Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Toy günü üçün ən uğurlu gün...
Toy günü üçün ən uğurlu gün...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5177
Səs ver:

alt


Ailə qurmaq üçün toy gününü necə təyin etmək olar? Həmin günün bəlkə də bütün dünyada ailə quran gənclər üçüb böyük önəm kəsb etdiyini bilirik.O gün ailə qurduqdan illər sonra da xatırlanır və hətta çoxları tərəfindən də qeyd edilir,ailəli olanlar bir-birinə hədiyyə belə alırlar.Bu gün biz sizə toy etmək üçün hansı ay və günün seçilməsi barəsində danışacayıq.

Bazar ertəsi.

Əgər siz toy etmək üçün bazar ertəsini seçmisinizsə bilin ki,o gün ayın ən nüfuzlu yerində dayanır.Ayın əhatəsində olan bir gündür.O gün münasibətlər arasında hər zaman istilik,yaxınlıq yaradan bir gün sayılır.Bu yalnız ailə quran gənclərə deyil,eləcə də gənclərin ailələri arasında da bir yaxınlığa səbəb olur.Bu gün gələcəkdə sizin aranızda mübahisələrin yaradılmasının qarşısını alacaqdır.Ümumi götürəndə bu gün ailə qurmaq üçün ən uyğun gündür.

Çərşənbə axşamı.Bu gün Marsın əhatəsi altında olan bir gündür.Bu günü astroloqlar toy etmək üçün uyğun gün hesab etmirlər.Bu gündə ailə qurunların əksəriyyəti çox vaxt mübahisə edir,küsürlər.Amma barışır yenə də yenidən geriyə qayıdıb mübahisə etməyə başlayırlar.

Çərşənbə günü.Bu gündə ailə quranlar əksər hallarda bir-birilərini başa düşmürlər.Sanki gecə ilə gündüz kimi olurlar.Xoşbəxtlik bir gün sizin ailədə olduğu halda səhərisi gün isə onu harda tapacağınızı bilmirsiz.Toy edib ailə qurmaq üçün bu gün uyğun gün hesab edilmir.

Cümə axşamı.Bu gün Yupiterin rəhbərliyi altında dayanır.Bu gündə ailə quranlar hər zaman bir-birilərinin arasında rəhbərin kim olduğunu aydınlaşdırmağa çalışacaqlar.Bu gündə olan evlilik də çərşənbə axşamı kimi çox vaxt mübahislərlə nəticələnən bir evlilik olacağı hesab edilir.Bu gün toy etmək üçün o qədər də uyğun gün hesab edilmir.

Şənbə günü.Saturunun hakimiyyəti altında olan bir gündür. Bu gündə ailə quranlar səbrli,realist və evlilikdə daima bir-birini başa düşüb,bir-birilərinə etibarlı olurlar.Əksər xoşbəxt ailələr bu gündə ailə quranlar olurlar.

Bazar günü.Bu gün Günəşin himayəsi altında olan bir gündür. Evlilik üçün ən uğurlu gün bu gün hesab edilir.Məhz elə günəş ailə quranların həyatına işıq,xoşbəxt günlər bəxş edir.Bu gündə ailə quranlar gözəl övlad sahibi olurlar.
Evlənmək üçün ən yaxşı günlər ayın və günəşin himayəsi altında olan günlər məsləhət görülür.

Astroloqlar toy etmək üçün uğursuz günlərin çərşənbə axşamı,cümə günü olduğunu bildirirlər.


Bizim bü günki günümüzdə demək olar ki,toyların əksəriyyəti şənbə bazar günlərində olur.Həmin günə toy zalı tapmaq da çox vaxt çətin olur.Bu çox vaxt toyda iştirak edən qonaqları da nəzərdə tutmaqdan irəli gəlir.Bəzi işləyən insanlar öz kollektiv yoldaşları da toyda iştirak etsin deyə toy gününü məhz istirahət günlərinə salırlar.Amma bu toy gününü təyin etmək üçün bir səbəb olmamalıdır.
Astroloqlar belə hesab edir ki,toy etmək üçün ən yaxşı aylar doğum ayından 4,5,7,10 və ya 11 ay sonra olmalıdır.Misal üçün əgər siz iyun ayında dünyaya gəlmisinizsə siz toyunuzu ən yaxşı halda sentyabr ayında edə bilərsiniz.
Ta qədimdən bəri toy etmək üçün sentyabr ayı ümumiyyətlə ən uğurlu ay hesab edilib.

Oktyabr ayı isə ailə quranlara hər zaman sevinc,xoşbəxtlik bəxş edir,amma zənginlik,var-dövlət heç də onlara istədikləri kimi qismət olmur.Ümumiyyətlə payız ayı evlilik üçün ən yaxşı ay hesab edilir.Həmin fəsildə ailə quran gənclər ən ideal həyat yoldaşları hesab edilirlər.

Noyabrda ailə quran gəncləri hər zaman var-dövlət izləyir.

Ən əsası budur ki,toy etmək üçün olan günü siz sevdiyiniz insanla birlikdə təyin edin.Çünki həmin gün yalnız sizin ikinizin xoşbəxt günü olacaqdır.



Şərhlər:
Baxılıb: 5177
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz