəyyən xüsuslarda kifayətdir?

Evlilikdə uyğunluq, tərəflərin bir-birininə dəng (tay, misl) olması çox mühümdür. Necə ki, bir hədisdə Rəsulullah (s.ə.s) Hz. Əliyə (r.a) xitabən belə buyurmuşdur: “Üç şeyi gecikdirmə, vaxtı çatan namazı (qılmağı), hazır olan cənazəni (dəfn etməyi), uyğun naziməd tapanda qızı evləndirməyi”.[1] Başqa bir hədisində isə, Rəsulullah (s.ə.s): “Qadınla dörd şeyə görə evlənirlər: malına, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Sən dindar olanı seç ki, hər iki dünyada xoşbəxt olasan.”[2] − buyuraraq qadının digər xüsusiyyətləri ilə yanaşı, dindarlığına daha çox üstünlük verməyi tövsiyə edir. Hədisdə dindarlıq deyərkən nəzərdə tutulan mənəviyyat və gözəl əxlaqdır. Yoxsa günümüzdəki dindarlıq dedikdə anlaşılan namaz qılması, hicablı olması deyil. Mənəvi dəyərlərinə bağlı yaşayan şəxs evlilikdə əvvəlcə axtardığı insanın mənəviyyatına fikir verməlidir. Bundan əlavə dini anlayış tərzinin uyğunluğunu da unutmamaq lazımdır. Məsələn, birinin haram sayıb yemədiyini, digəri “bunda nə var ki, bu, dövrün tələbidir, çoxları yeyir” deyərək yeyirsə, halal-haramın nə olduğunu bilmirsə, burada həmin uyğunluqdan söhbət gedə bilməz. Çünki bu əsas məsələdəki fikir ayrılığı, gələcəkdə başqa mövzularda da bunun davam edəcəyindən xəbər verir. Bu kimi fikir ayrılıqları tərəflərin ailə xoşbəxtliyini zədələyə və nəticədə Allahın sevmədiyi əməl sayılan boşanmaya gətirib çıxara bilər.

Eyni şəkildə, qadın da özünə həyat yoldaşı seçərkən Rəsulullahın (s.ə.s) tövsiyəsinə əməl etməyə çalışmalıdır. Çünki sırf vəzifə, pul, gəlir, zahiri gözəllik kimi dünyəvi dəyərlərə görə ailə qurmaq “qazanma anında itirmək” deməkdir. Bəli, Cənnət bağçası olmağa layiq ailə yuvası sırf fani dəyərlər əsasında qurularsa, Cəhənnəm çuxuruna çevrilə bilər. Bu səbəbdən ailədə səadətin mütəmadi olması tərəflər arasındakı uyğunluqdan, müvafiqlikdən (dənglikdən) asılıdır. Böyük İslam alimlərindən biri bu xüsusda qadınlara belə tövsiyə edir, “Əgər siz istədiyiniz kimi mənəvi dəyərlərinə bağlı həyat yoldaşı tapa bilmirsinizsə öz dəyərlərinizi tapdayaraq, əsla açıq-saçıqlığa meyl etməyin. Sizə layiq əbədi həyat yoldaşı, İslam əxlaqı ilə əxlaqlanmış vicdanlı bir ər qarşınıza çıxana qədər səbir edin. Dünyanın müvəqqəti ləzzətini dadmaq üçün əbədi həyatınızı təhükləyə atmayın, müasir “mədəniyyət” deyilən səfalətin içərisində boğulmayın.”

İmam Əbu Hənifə evlilikdə “küfuvv” (uyğunluq, müvafiqlik) olmasını şərt qoşmuşdur. Belə ki, ona görə evlənən kişi altı xüsusda qadınla dəng olmalıdır. Bunlar dindarlıq (mənəviyyat), müsəlman olması, azad olması, nəsil, mal və məsləkdir.

Əsas olan insanlıqdır.

Bəli, ailə səadətinin təminatı üçün mənəvi uyğunluq gərəklidir. Bundan əlavə məsələnin psixoloji və sosioloji yönlərini də nəzərə almaq lazımdır. Birgə yaşamaq üçün müəyyən uyğunluqlar lazım olsa da, bu, xoşbəxtlik üçün əsas sayıla bilməz.

Bəzən elə olur ki, ətrafımızdakı bəzi cütlüklərə təəccüblə baxır, “bunlar necə dil tapır görəsən?” deyə düşünürük. Cəmiyyətə nəzər salanda aralarındakı yaş fərqinin ailə səadətinə bir o qədər də təsir etmədiyini görə bilərik. Belə ki, yaşca özündən bir neçə yaş böyük qadınla evlənərək xoşbəxt olan insanlar olduğu kimi, özündən yaşca balaca qadınla evlənib xoşbəxt olanlar da mövcuddur.

Evlənənlər arasındakı təhsil səviyyəsi də məsələnin psixoloji yönlərindən biridir. Belə ki, hər iki tərəf ali təhsilli olsa onlar mütləq xoşbəxt olacaq deyə bilmərik. Çünki, ətrafımıza nəzər salanda orta məktəbi bitirən qadınla evlənən professor və ya orta məktəbi qurtaran kişiylə evlənən universitet məzunu qadın görə bilərik. Burada önəmli olan tərəflərin bir-birini anlaması, başa düşməsi, bir-biri ilə dil tapa bilməsidir. Bəzən tərəflərin ikisi də ali təhsilli olsa da bir-birini anlamaqda çətinlik çəkirlər ki, bu da ailədaxili problemlərin ortaya çıxmasına səbəb olur. Buna görə də, evlənmək istəyənlər dünyəvi dəngliklərin (uyğunluqların) dəyişkən olduğunu unutmamalıdır.

Var-dövlət və gözəllik də gəlib-keçicidir. Bu gün varlı olduğuna görə evləndiyiniz şəxs bir müddət sonra müflis ola, gözəlliyi üçün evləndiyiniz qadın xəstəlik keçirərək gözəlliyini itirə bilər. Əsas məsələ insanı, insanlığına görə olduğu kimi sevmək, bəyənmək və onunla həyata baxış tərzində bir-birini anlamaqdadır. Ailə səadəti bir mənada müxtəlif fitrətdəki insanların bir-birinə qarşı sevgi və sayğısının məcmusudur. Bununla yanaşı qarşı tərəfin həyat tərzini də əsla yaddan çıxarmamalıyıq. Çox varlı ailəyə mənsub qadınla evlənən maddi imkanları o qədər də yaxşı olmayan kişi sonradan müəyyən problemlərlə qarşılaşa bilər. Çünki insanın müəyyən yaş dövrünə qədər öyrəndiyi həyat tərzindən uzaqlaşması çox çətindir. Varlı ailədə heç bir çətinlik və məşəqqətlə qarşılaşmayan qadın, ata evindəki şərait və imkanları ər evində görmədikdə narahat olmağa başlayar. Bu narahatlıq və əlavə tələblər ailədəki səadətə mane olur. Bu məsələdə “yorğanımıza görə ayaq uzatmalıyıq”.

Yaşadığımız dünya həyatı kimi, hər ailənin də müəyyən imtahanları olur. Ailəli kişi və qadınlar da müxtəlif səbəblərlə ən çox həyat yoldaşları (bir-biri) ilə imtahan olunurlar. Bu imtahandan üzüağ çıxmaq üçün tərəflər həyat yoldaşının Allahın ona xüsusi lütfü olduğunu düşünməli, ondakı gözəl xüsusiyyətləri görməyə çalışmalı, xoşuna gəlməyən davranışlarını isə səbirlə qarşılamalıdır. Çünki, o qədər insan içərisindən məhz sizi sevib və bəyənib evləndiyinə görə deməli həyat yoldaşınız üçün dəyərlisiniz. Unutmaq olmaz ki, ailə səadətinin sirri səbir, sayğı, sevgi, təşəkkür, təbəssüm və təvəkküldür.

Ailədə müxtəlif mövzularda fikir ayrılıqları ola bilər. Bu kimi vəziyyətlərdə də insan amili nəzərə alınmalı, buna uyğun hərəkət edilməlidir. Tərəflər əsasən insan olduqlarına görə bir-birinin fikirlərinə, düşüncələrinə, hisslərinə hörmətlə yanaşmağı bacarmalıdır.

Xülasə, ideal insan axtarırıqsa, əvvəlcə özümüz elə olmağa çalışmalıyıq. Hər insanın müəyyən çatışmazlıqları, nöqsanları və eyibləri ola bilər. Qarşı tərəfdə hər şeyin ən ideal şəkildə olmasını istəməməliyik ki, bu zatən mümkünsüzdür. Çünki, qoca yaşda hələ evlənməyən birinə bu yaşa qədər niyə evlənmədiyinin səbəbini soruşurlar. Cavab verir:

– Ömür boyum mükəmməl, ideal həyat yoldaşı axtardım.

– Bu qədər vaxtda mükəmməl həyat yoldaşı tapa bilmədinmi?

– Tapdım.

– Bəs niyə evlənmədin?

– Çünki, o da mükəmməl və ideal ər axtarırdı.

P.S. “Atalar yaxşı deyib, qüsursuz dost axtaran dostsuz qalar”. Mükəmməl həyat yoldaşı axtaran da yalqız qalar.


Şərhlər: 7
Baxılıb: 372
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
♥ KaMa ♥
Sitat: Mrs.Kemale
heqiqetende dogrudur tam raziyam 01

heqiqetende dogrudur tam raziyam 01
10 avqust 2016 09:00
# 7
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
Mrs.Kemale
heqiqetende dogrudur tam raziyam 01

heqiqetende dogrudur tam raziyam 01
9 avqust 2016 22:25
# 6
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
30 iyun 2016 14:30
# 5
Fialka
Mükəmməl və ideal bu xüsusiyyətlər heç kəsə tamlıqla aid deyil amma insanın öz kriterləri özünü doğruldursa o zaman o da mükəmməldir o insan üçün təbii bu da hər kəsdə başqa cürdür insanın xarakterindən asılı olaraq dəyişir.. Dini və əxlaqı həqiqi mənada yerində olan və ən əsası insanlıq hər şeydən önəmlidir.. Amma hərdən bu qədər seçici olmaqda insanı yorur və buraxır zamana))..
30 iyun 2016 14:14
# 4
Onun_Mələyi
bu xebernizi çox beyendim.severkde oxudum.her bir cümle tamamile düzgün qeyd edilib. Ailə səadətinin sirri səbir, sayğı, sevgi, təşəkkür, təbəssüm və təvəkküldür.~aynen
30 iyun 2016 13:02
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
maraqli yaziydi insan aile qurarken dinine insanliqina exlaqina baxmalidir dah malina puluna yox
30 iyun 2016 11:44
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur Melikzade
Mencede eledi ideal insan axtarirsansa ilk evvel ozun ele olmalisan.Oda mümkün deyil.Cunki heckim ideal deyil. Cox maraqli idi.Teşekkür.
30 iyun 2016 11:09
# 1
İmza
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz