Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt ailə yuvası necə olmalıdır?
Xoşbəxt ailə yuvası necə olmalıdır?
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 563
Səs ver:
Hər hansı bir işə ta plan mərhələsindən ciddi yanaşmasanız, o işi möhkəm məntiqi bünövrəyə oturtmasanız, növbəti mərhələlərdə həllolunmaz problemlərlə qarşılaşa bilərsiniz. Bir binanın dizaynını, planını çəkmədən və işlənəsi materiallarını hesablamadan inşaata başlasaq, işin gedişatında “sök-tik”lərdən baş qaşımağa vaxtımız olmaz.

Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Ona görə də xalqın və dövlətin bu əsas dayağı qətiyyən layihəsiz və plansız qalmamalıdır. Çünki bu məsələdə azacıq laqeydlik və biganəlik bütün xalqa qarşı laqeydlik və biganəlikdir. Bu səbəbdən də biz ailəyə ciddi yanaşılmasının vacibliyinə inanır və bunu çox əhəmiyyətli görürük… və qeyri-məşru (nikahsız, qeyri-qanuni) “izdivac”ların topluma ziyan gətirəcəyini bir daha vurğulamaq istəyirik.

Bəli, həvəslər, keflər, ehtiraslar, qısqanclıqlar üzərində qurulan məqsədsiz-məramsız bir ailə topluma və fərdlərə faydalı olmamaqla yanaşı, xalqın bünyəsində də potensial problem kimi qalır. Belə bir ailə, güman ki, cəmiyyətə küçə sərsərilərindən başqa bir şey verməyəcəkdir. Çünki onu quran fərdlərin məramı və planı bərəkət hasil etmək olmamışdır. Biz bu plana nikah deyirik və nikaha gedən yolda nəfsani hisləri və həvəsləri bir kənara qoyub məntiq, ağıl və qəlblə hərəkət etməyin zəruriliyini düşünür, belə bir izdivacda dini duyğu, dini düşüncənin əsas götürülməsinin çox faydalı olacağına inanırıq. Qadın və kişi Allahdan uzaq, ibadətə yaddırsa, onlardan əmələ gələcək uşaqların şüurlu, həssas, mötədil, ağıllı və məsuliyyətli olacağını düşünmək də əbəsdir. Əgər bu cür ailələrdə müsbət nəticələr əldə edilərsə (ki, bu, çox çətindir), onu da Allah-Təalanın fövqəladə bir lütfü hesab edər və minnətdarlıq hissi ilə ikiqat olub təzim edərik.

Əslində, bu fani dünyada hər şey səbəblərlə bağlıdır. Səbəbləri yerinə yetirərək Allahın tövfiq və inayəti ilə çox vaxt istədiyimiz nəticəni əldə edə bilirik. Təşəbbüslərimizi səbəblərə biganə yanaşaraq həyata keçirməyə çalışsaq, nəticə arzu etdiyimiz kimi olmaya bilər. Buna görə də, uğursuzluğa düçar olmaq istəmiriksə, hər işdə səbəblərə ciddi şəkildə əməl etməli, ondan sonra Allah-Təalanın lütfünə, inayətinə güvənib nəticənin yaxşı olmasını da yalnız və yalnız Ondan gözləməliyik… Bəli, qərar verəndə Allaha tam etimad bəsləməliyik, ancaq qərar mərhələsinədək feili duada – səbəblərə riayətdə də qüsura yol verməməliyik. “Səbəblərə riayət təvəkkül etməyə mane olmur” kəlamı bu həqiqəti bəyan edir, həm də İslami bir qaydadır. Biz ailə kimi ciddi bir institutun qurulmasında da bu prinsiplərə riayəti zəruri sayırıq.

Fərdlər ailənin məqsədini, mahiyyətini və qurulma şəklini dərk edəndən sonra nəsil yetişdirməyə aid prinsiplər də bir məna kəsb edir. Amma məsələnin kökündə bir natamamlıq, çatışmazlıq varsa, sonradan görülən tədbirlərin effekti də bir o qədər az olur. Bünövrəsi xeyir və bərəkətlə atılmış bir ailədə, yəni sağlam qadınla sağlam kişinin, müsəlman qadınla müsəlman kişinin, mömin qadınla mömin kişinin, məsuliyyətlərini yerinə yetirən qadın və kişinin qurduğu bir ailə yuvasında hər şey yerli-yerində olur və bu ailə Cənnət guşələrindən birinə dönür. Zənnimcə, belə bir dam altında dünyaya gələn o körpə balaların səs-küy salmaları belə Allah qatında mələklərin təsbihatıtək müqəddəsdir və dua kimi qəbul edilir.

Qurani-Kərim məsud bir toplumu qadını ilə, kişisi ilə birlikdə götürür (yuxarıda onun bir-iki mübarək cümləsini iqtibas etmişdik): “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və müti qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, iffətini qoruyan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”[1]

Bu kişi və qadınlar millətin ən kiçik hüceyrəsi olan ailədə bir mömin və müsəlman kimi ömür yollarını birləşdirmiş, Allaha etimad etmiş, Ona ürəkdən üz tutmuş, Rəbbə yaxınlaşmışlar və ibadətlə ömür sürməkdədirlər. .

Bəli, dürüst kişi və qadınların nə sözləri davranışlarına, nə də davranışları ağızlarından çıxan sözlərə zidd olur. Onların qurduğu ailədə yalanın zərrəsinə də rast gəlməzsən. O evdə hər şey necə varsa eləcə, olduğu kimi görünür. Başqa sözlə, bir adam bədənnüma güzgünün qarşısında dayanıb özünü qaydaya saldığı kimi, uşaq da bu evdəki dürüstlük nümunələrinə baxıb özünü düzəldir, onların davranışları ilə sözləri arasında heç bir təzada şahid olmur. O evdə nə varsa, doğrudur, düzgündür. Çünki o ailəni dürüst kişi və qadın qurub.

Səbir edən qadınlar və səbir edən kişilər, ibadətin ağırlığına, başlarına gələn müsibətlərin amansızlığına dişini sıxıb dözənlər, günahlar qarşısında mətin dayanıb iffətini qoruyanlar, günaha girməyi Cəhənnəmə girməyə tən bilənlərin hal-hərəkəti, oturuş-duruşu başqa insanlarla yanaşı, uşaqlara da güclü təsir edir. Və zənnimcə, dildən çıxan gözəl və mənalı sözlər bu hal dilinin yanında çox sönük qalır.

Qəlbi Allaha sayğı hissindən dolub daşan, xəşyət duyğusu ilə tir-tir titrəyən, ömür yolunun sonunda axirət həyatı və müdhiş bir aqibətin olduğunu unutmadan mükəlləfiyyətlərini layiqincə yerinə yetirməyə çalışan, hər an “Axirətə gəl!” dəvətini gözləyən fərdlərdən ibarət belə bir ailədə uşaq ciddiyyət, təmkin, dini həssaslıqdan başqa bir şey görməz. Bu cür ailənin uşaqları simalarda yumşaq bir narahatlıqla təbəssümü, Allahın ululuğu qarşısında məhabətlə[2] Cənnətə ümiddən doğan sevinci qoşa görəcək, rahat və təmkinli, xoşbəxt və uzaqgörən, zövq almağı bacaran, eyni zamanda gələcəyi düşünən insanlar kimi yetişəcəklər.

Bir ailədə valideynlər gözəl əməllər işləməli, daima sədəqə verib insanlara əl tutmalıdır ki, uşaqlarda da comərdlik ruhu, yardımsevərlik hissi formalaşsın. Bəli, biz comərd və xeyirsevər olmalıyıq ki, onlar da əliaçıq, ürəyigeniş olsunlar. Bir hadisənin şahidi olmuşam: “Həmişə arvad ərindən, ər də arvadından gizlin sədəqə verirdi. Üz-üzə gələndə bir-birlərinə nə deyir, nə düşünürdülər, bimirəm, amma bu da bir həqiqətdir ki, onların biri mütəsəddiq (sədəqə verən kişi), o biri də mütəsəddiqə (sədəqə verən qadın) müsəlman idi. O ailədə boy atıb böyüyən uşaqlar da gələcəyin mütəsəddiq və mütəsəddiqələri idilər”.

Allahın oruc əmrini yerinə yetirən qadın və kişidən ibarət ailə, ondan da təşəkkül tapan cəmiyyət və millət səadət və əmin-amanlığın dayağıdır.

Onlar bu vəsflərin hamısına sahib olmaqla yanaşı, ismət və namuslarını qorumaqda, iffətlərinə toz qondurmamaqda da olduqca həssasdırlar. Dinləri, namusları üçün yaşayırlar. Məhz onlardır dünya və axirətdə nicat tapıb bəxtiyar olanlar. Qurani-Kərimin qadın və kişini müştərək götürüb “hördüyü” bu sistem “naxış” və “rəng”ləri yerli-yerində seçilərsə, o, ən müqəddəs sistem olar. Bu iki fərddən əmələ gələn ailədə milli ruh ab-havası varsa, bu, onların övladlarına, nəvələrinə də sirayət edəcək. Bu ab-hava ailənin bütün üzvlərində, yəni toplumun hüceyrələrində var olduqca cəmiyyət əmin-aman yaşayacaqdır. Əks təqdirdə bütün ümidlər puça çıxar.


Şərhlər: 11
Baxılıb: 563
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Pianist
Xosbext aile olmaqcun qadinda kiwide caliwmalidirki xosbext olsunlar. Qiraqdan mudaxile olunsa plusda o mudaxileye qulaq asilsa xosbextliyin. X sida olmaz o ailede...
1 avqust 2016 23:12
# 11
Acısı çox olan qizların guluşu gozel olur.!
MODABAZ
Ewı heelle evlenmeye vaar )))
31 iyul 2016 08:40
# 10
Heyata daim gulmek lazimdii
Turkan Abbasova
Xosbext ailə olmaq üçün həm qadın hemde kişi çalışmalıdır. Biri pis olsa o ailə hemise dava qırğında olar. Kisi pis olanda qadin cox vaxt susur. Amma o qadının içindən keçənlər çəkdiyi acilar. Dəyərmi o kisi ucun . Amma allah her bir insanı bir cür imtahana çəkir. Belkede həmin qadının imtahanida o kisidi. Insan evlenmemisden qabaq bu haqda coxda fikirləşmir. Hər şeyin elə güllük gulustanliq kececeyini düşünür. Illakide yasi az olarsa. Evlənəndən sora basa dusur. Amma indi nə fayda. Yeni bu cür xəbərlər gənclərə bir cür dərsdı. Evlenmemisden qabaq min defe fikirləşmək lazımdır
30 iyul 2016 22:23
# 9
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
NazNazi
evlilik menlik deyil))
30 iyul 2016 17:18
# 8
Mrs.Kemale
xebere gore tesekkurler
30 iyul 2016 17:04
# 7
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Kölge
İmanli insan ister istemez Allahdan qorxur veee bagişlayır,guzeşte gedir ,sadiq olur,mehriban davranir,qazancini ailesine xercleyir ve s.butun bunlar da olanda aile saglam ve xoşbext olur
Demeli imanli aile daha möjkem olur
30 iyul 2016 16:57
# 6
Her şeye gore şukur
Totu
Melumata gore tesekkur
30 iyul 2016 16:02
# 5
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
vipbetul
bir-birine hormet etmeyi bagarmali sedaqetli olmalidirlar
30 iyul 2016 14:08
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Sitat: evli.mutlu.cocuklu
Təşəkkür xəbərə görə maraqlı idi
30 iyul 2016 14:06
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
evli.mutlu.cocuklu
Təşəkkür xəbərə görə maraqlı idi
30 iyul 2016 13:09
# 2
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
30 iyul 2016 13:00
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz