Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər şeyi bağışlamaq mümkündürmü?
Hər şeyi bağışlamaq mümkündürmü?
Göndərən: NoName
Şərhlər: 22
Baxılıb: 621
Səs ver:
Bağışlamağın ən yaxşı intiqam olduğu deyilir, eyni zamanda özünüzə edə biləcəyiniz ən böyük yaxşılıqdır bağışlamaq. Bəs bağışlamaq üçün nələr edə bilərik? Sizə xəyanət edən partnyorunuz, ən vacib sirlərinizi başqasına danışan dostunuz, sizi insanların içində gözdən salan ailəniz… Bəs həqiqətən bağışlamaq mümkündürmü?
Əsəbiniz soyuduqdan sonra qarşınızdakı insanı həqiqətən bağışlaya bilib-bilməyəcəyinizi düşünməyə başlayırsınız. Qəbul edək ki, bu, bütün o əsəbdən daha çətindir. Çünki bağışlamağın əslində özümüz üçün edə biləcəyimiz ən böyük yaxşılıq olduğunu deyən bütün o cümlələrə baxmayaraq, bağışlama dövrü ağırdır. Xüsusilə də qarşınızdakı çox güvəndiyiniz, ancaq inamınızı boşa çıxaran bir insandırsa… Amma nə olur olsun, həyatınıza davam etmək üçün bağışlamağı öyrənməlisiniz. Bəs necə?
Bağışlamağın nə olduğunu öyrənin
Hər şeydən əvvəl bağışlamaq sizin üçün nə anlama gəlir? Bunu dəqiqləşdirməlisiniz. Münasibətinizə davam edə bilmək üçün bir yoldur, yoxsa sadəcə özünüz üçün etməli olduğunuz bir yaxşılıqdır? Bağışlamaq qarşınızdakı insan üçün etdiyiniz bir şey və ya bundan sonra münasibətinizdə hər şeyin mükəmməl olacağının qarantiyası deyil. Sizi incitmiş birini bağışlamaq bütün yaşananları unutduğunuzu göstərmir. Bağışlamaq sadəcə bunu qəbul etmək və bütün olanlarla barışmış şəkildə həyatınıza davam etməyiniz anlamına gəlir. Ona görə də, bu bağışlama dövrünə qarşınızdakı insanı əlavə etməyinizə də ehtiyac yoxdur. Bu, sadəcə özünüzə edə biləcəyiniz bir yaxşılıqdır.
Vaxt verin
Davamlı olaraq əsəb və küsülülüklə yaşamağın nə qədər çətin olacağını bilirik. Ancaq hər şeyin bir gündə yaxşılaşmasını gözləmək doğru deyil. Sizə xəyanət edən sevgilinizin həmin andaca sizdən üzr istədiyini düşünün. Ya da inamınızı boşa çıxaran yaxın dostunuzun siz hadisədən xəbər tutan kimi üzr istəməyə gəldiyini. Bütün bunlar daha da çox əsəbləşməyinizə və qarşınızdakını incitməyinizə səbəb olar. Ən yaxşı ehtimalla üzrü qəbul etsəniz də, daha sonra peşman ola bilərsiniz. Buna görə də, bir az vaxt verin. Sizi incidən insanlardan bir müddət uzaqlaşın. Həm onlara etdikləri səhvləri anlamaq üçün vaxt verin, həm də hadisənin sizin üçün nə qədər vacib olduğunu anlamaq üçün vaxt qazanın.
Hisslərinizlə üzləşin
Həqiqətən nə istədiyinizi bilmədən qarşınızdakı insanı bağışlamağınız mümkün deyil. Əsəbisiz, yoxsa hiss etdiyiniz şey inciklikdir? Xəyal qırıqlığı yaşayırsınız? Yoxsa əslində daha əvvəl fərqinə varıb görməzdən gəldiyiniz şeylərin əlindən özünüzə əsəbləşirsiniz? Sizi bu qədər incidən şey nədir? Bir insana inanmış olmaq? Özünüzdən soruşmaqdan qorxduğunuz suallarla üzləşin. Bir kağız və qələm götürün, ürəyinizdən keçən hər bir şeyi oraya yazın. Bu çox vaxt içinizdən keçənlərin fərqinə varmağın ən yaxşı yoludur. Nə hiss etdiyinizi bilsəniz, bu vəziyyətlə mübarizə aparmağınız daha asan olacaq. Ancaq hisslərinizi anlamaq üçün mümkün qədər özünüzlə tək qalın. Vəziyyəti başqalarına danışmaq hər zaman məsələni həll etməyə bilər. Əgər problemi tək həll etməkdə çətinlik çəkirsinizsə, əslində kömək edə biləcək tək insanın problemə səbəb olan insan olduğunu yadınızda saxlayın.


Şərhlər: 22
Baxılıb: 621
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
.::ReGiNa::.
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
31 iyul 2016 22:43
# 22
Geтмe Qαl Deyeɴ Sevɢιlιмιz Olмαѕαdα Seɴ Cαɴιɴ,
- Qαl Bιrαzdα Zeнleмιzι Toĸ Deyeɴ Doѕтlαrιмιz Vαr ...!(
Turkan Abbasova
Bağışlamaq hər şeyin bitdiyi bütün olub keçənin yaddan çıxdığı anlamına gəlmir. Insan bağışlasa da hemise ürəyində o acı hislər yaşayır. Hemise o anları xatirlayirsan. Həmin insanın adi bir sert sözündə içindəki yaralar açılır. Icinden o insana qışqırıb bağırmaq keçir. Və ya da heç bir şey deməyib çıxıb getmək. Insan seçəcək iki yolu olur ya bağışlamaq yada o insanı həyatından çıxarmaq. Eger ikisini də edə bilmirsə insan gelde buna doz. Ehhh. Allah Hamimiza sebr versin. Xeyanetkarlara vəfa ser atanlara insaf yaxsilarada sebr versin insallah
29 iyul 2016 17:47
# 21
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
kiraz mevsimci kiz
bagislamaq boyuklukdendir bezen sene qarsi ele hereket olunurki bagislaya bilmirsen ozune bele bagislamadigin sehv olur senin heyatini qaraldan birini nece bagislamaq olar axi ne qeder etsekde ureyimizde bagislamiriq.Amma bizim ele boyuk sehvlermiz olurki uca REBBİMİ bagislayir
29 iyul 2016 14:01
# 20
RƏBBİM bütün əsgərlərimizi qorusun qardaşımda onların içində
___Jasmin___
-Bele bir soz vareee deyir zeifler bagislaya bilmir men bu sozle razi deyilem mesel ucun durub mal beyinin biri menim heyatimi alt ust elsin durub onu bagislayacaq deyilem ki yeni o qederde axmaq deyilem ve ya basqa sey olaraq xeyanet men xeyaneti tek sevgide sanan biri deyilem xeyanet menim ucun dostluqda da ailedede bir sozle her yerde var ki adi menim cox yaxin birce dostum varki ales durub indi o mene xeyanet etse (yeni menim kusu oldugum birile danissa) men aytaci heyatimnan silerembirde almamaq sertile 125 buna gore meni cox zamam kinli adlanirilar ama men kinli deyilem amma edilen bir sehvide ve ya yaxsiliqda unudmaram neyse movzudan kenara cixdiq uzun sozun qisasi men her seyi bagislamaram!!!Esasda yaxin birimin men etdiyi sehvi!!!
29 iyul 2016 10:40
# 19
Buyudum artik anne 14 bahar kaldi geride...
YalniZ-ArZu
Wukur Allaha,mene qarwi ciddi bir sehfi olan insan olmayib.Olanlari da bagiwlamiwam demirem,sadece o insanlarla elaqem yoxdu deye,bagiwladim,bagiwlamadim bir mena kesb etmir artiq.Bir nefer var hal hazirda(qohumdu) paxilligimi cekir ve mene qarwi texribat aparir.Meni gozden salmaqdan otru,yalanlar uydurur.O insani da Allaha tapwirmiwam.Yene ne qargiw edirem,ne de bir wey.Cunki,menim alnim agdi,bu yalanlar,waieler mene yapiwmir.Butun cehdleri bowa gedir.Hemen insana,yani yalannan kimese wer atan,nefesinin gedib gelmesi de yalan olan bir insana sadece xeste kimi baxiram.Allah wefa versin deyirem...onun ozune gore yox,ozume gore wefa dileyirem ki,sagalsin teki mennen uzaq olsun,eseblerimi pozub,ureyimi bulandirmasin.
28 iyul 2016 23:49
# 18
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Ani
Bəzən nə qədər bağışlasam desəkdə qəlbimizdə o yara qalır..
28 iyul 2016 23:48
# 17
14MsM
ALLAH BAGIWLAYANDI BIZ KIMIKKI BUNN MENASI BOYUK BEZISININ BAWINA GORE DEYIL BEZI MOVZULAR ALLAHDANDISA KIMLIYINDEN ASLI OLMUYARAQ ALAR CVBN. SOZU KIME AIDDISE BILDI
28 iyul 2016 23:30
# 16
Nur Melikzade
Men mene qarwi olan sehvleri bagiwlamiram.Bezilerine bagiwlamiw kimi gorunurem sadece. Amma hec neyi unutmuram.Zamani gelende qarwiliqini verirem.
28 iyul 2016 19:35
# 15
İmza
Mrs.Kemale
men tez kusub tez barışanam 13
28 iyul 2016 16:34
# 14
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
Balacam
Yazilanlar dogrudu en boyuk yaxwiligi ozune etmiw olursan.cunki insan nifret qisasla yawiyan da ozude mehv olur.ama baxir neyi.bezi insanlar varki onlari bagiwlamaga deymez cunki sehvelrinnen ders cixarmirlar.dahada qudururlar. Ozlerin vazgeçilmez sayillar elesini bagiwlamaga deymez.yalani hardasa bagiwlamag olar.ama baxir hansi yalani .
Ama xeyaneti bagiwlamag olmur.o hisleri duwmenime bele arzualmiram.o qeder berbad aci verici biweydi.zamanla aliwib unudursan ama sende qoydugu izleri cox pis olur...
28 iyul 2016 16:33
# 13
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Onun_Mələyi
en baqiwliya bilerem Amma Deyer vermedyim, guvenmedyim insan olsa, vecmede alamaram...ama o insan sevdiyim, guvenddiyim biridise fsoo...onu esla baqiwlamaram...esasdaki yalan ve xeyaneti.ikside en nifret etdiyim weylerdir...Baqiwlamaq olar kicik gunahlari ama bezi gunahlar baqiwlanmir ve baqiwlanmamalidi....mes.Tecavuz, kim baqiwliyar? butun gun xegerlerde ewdirik bacisina anasina,12yawli qiza, oz qizina ne bilim ve.s. onlar baqiwlarmi sizce?? elbetdeki yox.Bezi insanalar baqiwlanmaqa laiyiq deyiller.mes menim bir yaxinim anam yawdadi..mo qeder seifler olubki usdunnen kecmiwem ama sonda dayandim.hetta dunen bu barade mamama da dedim.2daq gozmun onunde birlewesede men o insaji baqiwlamaram.qelbim cix sindi cunki....Mence coxlari menle eyni fikirdedi.tewekkurler maraqli mevzu ucun....

o dediyim insan qadindir...nifret edirem ona.
28 iyul 2016 15:40
# 12
Bir duam var,səndən amin gözləyirdua09123
baby baku
bagislamaq mumkundur
28 iyul 2016 15:20
# 11
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
evli.mutlu.cocuklu
Mən xəyanəti birdəki yalanı bağışlamıram öz dəki yoldaşıma heç bağışlamıram
28 iyul 2016 15:19
# 10
Fialka
Hər şeyi bağışlamaq mümkündür bunun şahidi olaraq deyə bilərəm ki, əslində bu qeyd edildiyi kimi insanın özünə olan ən böyük yaxşılığıdır lakin bağışlaya bilmək və üstəlikdə hər şeyi, bax bunu hər kəs bacarmaz o bağışlayan üçünsə çox çətinliklə alına bilir. Birdəki, bu həmin situasiyaya fərdin daşıdığı xarakterə daha çox bağlı olan bir şeydir. Bağışlamaq böyüklükdür böyüklüksə sadə insanlara məxsusdur...
28 iyul 2016 15:13
# 9
S.Heydarova
Sitat: narmiwka_15
men xeyaneti,yalani hec zaman bagiwlamaram

Məndə
28 iyul 2016 14:45
# 8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
vipbetul
her seyi baqishlamaq mumkun deyil cox az bir seyleri baqishlamaq olar onlarida berkem
28 iyul 2016 14:01
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 iyul 2016 13:11
# 6
Barbaris
Sitat: narmiwka_15
men xeyaneti,yalani hec zaman bagiwlamaram
28 iyul 2016 12:37
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
narmiwka_15
men xeyaneti,yalani hec zaman bagiwlamaram
28 iyul 2016 12:27
# 4
Be Happy))
HAPPY_EYES
baxir hansi gunahi, ele gunah var ki insanin heyetin alt- ust edir ele insani bagislamaq olmaz mence
28 iyul 2016 11:59
# 3
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Baharim ol
her seyi bagislamaq olmur.
28 iyul 2016 11:31
# 2
Ama yenede
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 iyul 2016 11:05
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz