Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik marafonu
Evlilik marafonu
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 352
Səs ver:
Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya həddindən artıq tez hərəkət edərək özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək geri qalsa, nəticə necə olar? Əlbəttə ki, yaxşı olmaz. Əslində, evliliyin ilk günləri də belədir. Yəni evlilik də bir marafondur. Ona görə də, tərəflər bu dövrdə çox həssas davranmalı, qarşı tərəfdən imkanlarından artıq şeylər gözləməməlidirlər. Ən başlıcası isə ailədəki tarazlığı qorumalı və hər şeyi öz təbii axarına buraxmalıdırlar. Bu, həmçinin, ailənizin gələcəyi üçün də çox gözəl bir başlanğıc ola bilər. Digər tərəfdən, tərəflər evliliyə qədər ünsiyyətdə olsalar da, bu məhdud zaman çərçivəsində qarşı tərəfi hərtərəfli tanıya bilmirlər. Məsələn, o, yorğun olanda özünü necə aparır, ac olanda özünü necə hiss edir, çöldəki problemləri evə gətirirmi, evdəki problemləri çölə aparırmı və s. Bu “xırdalıqlar”, bəlkə də, bəziləri üçün çox əhəmiyyət kəsb etməsə də, bəziləri üçün ümidsizliyə gətirib çıxara bilər. Ona görə də, evlilikdən əvvəl xəyal qurmaq əvəzinə real düşünmək daha yaxşı olar. Bundan başqa, hər tərəf qarşı tərəfi olduğu kimi qəbul etməyi bacarmalıdır. Əks halda, ilk baxışdan, kiçik görünən məsələlər gələcəkdə ciddi problemlərin əsasını qoya bilər. Bütün bunlarla yanaşı bir az səbir, bir az səmimiyyət və bir az ünsiyyət də bir çox problemlərin qarşısını almaqda sizin köməyinizə çata bilər.


Şərhlər: 5
Baxılıb: 352
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Maraqlı yazıdır .xow oldu oxumaq.saytımıza kewke o iyrenc 18 xeberlerden bunlar gelse tez tez.tewekkurler
4 iyul 2016 17:27
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
nese maraqimi cekmedi ki bu barede genis yazim
4 iyul 2016 16:51
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
Gözəl izahdır.Bunu oxuduqca yadıma bir filmdən cümlə düşdü yadıma.Tez alışıb yanan tezdə sönər! Hər şeydə balansı qoruyub saxlamaq lazımdır.Elə saytımızda da Narınc xanımın bir cümləsi var ailə səadəti onu qorumaqdan başlayır.İlk illərdə tempi qorumaq lazımdır.Nə olursa olsun hörməti itirmək lazım deyil.Bəzən səmimiyyət aşırı həddə çatanda hörmət yoxa çıxır.Ona görə elə etmək lazımdır ki,nə şiş yansın nədə kabab)
Gözəl yazıdır mənə çox xoş oldu oxumaq.
4 iyul 2016 13:50
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
4 iyul 2016 12:50
# 2
lili)
burda yazilanlarin hamisin demirem yarisini etseler o evlilik yolunda geder indiki gencler men ne deyirem oda olmalidi deyib aqlina ne gelirse onuda edirler neticede qurulan aileler daqilir
4 iyul 2016 11:29
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz