Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əri ilə bir gündə kim ölmək istəyir?
Əri ilə bir gündə kim ölmək istəyir?
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 575
Səs ver:
ABŞ-ın Pensilvaniya ştatında 65 il rəsmi nikahda yaşayan ər-arvad 88 dəqiqəlik fərqlə həyatdan köçüblər. Bu barədə Trend şənbə günü "The Huffington Post" qəzetinə istinadən yazır.

Marcori Lendis ötən bazar ertəsi uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat edib. Həyatının son anlarında onun yanında 89 yaşlı əri Ceyms Lendis olub. Xudahafizləşərkən o, arvadına deyib: "Hər şey qaydasındadır. Mən səni sevirəm. Biz bir yerdə çox gözəl illər yaşamışıq. Tezliklə biz yenidən görüşəcəyik".

Saat yarımdan sonra isə Ceymsin vəziyyəti pisləşib və ürək tutmasından vəfat edib. Onun nəvəsi Evan Millerin sözlərinə görə, onlar bir-birindən ayrı yaşaya bilməyiblər. HHQ-nin keçmiş pilotu Lendis və onun həyat yoldaşı bir-biriləri ilə rəqs meydançasında tanış olublar. Onlar 1946-cı ildə evləniblər və indiyədək ayrılmayıblar.

Qəzet Qlazqo Universitetinin alimlərinin tədqiqatlarına istinadən yazır ki, ər-arvadın eyni vaxtda ölməsi o qədər də nadir hadisə deyil. Onların fikrincə, cütlüklərdən birinin ölümü yaxın altı ay ərzində dul kişinin və ya dul qadının ölüm riskini 30 faiz artırır.

Həmçinin, belə bir fərziyyə mövcuddur ki, birgə həyatları ərzində ərlə arvadın ürək ritmləri arasında hansısa əlaqə yaranır. Bu əlaqənin kəsilməsi ürəyin dayanmasına gətirib çıxara bilər. Alimlərin bir qismi isə əmindirlər ki, yaşlı adamlar bir qayda olaraq yaxın adamın itkisinə çətin tab gətirirlər.

Xatırladaq ki, 2010-cu ildə ABŞ-dan olan digər ailə cütlüyü Şervud və Kerolayn Vodsvortlar da eyni gündə vəfat etmişdilər. Onların müvafiq olaraq 90 və 89 yaşları var idi. Ər-arvad 60 il nikahda olublar. Lakin təəssüf ki, onların ölümündə qətiyyən romantika olmayıb. Belə ki, Vodsvortların ölümünə səbəb onlara məxsus üçmərtəbəli evdə mərtəbələr arasında ilişib qalan liftdə boğulmaları olub.

Əri ilə bir gündə kim ölmək istəyir?


Şərhlər: 6
Baxılıb: 575
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Miss_Angel
men olsam ne qeder sevsemde yenede onla bir olmek isdemezdim )))
20 iyun 2016 23:31
# 6
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Efsuw2016
Esline qalsa men yoldasimi o qeder coox seviremki onunla olume bele gederem ama hele dunyaya gelmemiw qoxusunu bele duya bilmesiyim ovladim mene onun tek qalmaq nigaranciliqi yasadim hemise isdemisemki sevdiklerim menden coox cox uzun omir yasasin ve ona gorede yoldasimin yasamasini isderdim
20 iyun 2016 22:40
# 5
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Barbaris
Sitat: Aysel
Maraqlıdı..Insanlar qocalarken erle arvad bir birine daha bağlı olurlar, bu da her kese aid deyil tebii ki...
Teşekkürler..
16 iyun 2016 15:56
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
o cox retki halda ola bilerki ele hallar olsun
16 iyun 2016 15:08
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
qadin ve kiwi bir birin sevir,aile qurur.uwaqlari olur,onlar vaxt kecdiyce qocalir,ve qocaldiqca birbirni daha yaxwi bawa duwurler.bir birne daha cox baqlanir sevirler.
16 iyun 2016 13:37
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
16 iyun 2016 12:58
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz