Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Necə xoşbəxt olmaq olar?
Necə xoşbəxt olmaq olar?
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 472
Səs ver:
“Bir zamanlar çox sevmişdik bir-birimizi. Mənim üçün dünyanın mənası o, onun üçün isə dünyanın mənası mən idim. İki mənalı dünyanı birləşdirib daha xoşbəxt olmaq üçün ailə qurduq. Elə nə oldusa ondan sonra oldu” - deyir bir çox insanlar. Doğurdanmı iki sevən insan arasında ailə qurduqdan sonra sevgi azalıb, problemlər çoxalır? Yoxsa bu sadəcə bəzi insanların adət halına gətirərək söylədikləri boş sözlərdir? Bəlkə də hər ikisi doğrudur.

Hər birimizin bildiyi və gündəlik həyatımızda şahidi olduğumuz kimi ailə fərdlərinin bir-birləri ilə anlaşa bilməməsinin bir neçə başlıca səbəbləri vardır.

Allah problemlərini həll edə bilmək üçün insana ağıl verib. Elə ona görə də ailə fərdləri arasındakı maddi vəziyyət problem olmamalıdır. Ancaq buna baxmayaraq maddi vəziyyətin pis olması insanların həyat tərzinə kifayət qədər təsir edir. Qeyd edilən problem elə həddə gəlib çıxır ki, yeni qurulan ailələrin belə böyük söz-söhbətlər nəticəsində dağılmasına və parçalanmasına səbəb olur. Məsələ aydındır: Nə qazanırıqsa onu da yeyəcəyik. Dünyada bir çox kasıb insan var ki, ömür boyu hüzur içində yaşayıb, bir çox da zəngin var ki, ömründə bir dəfə də olsa rahat bir nəfəs almadan dünyasını dəyişib. Deməli, maddi problemlər xoşbəxt olmamağa əsas vermir. İnsanları hüzursuz edən maddi problem deyil, onu problem halına gətirmələridir.

Ailə, bir-birini anlamaq, bir-birini tanımaqdır. Yoldaşını, onun imkanlarını bilməyənlər heç bir zaman məsud ola bilməzlər.

Mənəvi problemlər iki insanın eyni istiqamətə baxmamasından qaynaqlanır. "Sevmək bir-birinə baxmaq deyil, bir istiqamətə baxmaqdır". Ailə fərdlərindən birinin dünyabaxışı digəri ilə eyni olmalıdır. Fərdlərdən biri dininin tələblərini bilən və onları yaşamaq istəyən bir müsəlman, digəri cahil olarsa və ya biri Avropa mədəniyyətinə üstünlük verib, digəri isə milli mentaliteti qorumağa təşəbbüs göstərərsə bu halda mütləq problemlər yaşanacaq.

Evlilik, riyaziyyat hesabı kimi deyil. Belə davransaq belə olar, elə etsək də nəticəsi belə olar kimi hesablamalar evlilik üçün keçərli deyil. İnsan ilk əvvəl öz problemini özü həll etməli, yarpaq kimi sağa-sola əsməməlidir. Necə deyərlər yarpaq, əsən küləyə tabedir.

Mübahisə, ailədə yaşana biləcək ən pis haldır. Evlilikdə problemlər varsa, ailə fərdləri hər bir şeyi kənara qoyaraq oturub düşünməli: “Mən kiməm və nə etməliyəm?” deyə problemlərinə cavab axtarmalıdırlar.

Yaşlandıqca insanların xarakterləri daha da sərtləşir. Dəyişmir, yeni bir şəklə düşmür. “Mən beləyəm” deyə inad edər. O inad da ailəni tarimar edər. Kiçik anlaşılmazlıqlar və gərəksiz inadlar böyük dərdlərə səbəb olar.

İki sürücü yarışa çıxır və qəzaya düşürlər. Günah kimdədir? Unutmayın ki, yollar yarışmaq üçün deyil, gedəcəyimiz yerə çatmaq üçündür. Evlilik üstünlük göstərmək meydanı deyil. "Necə xoşbəxt olmaq olar?" sualına cavab axtarmaq yeridir.

Rahatlığın, hüzur içində olmanın ən yaxşı üsulu, həyat yoldaşının yaxşı tərəflərini görməkdir. Bu şəkildə tarazlıq təmin edilər. Həyat yoldaşının xarakteri üzündən özünü heç edən, uçurumdan yuvarlanan insanlar tanıyıram. İnsan hüzurlu ola bilmir, neyləsin! Bu böyük dünyada ikisi bir yerə sığışmırlar.

Unutmayın ki, qadın ərinin, ər də xanımının hər istədiyini yerinə yetirə bilməz. Əsl anlaşılmamazlıq da məhz bundan yaranır. Evlənməyə qərar verən tərəflər bunu düşünərək bu addımı atmalıdırlar. Evlilik iki insanın yan-yana deyil, bir yerdə yaşamasıdır. İki fərqli və fərdi olan insan yalnız bir yerdə yaşamaq istədikdə xoşbəxt ola bilər. Həyat yoldaşı onun üçün ömürlük bir yük deyil, ömürlük bir dost olmalıdır. Bu dostun da bizə xoş gəlməyən keyfiyyətləri ola bilər. Lakin biz onun fərqli keyfiyyətlərini deyil, özünü sevirik. İnsan isə mükəmməl yaradılmayıb. Bir insanı xoşbəxt etmək istəməklə biz əslində öz səadətimizi də düşünürük. Həyat yoldaşım üçün bir şeylər fəda edə bilsəm, o da mənim bu fədakarlığıma qarşılıq olaraq məni xoşbəxt edəcək bir şeylər etməyə çalışacaq.

Səadət yalnız xoşbəxt olmaqda deyil, həm də xoşbəxt edə bilməkdədir.

Mətanət Kərimova


Şərhlər: 7
Baxılıb: 472
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ummuselma
Çox gözəl yazıdır, amma daha ətraflı məsləhətlər verilsə yaxşı olardı. Sevenler arasinde problemlər her zaman olur, sadəcə ilk vaxtlar problem yalnız 2 şəxs arasında olurdusa, evlendikden sonra artıq başqa fiqurlar da ortaya atılır. Bu zaman kişi və qadın çalışıb 2 tərəfi də yola verməyə çalışmalıdır ki, münasibətlərinə xələl gəlməsin. Yoxsa hər söz söhbətdə sevgi bitərse o daha sevgi deyil ki iii
11 iyul 2016 18:11
# 7
vipbetul
insan aile qurduqda kiminle aile qurduqlarini bilirler sonradan nese isdemek ne isdunde mubahise etmek sehfdir evvelden nege birisi olduqunu bilirsense onunla qane ola bilegeysen aile qur yoxsa aile qurmaq meqsediyule qur sonrada prablemler yasanib ailenin daqilmaqindansa aile qurmamaq daha yaxsidir xosbext olmaq ucun ailede her bir sey normal olmalidir tebiki cetinliklerde olur no adi primitiv bir seylere gore dava dalaslar olarsa o aile hec vaxt xosbext ola bilmez

insan aile qurduqda kiminle aile qurduqlarini bilirler sonradan nese isdemek ne isdunde mubahise etmek sehfdir evvelden nege birisi olduqunu bilirsense onunla qane ola bilegeysen aile qur yoxsa aile qurmaq meqsediyule qur sonrada prablemler yasanib ailenin daqilmaqindansa aile qurmamaq daha yaxsidir xosbext olmaq ucun ailede her bir sey normal olmalidir tebiki cetinliklerde olur no adi primitiv bir seylere gore dava dalaslar olarsa o aile hec vaxt xosbext ola bilmez
11 iyul 2016 16:41
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
heyatim_menim
Cox gozel yazidir duzu bucur uzun yazilari o qederde oxmuram nedense oxumaq qerarina geldim.oxumaga deyermis heqiqeten.her bir cumlesinde heqiqeten olan yazidir.Aile qurarken ailenin her terfli yukunu ala bileyeni ozune sual vermelisen?men bu yolla bas qoymaga haziram ya yox(bu suali her iki teref bir -birine vermelidi)cunki bu yolda insanin basina her cur sixinti gele biler indi ki dovrun esas problemi maddi veziyyetdir deyerdim kisi isdeyer ki evine pul getirsin amma imkanlar bezen buna icaze vermir qadinda bunu probleme yox mence heyat yoldasina arxa dayaq olmaqla bildirmelidir.cunki qadin bunulari etmese mueyen vaxtan sonra yorulur ve qezebini etrafindaki insanlardan cixir.bu da ailenin bir terefli qalmasina getirib cixarir.cunki aile bir insan ucun mektebdi deyerdim.ilk mekteb aile ikinci mekteb müəllim,üçünçü məktəb isə qurdugun ailedir.çünki görtüklerini etdiklerini bu mektebde ozunu biruze verecek.ailede mutleq yuzeste getmelisen isder qadin isderse de kisi olsun yuzest olmalidir.çünki aile de istemediyin hadiseler olur bu mutlqedir esas bu hadiseler aileye tesiri az olsun hettda calismaq lazimdir ki olmasin.Aileni xosbext etmek insanin oz elindedir tebii ki mueyyen bir hadiseler olursa mence bu qismetdir.Esas ALLAH her bir bendesine xosbext ola bileceyi aile nesib etsin Amin insaALLAH
tesekkurler maraqli yazidir.
11 iyul 2016 12:20
# 5
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
qanadli melek
Evlilik sevgini oldurmur dahada alovlandirir dahada baglayir bir birine.ama bele olmagi ucun gerek evleneceyin insani yaxsi taniyasanki seher onun hereketleri davraniwi sene yad gelmesinki yaxsi terefinen baxa bilesen.her ailede soz sohbet olur esas olan bir birini anlamaq ve uzatmamaqdi
11 iyul 2016 11:59
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Çox gözəl yazılmış həqiqətlərdir.Bəzən insan ürəyindən keçəni dilinə gətirməkdə çətinlik çəkə bilir.Ürəyindən keçdiyi formada dilinə gətirib agah edə bilmir.Bu yazı isə bəzən ailənin nə demək olduğunu,necə bir məfhum olduğunu izah etməkdə çətinlik çəkdiyimizləri olduğu kimi,reallıqla izah edib.Yüzdə mində ailələrdə olur ki,illər keçdikcə sevgi tərpənmədən ilk günlərdə olduğu kimi qalır.Çox nadir hallarda olur.Bu mənim fikrimdir müdaxiləyə heç gərək duymuram! Sevib evlənmək hələ ailəyə hazır olmaq demək deyil.Zaman keçdikcə insanda elə fərdi xüsusiyyətlər ortaya çıxır ki,onu necə yola verməyin lazım olduğunu bilmirsən.Qalırsan belə.İstər maddi,istər mənəvi problemlər ailəyə heçdə təsirsiz ötüşmür.Bir dəfə elə saytda bir xəbər oxumuşdum.Bir ailə olur.Daim dava dalaş.Axırda qadın kişiyə deyir ki,qonşuda ailə var onlar çox mehribandılar.Get onlara qulaq as görək niyə necə mehribanlılar onlar? Necə əldə edirlər mehriban olmağı? Kişi gedir dinliyir.Görür kişi qəzet oxuyur qadın isə mətbəxdə yemək hazırlıyır.Telefon zəng çalanda kişi tələsik telefona tərəf qaçanda bahalı bir vaza çırpılır və onu qırır.Kişi qadından üzr istiyir ki,diqqətsizlik etdim qadın isə üzr istiyir ki,mən bunu bura qoymalı deyildim günah məndədir.Yəni ailə günah axtarma meydanı,nəyisə sübut etmə meydanı deyil.Xoşbəxtli,firvalanlıq məkanıdır.Ömürümüzdə bir dəfə yaraılan bu imkanı lazımınca dəyərlənirmək,insan kimi yaşamaq lazımdır.Çox gözəl yazı idi maraqla və diqqətlə oxudum.
11 iyul 2016 11:44
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Yazılanlar çox mənalı sözləriydi, necə deyərlər evliliyində söh-söhbət yaşayan insanlar bunu oxumaqla nələrin səhf, nələrində doğru etmək lazım olduğunu anlamağa çalışacaqlar.
Evlilik körpəlikdə oynadığımız oyuncaq evlilik deyil bir insanla bir ömür boyu yaşamaq və yaşamaqla yanaşı həyata olan baxışın, dunya görüşün, bilmədiklərini öyrənmək özünü - özünlə birgə ətrafı təhlil etmək xarakterə sahib olursan başqa cürə yazsaq opit yığırsan)Bəzi ailələrdə iki insanın arasında söh-söhbət olmasada kənardan ailəyə - ailə daxili işlərə qarışıb qəsdən söhbət yaradırlar,hər nə qədər boş vermək lazımdı desəmdə həmən an insan psixolojiyasına o qədər mənfi təsir göstərir ki, reaksiya verməsən əsəblərinin yerindən oynadığını görəcəksən)) Elələrini sadəcə ailəndən uzaq tutmaqdı bacardıqca... Bu ayda evliliyimin 10 ilinə keçid alıram Allahın izni ilə) Hər ailədə olduğu kimi bizimdə ailəmizdə söhbətlər çox olub, nə yalan deyim yola verən tərəf deyiləm əksinə hirsim böyüdükcə böyüyən əsəblərimin sakit olana qədərdə artıq söz eşitmək istəməyən xarakterim var)) düzgün addım atmadığımı bilsəmdə xarakterimi dəyişdirə bilmirəm)) Prisipalni insan deyirlər ya bax o tərz yani)) Amma bir qadın olaraq bütün vəzifələrimi yerinə sevərək yetirirəm, bir misal var dəymə mənə dəyməyim sənə, bax məndə elə)) Təşəkkürlər gözəl məlumat oldu.
11 iyul 2016 11:31
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
11 iyul 2016 11:30
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz